İzahlı lüğət

İRƏLİLƏMƏK

f 1. Qabağa doğru hərəkət etmək, irəli getmək, yerimək. Maşın evə doğru irəliləyirdi. O, yoldaşına tərəf irəlilədi. - [Ceyran] ağır və yorğun addımlarla irəliləyirdi. S.Hüseyn. [Qəhrəman:] Bizimkilər irəliləyəndə mən yoldaşlarımla bir az asudə nəfəs alırdıq. H.Nəzərli. Tahir evlərdən bir az kənar yol tutub, tanış həyətlərə göz gəzdirir, qohum-əqrəbaya rast gələcəyini düşünə-düşünə irəliləyirdi. M.Hüseyn.
2. Tərəqqi etmək, inkişaf etmək, müvəffəqiyyət qazanmaq, artmaq. ..Tənqid realizm .. metodu ilə irəliləməyimizdə günəş kimi zəruridir. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed