İzahlı lüğət

İNSANİYYƏT

is. [ər.] 1. top. Bütün insanlar, bəşəriyyət, insan övladı, insan cəmiyyəti. [Abdulla bəy Asi və S.Ə.Şirvaninin] də məslək və əqidəsi və baş arzuları ümumi bəşərin və insaniyyət aləminin səadətidir. F.Köçərli. [Əli:] Din bir əmri-vaqe olaraq, insaniyyətlə bərabər doğmuş və əsrlərdən bəri dolanbac tarix yollarında onu təqib edir. Çəmənzəminli.
2. İnsanpərvərlik, insanlıq, insana yaraşan sifət və fəzilətlər, mürüvvət. Bu zəhmətlər şərh olunmaz, uzundur: İnsaniyyət həp bunlara mədyundur. A.Səhhət. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed