İzahlı lüğət

İBTİDAİ

sif 1. Başlanğıca aid, ən əvvəl olan; ilk. Küçələrdə və meydançalarda gördüyünüz yaralılara ibtidai yardım [ediniz]. M.S.Ordubadi. Hələ mükəmməlləşməmiş, inkişaf etməmiş. Ibtidai həyat. - Həsən bəy inkişaf etməmiş, ibtidai və dağınıq təsərrüfatın artıb yüksəlməsinə çalışırdı. M.İbrahimov.
Başlanğıc, ilk, dərəcə etibarilə aşağı. Ibtidai siniflər. Ibtidai təhsil. - [Qız] .. ibtidai savad kursunu bitirmiş, ali savad kursuna girmək fikrindədir. S.Hüseyn. Aslan kənddə ibtidai məktəbdə oxuduğu zamanlar gecə-gündüz bu xəyallarla yaşayırdı. M.Rzaquluzadə.
Bəşəriyyət tarixinin ən qədim (ilk) dövrlərinə aid olan. Ibtidai insanlar. Ibtidai mədəniyyət qalıqları. Hazırkı dövr üçün köhnəlmiş, geri qalmış, ən adi, primitiv. Ibtidai adətlər. Ibtidai geyimlər.
□□ İbtidai icma quruluşu - b a x icma.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed