İzahlı lüğət

İNİLDƏMƏK

f 1. Bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşca, ağlar kimi həzin səs çıxarmaq; zarımaq, sızıldamaq. Yaralı inildəyir. - Yatır, inildəyir, durub boylanır; Bir neçə yerindən yaralı gördüm. Aşıq Ələsgər. Bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyəinildəyə (z.) sürünən o kiçik heyvana baxdım. A.Şaiq.
məc. Məruz qaldığı bir hadisənin və ya vəziyyətin ağırlığından sızıldayıb şikayətlənmək; ruhdan düşmək, bədbinlik göstərmək. . .Rüstəm həmişə əllərinə güvənmiş və inildəməmişdi. S.Rəhimov.
məc. Həzin, yanıqlı musiqi, nəğmə səsi haqqında; ümumiyyətlə, insanda hüzn və kədər oyadan səs haqqında. Kaman inildəyir. // Yazıq-yazıq mələmək. Dağda maral xoş mələr; Xoş inildər, xoş mələr; Sənsiz bir ah çəkərəm; Dağ inildər, daş mələr. (Bayatı). [Dərviş:] Könlüm yaralı maral kimi inildəyirdi. A.Divanbəyoğlu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed