Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BEYƏT (ID - 3508)

is. [ər.] köhn. Birinin hakimiyyətini qəbul edərək ona tabe və sadiq olma. Aşinalar ixtilatında sədaqət görmədim; Beyətü iqrarü imanü dəyanət görmədim. M.P.Vaqif. Beyət mərasimi gecə qaranlıq düşənə qədər davam etdi. M.S.Ordubadi.
Beyət...

BEYİN (ID - 3509)

is. 1. anat. Mərkəzi sinir sisteminin ən mühüm üzvü, habelə bu üzvü təşkil edən və kəllə ilə bel sümüyü kanalmı dolduran maddə. İnsan beyni. Qoyun beyni. Beyin xəstəliyi.
2. məc. dan. Ağıl, şüur, fəhm, zəka, baş mənasında....

BEYİNCİK (ID - 3510)

is. anat. Beynin, kəllənin dal hissəsində, böyük beynin alt tərəfındə yerləşən hissəsi.

BEYİNƏZİCİ (ID - 3511)

sif. Başı ağrıdan, beyinə əziyyət verən, incidən; ağır, boğucu. Bir tərəfdən içinə dolmuş bu qədər adamın ağır nəfəsi, bir tərəfdən alaçıq keçələrinin beyinəzici havasından nəfəs almaq mümkün deyildi. A.Şaiq.

BEYİNLİ (ID - 3512)

sif. 1. Beyini olan.
2. məc. Ağıllı, zəkalı, dərrakəli, düşüncəli.

BEYİNSİZ (ID - 3513)

sif. 1. Beyini olmayan.
2. məc. Ağılsız, axmaq, gic. Xalqın evini yıxdı, çıxıb bir neçə bədzat; Ax, ax, a beyinsiz! M.Ə.Sabir.

BEYİNSİZLİK (ID - 3514)

is. 1. Beyini olmama.
2. məc. Ağılsızlıq, axmaqlıq, giclik, anlamazlıq.

BEYNƏLXALQ (ID - 3515)

sif [ər.] 1. Xarici siyasətə, xalqlar, ölkələr arasındakı əlaqə və münasibətə aid olan. Beynəlxalq siyasət. Beynəlxalq vəziyyət. Beynəlxalq hüquq.
2. Yalnız öz xalqına deyil, bir çox başqa xalqlara da şamil və aid olan;...

BEYNƏLMİLƏL (ID - 3516)

is. [ər.] Sif. mənasında. Millətlər arasında olan, bütün xalqlar tərəfindən qəbul edilmiş; beynəlxalq. Sabira! Beynəlmiləl tədbiri-ülfət etməli! M.Ə.Sabir.
// Yalnız bir millətə, bir xalqa deyil, bütün başqa millətlərə,...

BEYNƏLMİLƏLÇİ (ID - 3517)

is. və sif. Beynəlmiləlçilik tərəfdarı.

BEYNƏLMİLƏLÇİLİK (ID - 3518)

is. Beynəlmiləlçi olmaq; internasionalizm. Bolşevik beynəlmiləlçiliyi.

BEYNƏLMİLƏLLƏŞDİRİLMƏ (ID - 3519)

“Beynəlmiləlləşdirilmək”dən f.is. Bir ərazidən, çaydan və s.-dən bərabər surətdə istifadə etmək üçün müqavilə üzrə bütün dövlətlərə hüquq verilməsi. Dunay çayının beynəlmiləlləşdirilməsi.

BEYNƏLMİLƏLLƏŞDİRİLMƏK (ID - 3520)

məch. Beynəlxalq istifadə üçün azad elan edilmək.

BEYNƏLMİLƏLLƏŞDİRMƏ (ID - 3521)

“Beynəlmiləlləşdirmək”dən f.is.

BEYNƏLMİLƏLLƏŞDİRMƏK (ID - 3522)

f. Beynəlmiləl elan etmək, beynəlxalq istifadə üçün azad elan etmək.

BEYNİBOŞ (ID - 3523)

sif. dan. Ağılsız, axmaq, sarsaq, gic.

BEYSBOL (ID - 3524)

is. [ing.] Top oyunu.

BEYT1 (ID - 3525)

BEYT2 (ID - 3526)

is. [ər.] köhn. 1. Ev, məskən.
2. din. Məkkə şəhərində ziyarətgah olan ev. [Qurban:] Beyt haqqı, a bəy, o yerdə qır nə qədər desən tapılır, bir az qazırsan torpaqdan neft iyi gəlir. N.Vəzirov. [Hacı:] Vallah, billah, and olsun...

BEYTİN (ID - 3527)

sif. dan. 1. Boş, qeyri-məskun (yer haqqında).
2. Sərbəst, azad, işsiz, bikar.

BEYTLƏŞMƏ (ID - 3528)

“Beytləşmək”dən f.is.

BEYTLƏŞMƏK (ID - 3529)

f 1. Üz-üzə durub birbirinə əzbərdən şeir söyləməklə yarışmaq (beytləşmədə əsas şərt ikincinin söylədiyi şerin birinci hərfi, birincinin söylədiyi şerin axırıncı hərfinin eyni olmasıdır).
2. məc. Deyişmək, mübahisə...

BEYTÜLLAH (ID - 3530)

is. [ər.] din. 1. Kəbə.
2. Məscid.
// məc. Gözəlin sifətinə işarədir. Camalın beytüllah, qaşların mehrab; Kəbə örtüyüdür, müxtəsər, zülfün. (Qoşma).

BEYTÜLMAL (ID - 3531)

is. [ər.] din. tar. İslamiyyətdə: xalqdan toplanılan vergi pullarının və müharibə zamanı məğlub edilən xalqlardan alman qənimətlərin və s.-nin saxlandığı yer, ev; xəzinə. Xəzinə işlərinə müdaxilə etmək beytülmala qarşı...

BEYZƏ (ID - 3532)

is. [ər.] köhn.1. Yumurta.

BEZ (ID - 3533)

is. Pambıqdan toxunma kobud ağ parça. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə.
□ Xam bez - şaxı sınınamış kobud bez, nişastaya salınmamış...

BEZAR (ID - 3534)

sif. [fars.] Usanmış, bezmiş, çiyrinmiş, təngə gəlmiş; incik, narazı. Sevgilim, eşqü həvəsdən daha mən bezaram; İndi bir başqa dilarama pərəstişkaram. A.Səhhət.
Bezar olmaq - usanmaq, bezmək, çiyrinmək, təngə gəlmək. Canından...

BEZARLAMAQ (ID - 3535)

f Təngə gətirmək, bezar etmək, cana gətirmək, usandırmaq, təngişdirmək.

BEZARLANMAQ (ID - 3536)

f Bezar olmaq, təngə gəlmək, cana gəlmək, usanmaq.

BEZDİRMƏ (ID - 3537)

“Bezdirmək”dən f.is.

BEZDİRMƏK (ID - 3538)

f Təngə gətirmək, usandırmaq, cana doydurmaq, zəhlə tökmək. Şehli kəndinin dedi-qoduları, dağlarda gedən yersiz səngər atışmaları Şamonu son dərəcə bezdirmişdi. S.Rəhimov.

BEZGİN (ID - 3539)

sif. Bezikmiş, təngə gəlmiş, usanmış.
□ Bezgin olmaq - bezikmək, təngə gəlmək, usanmaq.

BEZGİNLİK (ID - 3540)

is. Bezgin olma, təngə gəlmə, usanma. Lakin “bezginlik nə üçün? ” sualı ilə Qədir yenə öz qabağını kəsdi. Ə.Əbülhəsən.

BEZİK (ID - 3541)

sif. Bezmiş, təngə gəlmiş, cana doymuş, usanmış.

BEZİKDİRİCİ (ID - 3542)

sif. Təngə gətirici, usandırıcı, cana gətirici, zəhlətökən. Bezikdirici adam.

BEZİKDİRMƏ (ID - 3543)

“Bezikdirmək”dən f.is.

BEZİKDİRMƏK (ID - 3544)

bax bezdirmək.

BEZİKMƏ (ID - 3545)

“Bezikmək”dən f.is.

BEZİKMƏK (ID - 3546)

BEZMƏ (ID - 3547)

“Bezmək”dən f.is.

BEZMƏK (ID - 3548)

f Usanmaq, bezikmək, təngə gəlmək, cana gəlmək, bezar olmaq, bıqmaq. Canı tərk eylədim, bezdim cahandan; Səni bildim ki, can ilə cahansan. Nəsimi. Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları...

BƏ (ID - 3549)

əd. “Bəs” mənasında olub təəccüb bildirir, yaxud sualı gücləndirmək üçün işlənir. Bə, nə dedin? Bə, sən orada yox idinmi? - Bə, həkim soruşsa ki, niyə mənim davamı içmədin, mən ona nə cavab verim? C.Məmmədquluzadə....

BƏB(İ)R (ID - 3550)

is. [fars.] Məməli heyvanların yırtıcılar dəstəsinə mənsub pələngəoxşar heyvan. Vəhşi heyvanlardan Lənkəran sahəsində bəbir və respublikamızın meşələrində çoxlu ayı, tülkü və Sibir samuru vardır. M.Qaşqay.
□ Bəbri-bəyan...

BƏBƏ (ID - 3551)

is. 1. Körpə uşaq, çağa.
2. Gəlincik, kukla.

BƏBƏK (ID - 3552)

is. 1. Göz giləsinin ortasındakı qara dairəcik. [Səba] güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi. M.S.Ordubadi. [Abbasın] zəfəran kimi qırmızı xətlər görünən yanaqları yumrulandı, dərində...

BƏBİRLƏNMƏK (ID - 3553)

f Qabarmaq, kəkələnmək, cürətlənmək; hücum etməyə hazırlanmaq.

BƏD (ID - 3554)

sif. [fars.] 1. Pis, xarab, yaman. Bəd xasiyyət. Bəd iş. - Oğul bəd övlad olsa; Öldürər dərd atanı. (Bayatı). Şairəm, çünki vəzi/əm budur əşaryazım; ..Gördüyüm nikü bədi eyləyim izhar, yazım. M.Ə.Sabir. Bu minval ilə günahkar...

BƏDAHƏT (ID - 3555)

is. [ər.] 1. köhn. Aşkarlıq, aydınlıq, əyanilik; dəlilə, sübuta ehtiyacı olmama.
2. Birdən-birə, fikirləşmədən söz söyləmə və bu cür söylənilən söz, şeir və s.

BƏDAHƏTƏN (ID - 3556)

zərf [ər.] Birdən-birə, qabaqcadan düşünmədən, qabaqcadan hazırlaşmadan, fikirləşmədən. Bədahətən bir beyt söylədi.

BƏDAVAZ (ID - 3557)

sif [fars.] Pis səsli, çirkin səsli.

Bu səhifə 166 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla