Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BİRMANATLIQ (ID - 4509)

1. sif. Bir manata dəyən, bir manat qiymətində olan. Birmanatlıq bilet.
2. is. Bir manat qiymətində kağız və ya metal pul. Birmanatlığı xırdalamaq.

BİRMƏCHULLU (ID - 4510)

sif. riyaz. Tərkibində bir məchul ədəd olan. Birməchullu düstur.

BİRMƏHƏLLƏLİ (ID - 4511)

sif. Eyni məhəllədə yaşayan.

BİRMƏNALI (ID - 4512)

sif. dilç. Bir mənası olan. Birmənalı söz.

BİRMƏNALILIQ (ID - 4513)

is. Bir mənada olma xassəsi. Sözün birmənalılığı.

BİRMƏNZİLLİ (ID - 4514)

sif. Bir mənzili olan. Birmənzilli ev.

BİRMƏRTƏBƏ(Lİ) (ID - 4515)

sif. Bir mərtəbəsi, bir qatı olan. Birmərtəbəli bina. - Həyətin sol tərəfindəki birmərtəbəli evin iki qapısı vardı. S.Rəhman.

BİRMƏSLƏKLİ (ID - 4516)

sif. Eyni məsləkə mənsub olan, həmməslək.

BİRMOTORLU (ID - 4517)

sif. Ancaq bir motoru olan, bir motorla işləyən. Birmotorlu təyyarə.

BİRNƏFƏRLİK (ID - 4518)

b a x biradamlıq.

BİRNƏFƏSƏ (ID - 4519)

zərf 1. Arası kəsilmədən, aramsız, arada durmadan, dayanmadan. Birnəfəsə danışmaq. Birnəfəsə qışqırmaq. Birnəfəsə yüyürmək. - Mən bu əsəri.. böyük bir ləzzətlə və birnəfəsə axıra qədər oxudum, gənc qələm yoldaşıma...

BİRNÖVBƏLİ (ID - 4520)

sif. Bir növbədə olan, icra edilən. Birnövbəli iş.

BİRNÜVƏLİ (ID - 4521)

sif. xüs. İçində tək nüvəsi olan. Birnüvəli hüceyrə.

BİROXLU (ID - 4522)

sif. Bir oxu olan.

BİROTURUMA (ID - 4523)

zərf Bir dəfə oturduqda, bir dəfədə. Biroturuma on qutab yedi. O, biroturuma beş stəkan çay içir.

BİRPALATALI (ID - 4524)

sif. siyasi. Yalnız bir palatası olan, bir qanunverici palatadan ibarət olan. Birpalatalı parlament.

BİRPƏRDƏLİ (ID - 4525)

sif. Bir pərdədən (hissədən) ibarət olan. Birpərdəlipyes. Birpərdəli tamaşa.

BİRRƏQƏMLİ (ID - 4526)

sif. riyaz. Rəqəmi tək olan. Birrəqəmli say.

BİRRƏNGLİ (ID - 4527)

sif. Bir rəngə boyanmış; saya. Birrəngli rəsm. Birrəngli divar kağızı. Birrəngli parça.

BİRSAATLIQ (ID - 4528)

sif. Bir saat davam edən, bir saat vaxt tələb edən, bir saat vaxt üçün müəyyən edilmiş. Birsaatlıq tənəffüs. Birsaatlıq iş. Birsaatlıq gəzinti.

BİRSƏSLİ (ID - 4529)

sif. mus. Eyni səsdə olan, bir səslə ifa edilən. Birsəsli xor. - Birsəsli xalq mahnılarında belə müşayiətedici səslərin olmaması, heç də melodiyanın əhəmiyyətini azaltmır. Ə.Bədəlbəyli.

BİRSƏSLİLİK (ID - 4530)

is. Bir səsdə, eyni səsdə olma xassəsi. Xorun birsəsliliyi.

BİRSİMLİ (ID - 4531)

sif. Yalnız bir simi olan. Birsimli çalğı aləti.

BİRTAYLI (ID - 4532)

sif. Bir tayı olan. Birtaylı qapı.

BİRTƏBƏQƏLİ (ID - 4533)

sif. Bir təbəqədən, bir qatdan, bir laydan ibarət olan. Birtəbəqəli karton. Birtəbəqəli torpaq.

BİRTƏBƏQƏLİLİK (ID - 4534)

is. Birtəbəqəli şeyin halı. Torpağın birtəbəqəliliyi.

BİRTƏRƏFLİ (ID - 4535)

sif. 1. Bir tərəfi olan. Birtərəfli sütun. Birtərəfli cisim.
// Yalnız bir istiqamətdə, bir tərəfdə gedən, cərəyan edən. Nəqliyyatın küçədə birtərəfli hərəkəti. Birtərəfli teleqraf rabitəsi.
// Yalnız bir tərəfdə...

BİRTƏRƏFLİLİK (ID - 4536)

is. Birtərəfli şeyin halı. Görüşlərin birtərəfliliyi. Mübahisədə birtərəflilik. Mühakimədə birtərəflilik.

BİRTƏRKİBLİ (ID - 4537)

sif. Tərkibi bir şeydən, bir ünsürdən ibarət olan; bəsit. Birtərkibli dərman. Birtərkibli maddə. Birtərkibli filiz.

BİRTƏRKİBLİLİK (ID - 4538)

is. Birtərkibli şeyin halı; bəsitlik.

BİRTİPLİ (ID - 4539)

sif. Tip etibarı ilə başqalarına oxşar; eyni tipdə olan. Birtipli hərəkət. Birtipli təsərrüfat. Birtipli adamlar.

BİRTİPLİLİK (ID - 4540)

is. Bir tipdə olma xassəsi.

BİRTOXUMLU (ID - 4541)

sif. 1. Bir cür toxum əkilmiş. Birtoxumlu tarla.
2. Tək çəyirdəkli (meyvə). Şaftalı, gilas birtoxumlu meyvələrdəndir.

BİRTONLU (ID - 4542)

sif. Bir tonda olan, yeknəsəq, yekrəng.

BİRTONLUQ (ID - 4543)

sif. 1. Bir ton ağırlığında şey tutan. Birtonluq vaqon. Birtonluq maşın.
2. Bir ton ağırlığında olan. Birtonluq yük.

BİRTUMLU (ID - 4544)

bax birtoxumlu.

BİRUH (ID - 4545)

sif. [fars. bi... və ər. ruh] Ruhsuz, cansız, ölü. Gül kimi cisimlər, hamı biruh. M.Ə.Sabir. Hamı müqəvva kimi biruhü can; Çanta dalında dolaşır dərbədər. C.Cabbarlı.

BİRUN (ID - 4546)

is. [fars.] köhn. Çöl, bayır, dışarı.

BİRUNİ (ID - 4547)

sif. [fars.] köhn. 1. Xarici, zahiri.
2. İran evlərinin kişilərə məxsus olan qismi.

BİRÜZ(LÜ) (ID - 4548)

sif. riyaz. Bir üzü olan. Birüzlü səth.

BİRÜZLÜLÜK (ID - 4549)

is. Birüzlü şeyin halı.

BİRÜZVLÜ (ID - 4550)

sif. Bir üzvdən ibarət olan.

BİRYAN (ID - 4551)

[fars.] bax büryan.

BİRYANLI (ID - 4552)

sif. Birtərəfli, bir yanı olan.

BİRYAŞAR (ID - 4553)

sif. Bir yaşın içində olan, biryaşlı. Biryaşar dana. Biryaşar uşaq.

BİRYAŞLI (ID - 4554)

sif. 1. Bir yaşına dolmuş. Biryaşlı qulun. Biryaşlı uşaq.
2. Yaşları bərabər olan, yaşıd. Biryaşlı gənclər.

BİRYERLİ1 (ID - 4555)

sif. və is. Həmyerli, bir yerdən olan, həmvətən, həmşəhərli, həmkəndli. O mənimlə biryerlidir. Biz biryerliyik.

BİRYERLİ2 (ID - 4556)

sif. Ancaq bir yeri olan, biradamlıq. Biryerli loja. Biryerli təyyarə. Biryerli kupe.

BİRYOLLU (ID - 4557)

sif. dan. 1. Gediş-gəliş yolu bir olan.
B ax biryolluq. Sözünü biryollu söylə, qurtarsın.

BİRYOLLUQ (ID - 4558)

zərf Birdəfəlik, həmişəlik, qəti olaraq. İşi biryolluq qurtarmalı. Məsələni biryolluq həll etməli. Biryolluq cavab ver. - [Səlimnaz] .. təkliyin daşını biryolluq atacaqdı. M.Hüseyn.

Bu səhifə 175 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla