Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BULAŞMA (ID - 5209)

“Bulaşmaq”dan f.is.

BULAŞMAQ (ID - 5210)

f 1. Bulanmaq, batmaq; ləkələnmək. Üz-gözü palçığa bulaşdı. Üstü yağa bulaşdı. - Ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Ə.Haqverdiyev.
// Kirlənmək, zığlanmaq. Gözləri bulaşmaq.
Pozulmaq, qarışmaq,...

BULDOQ (ID - 5211)

is. [ing.] Yekə və kütsifətli, döşü enli, qıçları qısa və ayaqları yoğun çox sərt və güclü it cinsi.

BULDOZER (ID - 5212)

[ing.] tex. Torpağı kəsmək, çevirib və düzləndirmək üçün traktorun qabağına keçirilən enli bıçaqşəkilli alət (bəzən həmin bıçaq keçirilmiş traktorun özünə buldozer deyilir). Yayıldıqca səhraya buldozerlərin səsi; İnsanlar...

BULDOZERÇİ (ID - 5213)

is. xüs. Buldozerdə işləyən fəhlə. Buldozerçilər briqadası.

BULKA (ID - 5214)

[rus. булка] Ağ buğda unundan bişirilən kökə. Şirin bulka. Xaşxaşlı bulka. Kremli bulka. Kişmişli bulka.

BULKAÇI (ID - 5215)

is. və sif. 1. Bulka bişirən.
2. Bulka satan, çörəkçi. Bulkaçı dükanı.

BULKAÇILIQ (ID - 5216)

is. Bulka bişirmə sənəti.

BULMA (ID - 5217)

“Bulmaq”dan f.is.

BULMAQ (ID - 5218)

f köhn. Tapmaq, əldə etmək. Sübhi-əzəldə buldu hər kim səninlə vüslət. Nəsimi. Əlbəttə, bular bir şami-firqət; Bir sübh səadət ilə vüslət. Məsihi. Tapdı düşmən hər tərəf yüz oldu qovğa aşikar; Buldular fürsət təmami,...

BULUD1 (ID - 5219)

is. 1. Səmada toplanan su buxarı yığını. Ağ buludlar. Qara buludlar. - Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır.
Səhhət. Günəşparça-parça ağarışan buludlar arasından süzüb çıxdıqca, hava daha da istiləşir. M.Hüseyn.
məc....

BULUD2 (ID - 5220)

[rus. “блюдо” sözündən] dan. Böyük boşqab, uzunsov, ya girdə, dayaz iri boşqab. Süfrəyə qoyulmuş iri buludun içərisindəkiplov otağı ətirlə doldurmuşdu. Ə.Vəliyev.

BULUD3 (ID - 5221)

is. Dənizdən çıxarılan və əslində bitkiyəbənzər bir heyvan bədənindən ibarət olan çox elastik, yumşaq və məsaməli bir cisim (silmək, bədəni yumaq və s. üçün işlənir). Məktəb taxtasını silirlər cında ilə və ya bulud...

BULUDLANMA (ID - 5222)

“Buludlanmaq”dan f.is.

BULUDLANMAQ (ID - 5223)

f Buludla örtülmək, bulud gəlmək. Göy üzü buludlandı. - Gün əyilirdi, hava buludlanırdı. Ə.Əbülhəsən.

BULUDLU (ID - 5224)

sif. 1. Buludla örtülmüş, buludla qaplanmış; tutqun. Buludlu hava. - Qatar Sumqayıtdan ötüb sürətini artıranda, buludlu səmada tutqun görünən günəş aşağıya enməkdə idi. Mir Cəlal.
2. məc. Qəmgin, kədərli, tutqun mənasında....

BULUDLUQ (ID - 5225)

1. is. Buludların toplandığı yer, bulud toplanmış yer. Dağın başı buludluqdur.
2. Bax buludlu 1-ci mənada. Bərk qaranlıq düşdü. Hava buludluq idi. M.Hüseyn.

BULUDLULUQ (ID - 5226)

is. Buludlu olma, tutqunluq, buludlu havanın, göyün halı. Havanın buludluluğu.

BULUDSUZ (ID - 5227)

sif. 1. Tamamilə aydın, təmiz (hava haqqında). Qartal qanad çalarkən buludsuz çöl üzündə; Bir əsən yelə döndü atım Ceyran düzündə. Ə.Cəmil.
2. məc. Şairanə təşbehlərdə: aydın, saf, ləkəsiz. Qaşlar üç axşamlıq aydı;...

BULUDSUZLUQ (ID - 5228)

is. Aydınlıq, saflıq, təmizlik. Havanın buludsuzluğu şaxtanın şiddətini artırır.

BULUNMAQ (ID - 5229)

f 1. Tapılmaq. Bulunur hər dərdə istərsən gülüstanda dəva. Füzuli. Dərmansız dərdimə bulunmaz çarə; Müyəssər olmasa visalın, Pəri! Mirzəhəsən.
Olmaq. Maye halında bulunan şeylərin şəkli olmaz, onu hansı qaba töksən,...

BULVAR (ID - 5230)

[fr.] Gəzmək, istirahət etmək və əylənmək üçün şəhər küçələri arasında və ya dəniz sahili boyunca uzanan geniş xiyaban. Demirəm bulvara bunlar nə xəyal ilə gəlir. M.Ə.Sabir. Səninlə tanış oldum bir gün ilk baharda mən;...

BUMAJNİK (ID - 5231)

[rus. бумажник] İçinə pul və ya kağız qoymaq üçün cib qovluğu. Küçədən bir çocuq yüyürdü evə; Bir bumajnik bulub dedi bu nevə. M.Ə.Sabir. [Cəlil ağanın] yadına bumajniki düşdü. İ.Musabəyov.

BUMAZE (ID - 5232)

[fr.] Bir üzü xovlu, isti pambıq parça; bambaz(ı).
2. Bu parçadan tikilmiş. Bumaze köynək.
Marat qara bumazedən köynək geymişdi. M.Hüseyn.

BUMBULAŞIQ (ID - 5233)

sif Tamamilə bulaşıq, çox çirkli, kirli. Sübh yerindən duracaq mal kimi; Ağzı-burnu bumbulaşıq yal kimi. Ə.Nəzmi.

BUMBUZ (ID - 5234)

sif. Çox soyuq, buz kimi soyuq, həddindən artıq soyuq. Bumbuz su. - Küçə bumbuz, rəqs edir Ay donmuş pəncərəmdə. S.Rüstəm.

BUMERANQ (ID - 5235)

is. [ing.] 1. Avstraliyada yerli əhalinin quş və bəzi heyvanları ovlamaq üçün işlətdikləri elastik ov silahı.
2. məc. Əleyhinə çevrilmək; əks-təsir.

BUNCA (ID - 5236)

zərf Bu qədər, bu dərəcədə. Oldu sənə feyz bunca hasil; Bu vaqiədən zəmanə qafıl. Füzuli. Bunca cəfalərin görüb ol binəva könül; Ol bivəfayə gör, gənə ümmidvar olur. S.Ə.Şirvani.
// Bu böyüklükdə, bu ağırlıqda....

BUNCAĞAZ (ID - 5237)

əvəz. dan. bax bucugaz.

BUND (ID - 5238)

[əsli alm.] 1897-ci ildə Rusiyanın qərb qubemiyalarında yaradılmış Ümumi yəhudi sosial-demokrat ittifaqı - menşevizm istiqamətli xırda burjua millətçi partiyası.

BUNDÇU (ID - 5239)

is. Bund təşkilatının üzvü; bund tərəfdarı.

BUNKER (ID - 5240)

[ing.] 1. Kombaynın içərisində müvəqqəti olaraq dən saxlanılan yeşik şəkilli hissəsi. [Yunis:] Sənin qurduğun makaralar, mancanaqlar heçə bənddir. Bunkerlərin hərəkət edəndə yaralı kimi sızıldayır. Mir Cəlal.
// Eyni mənada...

BUNKERLƏMƏ (ID - 5241)

“Bunkerləmək”dən f.is.

BUNKERÇİ (ID - 5242)

is. Bunkerə xidmət edən fəhlə.

BUNKERLƏMƏK (ID - 5243)

f Bunkerə tökmək; yükləmək (səpələnən materialları).

BUNT (ID - 5244)

[alm.] Qeyri-mütəşəkkil, özbaşına törəyən üsyan; qiyam. [Abuzər bəy:] Bu dünyada mənim ən çox zəhləm gedən şey lənətə gəlmiş buntlardır. M.Hüseyn.
// İğtişaş, qarışıqlıq.
□ Bunt salmaq - iğtişaş salmaq,...

BUR (ID - 5245)

[alm.] Texnikada: torpağı və süxurları tədqiq etmək məqsədi ilə müxtəlif quyular qazmaq üçün işlədilən burğu aləti.

BURA (ID - 5246)

zərf (bəzən əvəzlik mənasında işlənir). Bu yer. Buranın meyvələri çox dadlı olur. Buram bərk ağrıyır. Buraları heç görməmişdim. Bura nə gözəldir. Bura haçan gəldiniz?

BURACAQ (ID - 5247)

is. məh. 1. Ağacdan meyvə dərmək üçün alət.
Bax burgu2
Təndirdə odunu qarışdırmaq üçün kösöv.

BURADA (ID - 5248)

BURADACA (ID - 5249)

zərf Həmin bu yerdə, lap burada. O, buradaca qələmi yerə qoydu. Buradaca otur. - Ancaq Vaqif buradaca; Bərk etiraz elədi. M.Dilbazi.

BURADAKI (ID - 5250)

sif 1. Bu yerdə olan, bu yerdə duran. Buradakı şeylərə toxunma. Buradakı kitabları götür.

BURADAN (ID - 5252)

zərf (bəzən əvəz. mənasında işlənir). 1. Bu yerdən. Buradan başlamaq lazımdır. Bu həftənin axırında buradan gedəcəyəm. Buradan üç maşın keçdi. Buradan çaya qədər bir kilometr olar.
Bundan əvvəl deyiləndən; bu səbəbə...

BURAĞAN (ID - 5253)

is. Buruq-buruq dönərək, bərk qar və ya yağışla qarışıq əsən şiddətli külək; fırtına. Qarı birdən sovurur göylərə müdhiş burağan. A.Şaiq.

BURAXDIRILMAQ (ID - 5254)

məch. Başqasının vasitəsilə buraxılmaq.

BURAXDIRMA (ID - 5255)

“Buraxdırmaq”danfis.

BURAXDIRMAQ (ID - 5256)

icb. Başqasının vasitəsilə buraxmaq, buraxmağa məcbur etmək.

BURAXICI (ID - 5257)

is. mətb. Kitabı, qəzeti, məcmuəni və s.-ni son təshihdən sonra çapa buraxan nəşriyyat işçisi.

BURAXILIŞ (ID - 5258)

is. 1. Buraxmaq işi, buraxma. Məhsul buraxılışı. İstiqraz buraxılışı. Kitab buraxılışı.
Kursu bitirmiş tələbələr dəstəsi. Azərbaycan Tibb Universitetinin ikinci buraxılışı. Pedaqoji məktəbin ilk buraxılışı. -Müəllimin...

BURAXILMA (ID - 5259)

“Buraxılmaq”dan fis.

Bu səhifə 158 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla