Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BİDƏMAQ (ID - 4159)

bax bidamaq. Səni görcək özün soxar içəri; Tünd olub, qapını bidəmaq çəkər. Q.Zakir.

BİDƏRD (ID - 4160)

[fars.] 1. Bax dərdsiz. Böylə kim ol dilrüba bidərddir, mən dərdmənd. Füzuli. Gər rəfiqin ola bidərd, davasız dərddir; Əhli-dildən gələ, min zəxm o bir dərd olmaz. M.V.Vidadi. Çün sübh çayın içdi kişi, çıxdı kənarə; Bidərdü...

BİDƏRMAN (ID - 4161)

[fars.] bax bidəva. Birdən sual edən dərdi-bidərman; Əhvalını pərişanə yetirrəm. Aşıq Pəri.

BİDƏT (ID - 4162)

is. [ər.] Hamı tərəfindən qədimdən bəri qəbul edilmiş qayda və adətə, yaxud dinə zidd olan şey, keyfiyyət. Aləmə adət oldu, sənə bidət. (Ata. sözü). Döndərib “a-ba ”yə “əlifi-bey ”ləri; Bidətə bax! “ya ” oxudur...

BİDƏVA (ID - 4163)

sif. [fars. bi... və ər. dəva] Davasız, dərmansız, əlacsız, sağalmaz.

BİDİN (ID - 4164)

[fars. bi... və ər. din] bax dinsiz. [Ağa Mərdan:] Bəli, indi məlum oldu ki, siz niyə belə danışırsınız, çünki o .. bidinin ağzı sizə dəyibdir. M.F.Axundzadə. İndi adamlar deyəsən cindilər; Cin nədi, şeytan kimi bidindilər....

BİDİNLİK (ID - 4165)

is. Dinsizlik, heç bir dinə inanmama.

BİDMİŞK (ID - 4166)

[fars.] bax bədmüşk.

BİELM (ID - 4167)

sif. [fars. bi... və ər. elm] Elmsiz, biliksiz.

BİETİBAR (ID - 4168)

sif. [fars. bi... və ər. etibar] Etibarsız. Bietibar adam. - [Rüstəm bəy:] Məhərrəm, sənin axırın niyə belə bietibar oldu? N.Vəzirov. Elmsiz şeir əsası yox divar kimi olur və əsassız divar qayətdə bietibar olur. F.Köçərli.

BİETİBARLIQ (ID - 4169)

is. Etibarsızlıq; etibara layiq olmama. Qələmin belə aciz və bietibarlığını görəndə rəssamlara əl ataq! C.Cabbarlı.

BİETİNA (ID - 4170)

zərf [fars. bi.. və ər. etina] Etinasız. 0ah Abbası kənar qoyub, qırx il sərasər onun saffiaklığına və cabbarlığına bietina nazir oldular? M.F.Axundzadə.

BİEYB (ID - 4171)

sif. [fars.] Eyibsiz, nöqsansız; qüsursuz.

BİƏDƏB (ID - 4172)

[fars. bi... və ər. ədəb] bax ədəbsiz. Oldu vacib eyləmək ol biədəbdən ictinab. Füzuli.

BİƏDƏBLİK (ID - 4173)

is. Ədəbsizlik, tərbiyəsizlik, yaramazlıq; ədəbsiz, nalayiq, qaba hərəkət, söz.
□ Biədəblik etmək - ədəbsiz (nalayiq) hərəkət etmək, ya söz söyləmək. Bir biədəblik eyləmədik biz ki vaizə; Bizdən nə sadir oldu ki, dəydi...

BİƏQL (ID - 4174)

[fars. bi... və ər. əql] bax agılsız.

BİƏLAC (ID - 4175)

[fars. bi... və ər. ilac] Əlacsız, çarəsiz, naçar. [Cahangir bəy:] İndi o ümidlərim də kəsilib, qalmışam naçar, biəlac. N.Vəzirov.

BİƏLACLIQ (ID - 4176)

is. Əlacsızlıq, çarəsizlik.

BİƏMƏL (ID - 4177)

sif. [fars. bi... və ər. əməl] Dediyinə və ya deyilənə əməl etməyən; boşboğaz, bekara.
□ Alimi-biəməl - bax alim.

BİƏNCAM (ID - 4178)

sif. [fars. bi... və ər. əncam] Sonsuz; aqibətsiz, nəticəsiz, faydasız.

BİƏNDAZƏ (ID - 4179)

sif. [fars.] Əndazəsiz, ölçüsüz, biçimsiz; qaydasız.

BİƏNDAZƏLİK (ID - 4180)

is. 1. Ölçüsüzlük, biçimsizlik; həddən artıqlıq.
2. Nizamsızlıq, qaydasızlıq, qanunsuzluq, başlı-başmalıq. Ənva-ənva biəndazəlik və şərarət əmələ gətirdilər. M.F.Axundzadə.

BİƏSİL (ID - 4181)

sif. [fars. bi... və ər. əsil] Əsilsiz, əsli-nəcabəti olmayan, alçaq.

BİFAİDƏ (ID - 4182)

[fars. bi... və ər. faidə] bax bifayda. Bihudə deyil bu karxanə; Bifaidə gərdişi-zəmanə. Füzuli.

BİFAYDA (ID - 4183)

sif. Faydasız. [Fərhad:] Bifayda olmaqdan isə, ölüb bir dəfə qurtarmaq məsləhətdir. Ə.Haqverdiyev.

BİFƏR (ID - 4184)

sif. [fars.] Fərsiz, fərasətsiz, bacarıqsız, bikara.

BİFŞTEKS (ID - 4185)

[ing.] aşp. Mal ətindən hazırlanan qızartma. [Əhməd:] - İstərsən mənə bifşteks gətir, - deyə Əşrəfə baxdı. A.Şaiq.

BİGAH (ID - 4186)

sif. [fars.] Vaxtsız, gec, axşamçağı.

BİGANƏ (ID - 4187)

sif. [fars.] Yad, yabançı, özgə, tanış olmayan. Biganə adam. - Bu tədbir ilə mülki-İran tayfeyi-biganənin hücumundan məhfuz qaldı. M.F.Axundzadə.
// İs. mənasında. Derlər səni eşqə mübtəlasan; Biganələr ilə aşinasan. Füzuli....

BİGANƏLƏNMƏK (ID - 4188)

f. Biganə olmaq, yad olmaq, yadlaşmaq. Salıbdır meylini yarım kuyinə; Əqlü huşum məndən biganələnmiş. M.V.Vidadi.

BİGANƏLİK (ID - 4189)

is. Yadlıq, yabançılıq. Şahım, nəzər et məni-gədayə; Biganəlik etmə aşinayə! Füzuli. Xalqla dövlət arasında ədavətin, biganəliyin əsil səbəbi ruhanilərdir. M.F.Axundzadə. [Ulduz] ürəkləri ilə dodaqları arasında daima bir...

BİGAR (ID - 4190)

[fars.] bax biyar.

BİGƏRAN (ID - 4191)

sif. [fars.] klas. Sonsuz, intəhasız, hüdudsuz. Zakir, usanmadın o qədər eşqdən ki, ta; Candan usandırdı sitəmibigəran məni. Q.Zakir.

BİGÜMAN (ID - 4192)

BİGÜNAH (ID - 4193)

[fars.] bax günahsız. Məbada məni öldürə bigünah; Gətirdim bu xəlvət məkanəpənah! M.Ə.Sabir. [Güldəstə:] Bisəbəb, bigünah bir uşağın anasını at bayıra, axır nainsaf işdir... N.Vəzirov. Əslində onun [Nəcəfəlinin] heç...

BİHAL (ID - 4194)

zərf və sif. [fars. bi... və ər. hal]
Halsız, taqətsiz, yorulmuş, əldən düşmüş; üzgün, zəif. Bihalyıxılmaq. - Sübh vaxtında bir qoca çaqqal; Aclıq etmişdi çox onu bihal.S.Ə.Şirvani. Kərbəlayı Qulaməli, hacının bu sözlərini...

BİHALƏT (ID - 4195)

[fars. bi... və ər. halət] köhn. bax bihal. [İrakli] .. bihalətyıxılır səndəlin üstünə. Ə.Haqverdiyev.

BİHALLIQ (ID - 4196)

is. Zəiflik, taqətsizlik; yorğunluq, üzgünlük. Mana bu zəfü bihallıq, sağınına, pirlikdəndir; Gözün fikri məni yorğun salıb ahu qovanlar tək. Q.Zakir.

BİHESAB (ID - 4197)

sif. [fars. bi... və ər. hesab]
Haqsız.
Saysız-hesabsız, olduqca çox.
məc. Hesab bilməyən, anlamaz.

BİHESABLIQ (ID - 4198)

is. köhn. Haqsızlıq. Danışma heç bihesablıqdan; Yaxşı olur doğrudüzün axırı. Aşıq Pəri.

BİHƏDD (ID - 4199)

sif. [fars. bi... və ər. hədd] Hədsiz. Füzulidən səbatü səbrü cövrü qəhr az istə; Kim, ol biçarəyi dərdü qəmin bihədd zəbun etdi. Füzuli. [Səriyyə:] Nə çarə edəsən? Sən bir tək, amma bu zalimlər bihədd. C.Cabbarlı.

BİHƏYA (ID - 4200)

sif. və is. [fars. bi... və ər. həya] Həyasız, utanmaz. [Səkinə xanım:] Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? M.F.Axundzadə.
// Söyüş yerində. [Nurcahan:] Axırda təqsirli kim...

BİHƏYALIQ (ID - 4201)

is. Həyasızlıq, utanmazlıq. Bihəyalıq etmək.

BİHİSS (ID - 4202)

zərf [fars. bi... və ər. hiss] Hissiz. Bihiss halda uzanmaq. - Biçarə kişi bircə onu bildi ki, gücü gəldikcə “Vay dədə, vay! ” deyib, bihiss yerə yıxıldı. Çəmənzəminli.

BİHÖRMƏT (ID - 4203)

sif. və zərf [fars. bi... və ər. hürmət] Hörmətsiz. [Səadət xanım:] Bağışlayın, əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm... Mir Cəlal.
□ Bihörmət etmək - hörmətdən salmaq, biabır etmək, alçaltmaq....

BİHÖRMƏTÇİLİK (ID - 4204)

dan. bax bihörmətlik. Burada nə kötək lazımdır, nə bihörmətçilik, nə də qeyri bir bəhanə. C.Məmmədquluzadə.

BİHÖRMƏTLİK (ID - 4205)

is. Hörmətsizlik. Baba üzrxahlıq etdi: - Xanım, başına dönüm, bihörmətlik olar, xəcalət çəkərəm, - dedi. Çəmənzəminli. Məsum kişi .. ömrünün bu çağlarında .. gördüyü bihörmətliyi, eşitdiyi nalayiq sözləri düşündü....

BİHUDƏ (ID - 4206)

sif. və zərf [fars.] Boş-boşuna, əbəs, nəticəsiz, mənasız, faydasız. Bihudə iş. Bihudə danışıq. Bihudə zəhmət. Bihudə yerə. - Vəfa yoxdur, Vidadi xəstə, əsla nəsli insanda; Vəli bihudə bir sözdür, deyirlər laf arasında....

BİHUŞ (ID - 4207)

sif. [fars.] 1. Özündən getmiş, bayğın. Sevil bihuş halda yatırdı. Ə.Sadıq.
Bihuş olmaq - özündən getmək, bayılmaq. [Şahın] haman saat rəngi qaçıb guya ki, bihuş oldu. M.F.Axundzadə. ..Bilmədim hansı tərəfdən elə bir xırıltı...

BİHUŞANƏ (ID - 4208)

zərf [fars.] Özündən getmiş kimi, bayğın halda. Şair bu sözləri vəcd . . halında söyləyərək, bihuşanə yıxılıb, hərəkətsiz qaldı. A.Səhhət.

Bu səhifə 176 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla