Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BİRCÜR(Ə) (ID - 4409)

sif. 1. Bir qaydada, bir şəkildə, bir tərzdə, bir tipdə olan. Bircür mal. Bircür rəng.
2. Başqalarına bənzəməyən, adi normadan kənar. O bircür(ə) adamdır.

BİRCÜRƏLİK (ID - 4410)

is. Sifətcə, keyfiyyətcə, şəkilcə və s. cəhətdən bir olma; eyni şəkildə olan şeyin halı.

BİRÇƏK (ID - 4411)

is. 1. Qulaqların üstündən çıxan saçın qövs şəkilli hissəsi (qadınlarda). Qaşın qabağında seyqəlli birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.
Ümumiyyətlə saç. [Səfər] birçəklərini qotaz daramazdı, papiros...

BİRÇƏKLƏMƏ (ID - 4412)

“Birçəkləmək”dən fis. Bazarda bəzzazın tərəkəməyə min and ilə şey satmağı, hambalların birçəkləmə davası, baqqalların ağız-ağıza verib, qatığa müştəri axtarmaları - heç biri onun zahir və batinində səbəbi-təğyir...

BİRÇƏKLƏMƏK (ID - 4413)

f Savaşarkən birçəyindən, saçlarından yapışmaq.

BİRÇƏKLƏŞMƏ (ID - 4414)

“Birçəkləşmək”dən fis.

BİRÇƏKLƏŞMƏK (ID - 4415)

qarş. Bir-birinin birçəyindən yapışmaq, bir-birinin saçmı yolmaq; savaşmaq.

BİRÇƏKLİ (ID - 4416)

sif Birçəyi olan. Birçəkli qadın. - Məşədibəyin ilk zərbəsindən uzunbığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Çəmənzəminli. [Cahılların] bir parasında başmaq, birparasında da cığ-cığ çəkmə,...

BİRÇƏKLİK (ID - 4417)

is. köhn. dan. Birçəyə (saça) taxılan zinət.

BİRÇƏKSİZ (ID - 4418)

sif. Birçəyi olmayan.

BİRDƏFƏLİK (ID - 4419)

1. sif. Yalnız bir dəfə olan. Birdə/əlik maddi yardım. Birdə/əlik vergi.
2. zərf Həmişəlik, qəti. Birdə/əlik rədd etmək. Birdə/əlik başa sal. Birdə/əlik yaxasından əl çəkdi. - [Məhərrəm bəy:] Xülasə, birdə/əlik səni...

BİRDƏN (ID - 4420)

zərf 1. Gözlənmədən, qəflətən, qəfildən, nagah. Birdən yıxılmaq. Birdən qulağıma bir səs dəydi. Birdən dili tutulmaq.
..Yazırsan ki, istəyirəm bir işə əl vuram, birdən məni gərnəşmə tutur. C.Məmmədquluzadə. Məşədi...

BİRDƏN-BİRƏ (ID - 4421)

bax birdən 1-ci mənada.
Birdən-birə göründü gözə bir xərabəzar. M.Hadi. Bu aralıq birdən-birə toyuğumu xatırlayıb, cəld hinin ağzına yüyürdüm.
Şaiq. Birdən-birə harada isə uzaqlarda, qaranlıqda almaz kimi bir şey işıldayıb...

BİRDƏSTƏKLİ (ID - 4422)

sif. Bir dəstəsi, bir əltutanı olan. Birdəstəkli mişar.

BİRDİBLİ (ID - 4423)

zərf Həmişəlik, qəti, birkərəlik. [Feyzi:] İndi ki belədir, deyirəm, elə birdibli boşan, get!.. Ə.Haqverdiyev. [Kazım:]
Eh, cəhənnəmə ki!.. Budur şah gəldi, odur şah gəldi, daha qulağımız dolubdur, - dedi.
Gəlir gəlsin....

BİRDİRSƏKLİ (ID - 4424)

sif. Bir dirsəyi olan. Birdirsəkli boru.

BİRDORLU (ID - 4425)

sif. Bir doru olan. Birdorlu gəmi.

BİREVCİKLİ (ID - 4426)

sif. bot. Eyni nümunədə hər iki cinsli çiçəklərə, həm dişiciklərə, həm də erkəkciklərə malik olan. Birevcikli bitkilər.

BİREVCİKLİK (ID - 4427)

is. bot. Bəzi bitkilərdə: eyni nümunədə hər iki cinsli çiçəklərin, həm dişiciklərin, həm də erkəkciklərin olması.

BİREVLİ (ID - 4428)

sif. Çox yaxın, bir ailə kimi mehriban (adətən “kimi” qoşması ilə). Birevli kimi yaşamaq. Onlar birevli kimidirlər.
Çünki onlar ilə başdan, binadan; Birevli kimisiz ata-babadan. Q.Zakir. Sabah-axşam çayını da Rozanın anası verir,...

BİREVLİLİK (ID - 4429)

is. Çox yaxınlıq.

BİRƏ (ID - 4430)

is. İnsan və heyvanları sancıb əziyyət verən çox sıçraq cücü. Köhnə məscid hücrələrində birə əlindən tərpənmək olmazdı. H.Sarabski. Laçın .. tövlələrinə girmək istəyəndə hədsiz-hesabsız birələr onun üstünə daraşdı....

BİRƏ-BEŞ (ID - 4431)

zərf Beş qat artıq, hər bir ədədə qarşı beş.

BİRƏ-BİR (ID - 4432)

zərf Hər bir saya qarşı bir, hər bir ədəd üçün bir.

BİRƏBİTDƏN (ID - 4433)

is. zool. Sərçədən kiçik, torpaq rəngli bir quş.

BİRƏÇİÇƏYİ (ID - 4434)

is. bot. Mürəkkəbçiçəklilər fəsiləsindən birillik ot bitki və bu bitkinin çiçəyi (bu bitkinin qurudulmuş çiçəklərindən taxtabiti, birə və s. cücülərlə mübarizə üçün dərman tozu hazırlanır).

BİRƏDƏDLİ (ID - 4435)

sif. Bir ədəddən ibarət olan.

BİRƏDİ (ID - 4436)

zərf dan. 1. Bütünlüklə, hamısı birdən.
2. Birlikdə, bir yerdə, yoldaşlı.

BİRƏĞBƏT (ID - 4437)

BİRƏHM (ID - 4438)

sif. [fars. bi... və ər. rəhm] Rəhmsiz, amansız, daşürəkli. Dust bipərva, fələk birəhm, dövran bisükun. Füzuli.

BİRƏHMLİK (ID - 4439)

is. köhn. Rəhmsizlik, amansızlıq, daşürəklilik. [Hacı Nuru:] Görərsiniz ki, o vaxt.. nə işlər sizin balalarınızın başına gətiriblər, nə birəhmlik onlar haqqında ediblər. M.F.Axundzadə.

BİRƏ-İKİ (ID - 4440)

zərf Hər bir saya qarşı iki, iki dəfə artıq.

BİRƏLƏMƏK (ID - 4441)

f. dan. Birə daraşdırmaq, birə ilə doldurmaq, birəli etmək. 'Pişik yatdığı yeri bütün birələdi.

BİRƏLƏNMƏK (ID - 4442)

f. dan. Bədəninə, paltarına birə daraşmaq. Tövləyə girib birələndi, çıxdı.

BİRƏLİ (ID - 4443)

sif. Birə basmış, birə daraşmış, birə olan.

BİRƏLLİ1 (ID - 4444)

1. sif. Bir əli olmayan, bir əli kəsik olan. Birəlli adam. Birəlli qalmaq.
2. zərf Tək əli ilə, ancaq bir əli ilə. Pambığı birəlli yığmaq.
□□ Birəlli tutmaq - əhəmiyyət verməmək, saymamaq, qiymətləndirməmək. Yoldaşını...

BİRƏLLİ2 (ID - 4445)

is. Təkqulplu qab, birqulplu su qabı. Birəllini su ilə doldur.
BİRƏM-BİRƏM bax birər-birər. Pəncərədən o yana birəm-birəm qar gəlir. R.Rza.

BİRƏNC (ID - 4446)

sif. [fars.] köhn. Əziyyətsiz, əzabsız; asan. 'Birənc nə mümkündür ola gənc müyəssər; Zakir, dəmi-əfsun elə şahmarə, dağılsın. Q.Zakir.

BİRƏOTU (ID - 4447)

is. bot. Dərman hazırlanan bir bitki. Birəotu çox hündür və qol-budaqlı bitkilərdən biridir. Növbə ilə düzülmüş və kəskin ətirli iyə malik, tünd yaşıl yarpaqları vardır. Əliyev.

BİRƏR (ID - 4448)

say Hərəsinə, hər birinə bir dənə, yaxud hər dəfəsində bir dənə. Habelə əlifbaya dair yazmış olduğum kitabçadan Avropa ölkələrinin dövlət başçılarına, o cümlədən Peterburqa da birər nüsxə göndərmişəm. M.F.Axundzadə....

BİRƏ-ÜÇ (ID - 4449)

zərf Hər bir say müqabilində üç, üç qat artıq.

BİRƏ-YÜZ (ID - 4450)

zərf Hər bir saya qarşı yüz, yüz dəfə artıq.

BİRFAMİLİYALI (ID - 4451)

sif. Başqası ilə eyni familiya daşıyan.

BİRFAZALI (ID - 4452)

sif. fiz. Bir fazası olan. Birfazalı generator.

BİRFİKİRLİ (ID - 4453)

sif. Eyni fıkirdə, məsləkdə, düşüncədə olan, həmfikir.

BİRFİKİRLİLİK (ID - 4454)

is. Eyni fikirdə, məsləkdə olma, həmfikirlilik.

BİRGƏ (ID - 4455)

zərf Bir yerdə, birlikdə, bərabər. Birgə çalışmaq. Birgə oxumaq. Birgə işləmək. Yeməyi bu gün birgə yeyəcəyik. - Bu böyük tarixi imtahan günü; Fəhlə, alim durub birgə sırada. R.Rza. Bu səslə ucaltmasaq biz birgə səsimizi;...

BİRGƏLİK (ID - 4456)

is. İşdə, fikirdə və s.-də bir olma, həmrəy olma; şəriklik; iş birliyi.

BİRGƏYAŞAYIŞ (ID - 4457)

is. Bir yerdə yaşama, ictimai mühit, ictimai həyat normaları.

BİRGÖZ (ID - 4458)

is. bot. Meşə kənarlarında və kolluqlarda bitən kol bitki.

Bu səhifə 164 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla