Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BƏDAYE (ID - 3558)

[ər.] İncəsənətə, bədiiyyata aid olan. Bədaye teatrı.

BƏDBATİN (ID - 3559)

sif [fars. bəd və ər. batin] Pisürəkli, qəlbi pis, pisniyyətli; paxıl, kinli. Bədbatin adam. - Var fəqət bəzi şeyxi-bədbatin; Zahiri-halı xoş, ürək xain. H.Cavid.

BƏDBƏXT (ID - 3560)

sif. [fars. bəd və ər. bəxt] Talesiz, bəxtsiz, taleyi pis, uğursuz. Bədbəxt adam. Bədbəxt hadisə. - [Qətibə:] Ailəmizə üz verən böyük və bədbəxt faciəni sizə bildirməyə məcbur oldum. M.S.Ordubadi.
// İs. mənasında. Gərçi...

BƏDBƏXTANƏ (ID - 3561)

zərf [fars.] Bəxtsizcəsinə, talesizcəsinə, uğursuzcasına. Neçin arif yaşar dünyada bədbəxtanə, bilməm ki. M.Hadi.

BƏDBƏXTÇİLİK (ID - 3562)

dan. bax bədbəxtlik.

BƏDBƏXTLİK (ID - 3563)

is. Talesizlik, bəxtsizlik; fəlakət, müsibət, uğursuzluq. Bədbəxtlik üz vermək. - [Arşak:] ..İndi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, gələcək bədbəxtliyi gözləyirəm. M.S.Ordubadi.

BƏDBİHESAB (ID - 3564)

sif. [fars. bəd, bi və ər. hesab] dan. Tamamilə haqsız, doğru olmayan. Yoldaşı verdi cavab: “Danışma bədbihesab”. A.Səhhət.

BƏDBİHESABLIQ (ID - 3565)

is. Tamamilə haqsızlıq, ədalətsizlik, insafsızlıq. [İsmayıl bəy:] Doğrudan, mahalda bədbihesablıq o qədər artıbdır ki, əhalinin naləsi asimanə bülənd olubdur və bu bədbihesablığa bais bizim bəylərdir. N.Vəzirov.

BƏDBİN (ID - 3566)

sif. [fars.] Həyatda hər şeyi pis görən, hər şeyə ümidsiz baxan, gələcəyə inanmayan. 'Bədbin adam. - Nədənsə indi hər şey və hər kiçik təsadüf məni bədbin fikirlərə sala bilirdi. M.S.Ordubadi.

BƏDBİNLƏŞDİRMƏ (ID - 3567)

“Bədbinləşdirmək”dən f.is.

BƏDBİNLƏŞDİRMƏK (ID - 3568)

f. Bədbin etmək, bədbin olmasına səbəb olmaq, həyatdan küsdürmək.

BƏDBİNLƏŞMƏ (ID - 3569)

“Bədbinləşmək”dənfis.

BƏDBİNLƏŞMƏK (ID - 3570)

f. Bədbin olmaq, həyatdan küsmək. Günəş də bunu görüb ümidini kəsir, bədbinləşir, bəxtinə lənət oxuyurdu. Ə.Vəliyev.

BƏDBİNLİK (ID - 3571)

is. Bədbin adamın əhvaliruhiyyəsi; ümidsizlik, gələcəyə inamsızlıq, düşkün əhvali-ruhiyyə.

BƏDBU(Y) (ID - 3572)

sif. [fars.] Pisiyli, pisqoxulu. Zəqqum ağacının hər şaxəsində yetişmiş min cür meyvələri var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayırlar. Ə.Haqverdiyev.

BƏDCİNS (ID - 3573)

sif. [fars. bəd və ər. cins] bax bədəs(i)l. Bədnəzər qonşudan, bədcins yoldaşdan; Qədir bilənlərin iti yaxşıdır. Aşıq Hüseyn.

BƏDCİNSLİK (ID - 3574)

bax bədəsillik.

BƏDDUA (ID - 3575)

is. [fars. bəd və ər. dua] din. Qarğış, nifrin, lənət.. [Şeyx Nəsrulla:]
Cəhənnəm ol! Vallahi, elə bəddua elərəm ki, yer ilə yeksan olarsan! C.Məmmədquluzadə. [Ağa Məhəmməd xan:] ..Dul qalmış övrətlərin bədduası kimin...

BƏDƏBƏD (ID - 3576)

bədəbəd eləmək dan. - sözündən qaçmaq, əhdindən qaçmaq.

BƏDƏBƏDDƏ (ID - 3577)

zərf dan. Pis ayaqda, bərk ayaqda, vəziyyət çətinə düşdükdə, çıxılmaz vəziyyətə düşdükdə, əlac kəsildikdə.

BƏDƏFKAR (ID - 3578)

is. və sif. [fars. bəd və ər. əfkar] Sui-qəsdçi, cinayətkar, cani. [Çopurov:] Kəlbalı naməlum bədəfkar tərəfindən qəflətən vurulmuşdur. S.Rəhimov.

BƏDƏFKARLIQ (ID - 3579)

is. Cinayətkarlıq, suiqəsdçilik, quldurluq, cinayət. Bu mahalda baş verən cinayət və bədəfkarlıqlarda məzkurların dəst(i) .. var... Mir Cəlal.

BƏDƏHVAL (ID - 3580)

sif. [fars. bəd və ər. əhval] Əhvalı pis, halı pis, halı pozğun.

BƏDƏXLAQ (ID - 3581)

sif. [fars. bəd və ər. əxlaq]
Əxlaqı pis, əxlaqı pozğun, əxlaqsız.
Pis xasiyyətli, tünd xasiyyətli.

BƏDƏXLAQLIQ (ID - 3582)

is. Əxlaqı pislik.

BƏDƏL (ID - 3583)

is. [ər.] köhn. 1. Bir şeyin yerini
tutan və ya tuta bilən, bir şeyi əvəz edə bilən şey. Can cövhərinə bədəldir övlad; Övlad qoyan qoyar həmin ad. Füzuli.
// Qarşılıq, əvəz, bir şeyin yerinə verilən şey.
2. Tay,...

BƏDƏMƏL (ID - 3584)

sif. və is. [fars. bəd və ər. əməl] 1. Pis işlərlə məşğul olan, pis iş görən; əxlaqsız. Görəsən hansı bədəməllərin oduna yanırıq? C.Məmmədquluzadə.
Şuluqçu, sırtıq, nadinc, pis. Bədəməl uşaq.

BƏDƏN (ID - 3585)

is. [ər.] İnsan və ya heyvanın vücudu; gövdə. Bədən üzvləri. İri bədən. Sağlam bədən. Ağ bədən. - [Gülpəri:] Yazığı o qədər döyübdür ki, bədənində sağ yer qalmayıb. Ə.Haqverdiyev. İndi ananın yarıçılpaq bədəni...

BƏDƏNCƏ (ID - 3586)

is. məh. Qısa qadın arxalığı.

BƏDƏNCƏRƏ (ID - 3587)

sif. dan. Zahiri görünüş, yaxud bədən quruluşu cəhətdən pis, eybəcər, yaraşıqsız, biçimsiz, iyrənc, bədləkər.

BƏDƏNCƏRƏLİK (ID - 3588)

mücər. dan. Eybəcərlik, yaraşıqsızlıq, biçimsizlik, çirkinlik, görkəmsizlik.

BƏDƏNDAM (ID - 3589)

sif. [fars.] Bədən quruluşu düzgün olmayan, bədəninin hissələri arasında tənasüb olmayan; yöndəmsiz.

BƏDƏNNÜMA (ID - 3590)

sif. [ər. bədən və fars. nüma] Adətən bədənnüma ayna (güzgü) şəklində işlənir - başdan-ayağa bütün bədəni göstərən böyük güzgü. [Ağa Mərdan:] A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (Bədənnüma...

BƏDƏS(İ)L (ID - 3591)

sif. və is. [fars. bəd və ər. əsl] köhn. Əsli pis, zatı pis, mayası pis; əsilsiz, nəcabətsiz (bəzən söyüş mənasında işlənir). Bədəsillər ciyərimi doğrayır; Əsil olan məlhəm qoyub bağlayır. Aşıq Molla Cümə.

BƏDƏSİLLİK (ID - 3592)

is. Əsilsizlik, nanəciblik, nacinslik.

BƏDƏVİ (ID - 3593)

sif. [ər.] Köçəri, çöllü. Bədəvi ərəb.

BƏDƏVİLİK (ID - 3594)

is. Köçərilik.

BƏDFAL (ID - 3595)

is. [fars. bəd və ər. fal] Uğursuzluq, bədbəxtlik; fəlakət əlaməti. Qonaqlar da bu işi şahın gələcəyi üçün bədfal hesab edirdilər. P.Makulu.

BƏDGU (ID - 3596)

sif. və is. [fars.] Başqaları haqqında pis danışan, qeybət edən. Nəyçün sənə tənə edə bədgu; Namusuna layiq işmidir bu? Füzuli. Bir neçə an sükutdan sonra ona [Ərəblinskiyə] təsəlli vermək üçün bədgular haqqında söylənmiş...

BƏDGULUQ (ID - 3597)

is. Başqası haqqında pis danışma, qeybət etmə xasiyyəti və işi.

BƏDGÜMAN (ID - 3598)

sif. [fars.] Həqiqəti bilmədən, zənn və təxminə görə bir şey haqqında pis düşünən, pis fikirdə olan; şübhə edən. Bildi ki, rəqib bədgümandır. Füzuli.
□ Bədgüman etmək - şübhəyə salmaq, şübhələndirmək. Şami-vüsal...

BƏDGÜMANLIQ (ID - 3599)

is. Pis fikir, şübhə. Tərəhhüm qıl, tərəhhüm qıl, tərəhhüm; Başınçun eylə tərki-bədgümanlıq. Əmani.

BƏDHAQQ (ID - 3600)

sif. [fars. bəd və ər. həqq] Aldığı borcunu qaytarmaq istəməyən, haqverməz.

BƏDHAQLIQ (ID - 3601)

is. Haqverməzlik. [Ustalar] bir az əmtəələrini satdıqları tacirin bədhaqlığından danışdılar, sonra ticarətin dayandığından şikayətləndilər. Çəmənzəminli.

BƏDHAL (ID - 3602)

sif. [fars. bəd və ər. hal] Halı pis, halı ağır, vəziyyəti ağır. Xəstə dünən bədhal idi. - Öylə bədhaləm ki, əhvalım görəndə şad olur; Hər kimin kim, dövr cövründən dili-naşadı var. Füzuli.

BƏDHESAB (ID - 3603)

is. [fars. bəd və ər. hesab] Haqsız. Hesabiyə dağda olsa, əgilləm; Bədhesaba yaman kinligirəm mən. “Koroğlu”.

BƏDHEYBƏT (ID - 3604)

BƏDHEYKƏL (ID - 3605)

sif. [fars. bəd və ər. heykəl] Pis görünüşlü, bədəni yöndəmsiz, biçimsiz. Bədheykəl adam.

BƏDHƏRƏKƏT (ID - 3606)

sif. [fars. bəd və ər. hərəkət] Rəftarsız, bədxasiyyət, qılıqsız.

BƏDXAB (ID - 3607)

sif. [fars.] Yuxusu pis.
□ Bədxab olmaq - yuxusu qaçmaq. [Əkbər:] ..Səndən ayrılandan sonra gedib bədxab olub sübhədəkyata bilməmişəm. Ə.Haqverdiyev. Bədxab etmək - yuxusunu qaçırmaq, yatmağa qoymamaq, yuxudan ayıltmaq. [Qarovulçu:]...

Bu səhifə 159 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla