Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BİLMƏ (ID - 4309)

“Bilmək”dən f.is.

BİLMƏDƏN (ID - 4310)

zərf 1. Bilmədiyi halda, bilməyə-bilməyə. Bilmədən danışma.
B a x bilməyərək.

BİLMƏK (ID - 4311)

f. 1. Bir şey haqqında məlumatı olmaq, xəbərdar olmaq, vaqif olmaq. Mən bunu çoxdan bilirdim. Bu xüsusda mən heç bir şey bilmirəm. Bilirsənsə, gəl söylə. Mən sənin fikrini bilmək istərdim. - Ey dil, amandı, sirrini biganə bilməsin....

BİLMƏMƏZLİK (ID - 4312)

is. 1. Anlamama, xəbəri olmama; xəbərsizlik, məlumatsızlıq.
□ Ozünü bilməməzliyə qoymaq - özünü qəsdən bilməyən, tanımayan kimi göstərmək. Yoldaşını gördü, özünü bilməməzliyə qoydu.
Mahmud isə özünü bilməməzliyə...

BİLMƏRRƏ (ID - 4313)

zərf [ər.] Heç, əsla, heç bir dəfə, qətiyyən, tamamilə, büsbütün. Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. Hacı Xəlilin səsi...

BİLMƏYƏRƏK (ID - 4314)

zərf Qəsdi olmadan, istəmədiyi halda. Qız özü bilməyərəkdənmi, Vasyanı çaşdırmaq üçünmü - əvvəlcə qərarlaşdırdığı mövzudan kənara çıxdı. M.S.Ordubadi.

BİLÜMUM (ID - 4315)

zərf [ər.] köhn. Ümumiyyətlə, hamılıqla, ümumən, bütün, tamamilə. Və bir
də bu məktəblilər bilümum; Oxurlar kəmalınca ali ülum. M.Ə.Sabir.

BİLVASİTƏ (ID - 4316)

BİLYARD (ID - 4317)

[fr.] 1. Üzərinə mahud çəkilmiş xüsusi miz üstündə şarlarla oynanılan oyun. Bilyard oynamaq. Bilyard şarı. - Maşallah, gecə-gündüz valimiz; Çalır partapiyan, oynayır bilyard. Q.Zakir. Bu oğlan bilyard oyununu özünə peşə eləmişdi....

BİLYARDÇI (ID - 4318)

is. Bilyard oynamağı sevən, yaxşı bilyard oynayan adam.

BİLYARDXANA (ID - 4319)

is. [fr. bilyard və fars. ...xanə] Bilyard oynanılan yer. Mirzə Cavadın .. oğlu şəhərdən əl çəkməyib gecə-gündüz vaxtını bilyardxanalarda keçirirdi. Ə.Haqverdiyev.

BİMAR (ID - 4320)

sif. və is. [fars.] Xəstə, naxoş, azarlı. Barilaha, gülzarına qıyma sən; Xəstə düşüb, bimarına qıyma sən! Aşıq Pəri. Bir təbibə gedib də bir bimar; Dedi: mədəmdə ağrı bir şey var. M.Ə.Sabir. Vahidəm, bimarieşqəm, qeyridən...

BİMARXANA (ID - 4321)

is. [fars.] köhn. Xəstəxana.

BİMARİSTAN (ID - 4322)

is. [fars.] köhn. Xəstəxana. Dövlət tərəfindən hər yerdə zükur və ünas bimaristanları olurdu... M.F.Axundzadə.

BİMARLIQ (ID - 4323)

is. Xəstəlik, naxoşluq. Çəkmə zəhmət, çək əlin tədbiri-dərdimdən, təbib; Kim, deyil sən bildiyin mən çəkdiyim bimarlıq. Füzuli.

BİMBİZ (ID - 4324)

sif. 1. Ucu çox şiş, ucu çox iti və nazik. Bıçağın ucu bimbizdir.
2. Çox dik.

BİMEHR (ID - 4325)

sif. [fars.] köhn. Sevgisi, məhəbbəti olmayan. Bimehr gözəllərdən aləmdə vəfa umma. Ə.Vahid.

BİMƏKAN (ID - 4326)

sif. [fars. bi... və ər. məkan] Məkansız, yersiz-yurdsuz. Həsrətindən xəstə düşdüm; Mən biməkan, ağrın alım. Aşıq Əsəd.

BİMƏQAM (ID - 4327)

sif. [fars. bi... və ər. məqam] Yersiz, münasibətsiz. Ayırdı məndən o məhruyi biməqam fələk. S.Ə.Şirvani.

BİMƏNA (ID - 4328)

sif. və zərf [fars. bi... və ər. məna] Mənasız. Biməna söz. Biməna söhbət. - [Ağa Kərim xan:] ..Bu sözləri nə üçün biməna danışırsan? N.Vəzirov.

BİMƏRHƏMƏT (ID - 4329)

sif. [fars. bi... və ər. mərhəmət] Mərhəmətsiz, insafsız, rəhmsiz, zalım. Bimərhəmət əyanlarına şükr, xudaya! M.Ə.Sabir. Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət? Bu zülmə qarşı, nolur, bir də bir ədalət olaydı....

BİMƏRİFƏT (ID - 4330)

sif. [fars. bi... və ər. mərifət] Mərifətsiz. İnsana şərəfbəxş fəqət elmü hünərdir; Bimərifət adəm canı yox xüşk şəcərdir. M.Hadi.

BİMƏRİFƏTLİK (ID - 4331)

is. Mərifətsizlik.

BİMƏSRƏF (ID - 4332)

sif. [fars. bi... və ər. məsrəf] köhn. 1. Yersiz, bihudə, boş yerə, faydasız. Biməsrəf yerə pul xərc etmə.
2. Karagəlməz, lüzumsuz, heç şeyə yaramaz. [Hacı Qənbər:] Ay gədə, sən qəribə biməsrəf adamsan, heç zad əlindən...

BİMƏZƏ (ID - 4333)

sif. [fars.] 1. Dadsız, tamsız, heç bir dadı olmayan.
2. məc. Boş, mənasız, şit, duzsuz. Biməzə söz. Biməzə söhbətlər.

BİMƏZMUN (ID - 4334)

sif. [fars. bi... və ər. məzmun] Məzmunsuz. ..Sədi və Hafizdən sonra İranda şeir qayətdə tənəzzülə düşüb, şüəranın əşarı küllən biməzmun və məhz puç ləfi/azlıq olmuşdur. M.F.Axundzadə. [Qurban Mərəndi:] Bu kobud, biməzmun...

BİMİNNƏT (ID - 4335)

sif. [fars. bi... və ər. minnət]
Minnətsiz.
2. Pulsuz, müftə, havayı. Dolaşıb bulvarı hər gün gəzərsən biminnət. M.Ə.Sabir.

BİMİSL (ID - 4336)

sif. [fars. bi... və ər. misl] Misilsiz, tayı-bərabəri olmayan.

BİMUZD (ID - 4337)

sif. və zərf [fars.] Muzdsuz, zəhmət haqqı verilməyən, ücrətsiz; havayı, müftə. [Mirzə:] Rəhmətlik oğlu, mən məgər burada hambali-bimuzdəm? Ə.Haqverdiyev. [Zindalı:] Yəhya lələ, o nə deyən sözdür? Sənin deməyindən bu il...

BİMÜRÜVVƏT (ID - 4338)

sif. [fars. bi... və ər. mürüvvət] Mürüvvətsiz, insafsız, amansız, rəhmsiz; ədalətsiz.
// Bəzən söyüş kimi işlənir. [Fərhad:] Nainsaf zalımlar, bimürüvvət cəlladlar! Ə.Haqverdiyev.

BİMÜRÜVVƏTLİK (ID - 4339)

is. Mürüvvətsizlik, insafsızlıq, rəhmsizlik, ədalətsizlik. Hər günüm hicrində, ey məh, bir qiyaməttək keçər; Bimürüvvətlikdir olsa bunlar ömrümdən hesab. S.Ə.Şirvani.

BİMÜRVƏT (ID - 4340)

dan. bax bimürüvvət. Ay bimürvət, nədir mənim günahım; Çəkirsən zülfündən dara sən məni. Aşıq Hüseyn. [Vaqif:] Vidadi, qardaşım, sənmisən, gəlgəl; Bizi ayrı saldı bimürvət əcəl. S.Vurğun.

BİNA (ID - 4341)

is. [ər.] 1. Tikili, mülk, ev. Gözəl və yüksək bina. Məktəb binası. Daş bina. Yeni teatr binası. - [Mədəd] vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərə/ getdi. M.İbrahimov. Ferma müdiri .. məni...

BİNAƏN (ID - 4342)

qoş. [ər.] köhn. Görə, əsasən, ötrü. Bu gün bir az işim olduğuna binaən mehmanxanaya təxirlə qayıtdım. M.S.Ordubadi.
□ Ona binaən bağl. köhn. - ona görə. Ona binaən onu [Yusifi] uşaq ikən gətirib, şəhri-Qəzvində məktəbə...

BİNAGÜZARLIQ (ID - 4343)

is. [fars.] 1. Tədbir, sərəncam, çarə, çıxış yolu. Bu xüsusda bir binagüzarlıq lazımdır. - [Mirzə İsmayıl:] Rəcəb kəndxuda, binagüzarlıq səninlədir. Ə.Haqverdiyev.
Rəsmi tapşırıq, əmr, qərar, qanun, sərəncam.
□...

BİNAMUS (ID - 4344)

sif. [fars. bi... və ər. namus] Namussuz. [Bəkir:] Sizin kimi qəhrəmanın qabağında ölmək yaxşıdır, nəinki binamus, namərd adamların üzünü görmək. N.Vəzirov. [Sərtib:] Atamın qanını unutmaq üçün mən gərək bişərəf və...

BİNAMUSLUQ (ID - 4345)

is. Namussuzluq.

BİNƏ (ID - 4346)

is. 1. Köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskən saldıqları yer; yurd, köç. Qaya çobanın yaşadığı kiçik binə böyüməyə başlayıb, bir kənd şəklinə düşür. M.S.Ordubadi. Pası yaylaqdan kəndin yanındakı...

BİNƏKDAR (ID - 4347)

is. Keçmişdə: topdan külli miqdarda tay ilə mal satan tacir.

BİNƏKDARLIQ (ID - 4348)

is. köhn. Binəkdarın işi, sənəti.

BİNƏLƏNMƏK (ID - 4349)

f. Yurd salmaq, bir yerdə məskən salmaq, möhkəmlənmək; yerini möhkəmlətmək. Sən orada lap, deyəsən, binələnmisən! - Düşmən səflərini vurub yıxdınız; Faşist səngərində binələnmədi. R.Rza.

BİNƏLƏŞMƏK (ID - 4350)

bax binələnmək.

BİNƏLİ (ID - 4351)

sif. dan. 1. Bir yerdə yurd salmış, çoxdan sakin olmuş; həmişəlik, daimi.
məc. Əsaslı, möhkəm, etibarlı.

BİNƏSİB (ID - 4352)

sif. [fars. bi... və ər. nəsib] Nəsibsiz, məhrum.
□ Binəsib qoymaq (etmək)
məhrum etmək. Axırda bu fikirlər məni qurulmaqda olan bu gözəl həyatdan binəsib qoyacaqdır. Ə.Vəliyev. Binəsib olmaq - məhrum olmaq. Cami-meyi-eşqdən...

BİNƏVA (ID - 4353)

sif. [fars.] Yazıq, fağır, bədbəxt, zavallı, nəsibsiz. Bunca cəfalərin görüb ol binəva könül; Ol bivəfayə, gör yenə ümmidvar olur. S.Ə.Şirvani. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub...

BİNƏVALIQ (ID - 4354)

is. Yazıqlıq, bədbəxtlik, nəsibsizlik, yoxsulluq. Ərz eylədi zəfü binəvalıq; Ev-ev gəzib eylədi gədalıq. Füzuli.

BİNƏZİR (ID - 4355)

sif. [fars. bi... və ər. nəzir] Misilsiz, tayı-bərabəri olmayan. [Əzra Zəhraya:] Bir baban var, cahana şöhrətdir; Fazili-binəzir, Şeyx Kəbir. H.Cavid.

BİNİHAYƏ(T) (ID - 4356)

sif. [fars. bi... və ər. nihayət] Nəhayətsiz, sonsuz, hədsiz, olduqca çox. [Mənsur:] Məni əbədilik olaraq, bəla dəryasının girdabi-binihayəsinə salıb, cavan ömrümü .. məzara yerləşdirmə. C.Cabbarlı. [Vaqif:] Xanın binihayə...

BİNİŞAN (ID - 4357)

sif. [fars.] Nişansız, əlamətsiz; itkin, gizli. Bəzi qövm və tayfalar [ağız ədəbiyyatından] savayı, özgə bir asar-əlamət zahir etməyib, öz nağıl və hekayələri və milli nəğmələri və məsəlləri ilə bir müddət dünyada...

BİNİYAZ (ID - 4358)

sif. [fars.] Ehtiyacsız, ehtiyacı olmayan, möhtac olmayan.

Bu səhifə 151 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla