İzahlı lüğət

BEYİN

is. 1. anat. Mərkəzi sinir sisteminin ən mühüm üzvü, habelə bu üzvü təşkil edən və kəllə ilə bel sümüyü kanalmı dolduran maddə. İnsan beyni. Qoyun beyni. Beyin xəstəliyi.
2. məc. dan. Ağıl, şüur, fəhm, zəka, baş mənasında. Onun beyni yoxdur, danışığını bilmir. - Bir gün əvvəl küllüyün yanından keçərkən, Firudinin beynində oyanmış fikirlər yenidən baş qaldırdı. M.İbrahimov. 0 Beyni yerindən oynamaq (laxlamaq)
dəli olmaq. Beynə batmaq (girmək)
mümkün hesab etmək, inanmaq. Bu dediklərin, deyəsən, mənim də beynimə batdı.
Yoldaş, doğrusu, onların sözləri mənim də beynimə batır. C.Məmmədquluzadə. Bu söz Həpəndovun beyninə batdı. Mir Cəlal.
Beyni dağılmaq - səs-küydən dəng olmaq, başı ağrımaq. Beynindən çıxmamaq - daim fikrində olmaq, yadından çıxmamaq, daim düşündürmək. Kütlələri təşkil edib böyük bir dağ kimi hərəkətə gətirmək fikri Əlinin beynindən çıxmır. M.İbrahimov. Beyninə yeritmək (salmaq) - bir şeyi birinə tez-tez təkrar edərək inandırmaq, mənimsətmək, təlqin etmək. [Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub dururlar. M.F.Axundzadə. Usta bu fikri bir çox canlı misallarla uşaqların beyninə yeridirdi. Ə.Sadıq. Beynini aparmaq - çox danışmaqla, səs-küylə birini rahatsız etmək, yormaq, dəng etmək. Beynini doldurmaq
birinə bir şey və ya şəxs haqqında çoxlu deyib inandırmaq (yalnız mənfı mənada). [Səlim bəy] əvvəlcə pristavı evinə çağırıb onun puç beynini lazımi qədər doldurmuşdu.
Nəzərli. Qan başına (beyninə) vurmaq, qan beyninə (sıçramaq) - b ax qan.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed