Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BƏRAƏTLƏNDİRMƏ (ID - 3858)

“Bəraətləndirmək”dən f.is

BƏRAƏTLƏNDİRMƏK (ID - 3859)

f. hüq. Bəraət qazandırmaq, bəraət vermək, təmizə çıxarmaq.

BƏRAT (ID - 3860)

[ər.] bax barat.

BƏRATƏLQÖVL, BƏRATÜLQÖVL (ID - 3861)

köhn. bax protokol. [Senzor:] Hökumətə çatan bəzi şayiatı təftiş və təhqiq edib, bu barədə bəratəlqövl yazaq. C.Məmmədquluzadə. [Pristav:] Mənə də əmr olunubdur ki, sizi [Məşədi Əkbəri] danışdırıb, bəratəlqövl yazıb,...

BƏRAY(İ) (ID - 3862)

.., qoş. [fars.] köhn. Ötrü, üçün. Bərayi-ehtiyat (ehtiyat üçün). - [Ocaqqulu:] Təbrizdənəm, - dedi. - Buraya bərayi-ziyarət gəldim, yenə vətənə qayıdacağam, əhliəyalım oradadır. Çəmənzəminli.

BƏRBAD (ID - 3863)

is. [fars.] Dağılmış, dağınıq, pozğun, pərişan, uçmuş, pozulmuş; çox pis, çox xarab, çox yaman.
□ Bərbad etmək (qoymaq) - dağıtmaq, pozmaq, viran etmək, xarab etmək; heçə çıxarmaq, puç etmək, alt-üst etmək. Bərbad...

BƏRBADLIQ (ID - 3864)

is. 1. Pərişanlıq, xarabalıq, viranlıq.
2. Pozğunluq, qatma-qarışıqlıq, intizamsızlıq.

BƏRBƏR (ID - 3865)

b ax dəllək 1-ci mənada. Bərbər dükanı.

BƏRBƏRXANA (ID - 3866)

b ax dəlləkxana.

BƏRBƏRİYYƏT (ID - 3867)

is. [xüs. is.-dən] Barbarlıq, vəhşilik. Bir əlac eylə ki, bu bərbəriyyət zəmanəsinin əlifbasında erab hüruf ilə müttəsil yazılsın. M.F.Axundzadə.

BƏRBƏRLƏR (ID - 3868)

cəm. 1. tar. Vaxtı ilə Afrikanın şimalmda yaşamış, indi isə ərəblərlə qarışmış bir xalq.
məc. Vəhşi (bax barbar).

BƏRBƏRLİK (ID - 3869)

bax dəlləklik 1-ci mənada.

BƏRBƏT (ID - 3870)

is. [ər.] Uda oxşar qədim çalğı aləti. Əldə incə bərbət, rübab, cənglə dəf; Çalıb-oynayanlar oturdu səf-səf. Nizamidən.

BƏRBƏZƏK (ID - 3871)

is. bax bəzək 1-ci mənada. [Əntiqə] kənddə də varlı qadınlar görmüşdü. Amma bu bərbəzəkdə görməmişdi. Mir Cəlal.

BƏRDAŞT (ID - 3872)

BƏRDƏK (ID - 3873)

is. məh. Bir yerə toplanmış dərzlər (adətən on dərz) qalağı. Yasavul .. sarı papağını kənardakı qara qundaqlı berdankasının başına keçirmiş, kürən atın böyründəki alçaq dərz bərdəyinə söykənmişdi. S.Rəhimov.

BƏRDƏVAM (ID - 3874)

sif. və zərf [fars. bər və ər. dəvam] köhn. Davamlı, davam etməkdə olan, sürəkli, uzunsürən. Bəlkə yenə bu hal ilə şad kam; Yüz illərcə qalacağam bərdəvam. A.Səhhət.

BƏRƏ1 (ID - 3875)

is. 1. Ov gözlənilən yer, pusqu, marıq. Ovu bərədə vurmalı. (Ata. sözü). Aslantək bərəyə yataq; Düşmənlərə şeşpər ataq. “Koroğlu”. Kəmənd əldə, səyyad ov bərəsində; Ovçu da ağlayar, maral da ağlar. Aşıq Növrəs...

BƏRƏ2 (ID - 3876)

is. 1. Böyük çayların üstündə qurulan mütəhərrik körpü, yaxud üzərində şey daşımaq üçün yan-yana rəbt edilmiş şalbanlardan ibarət üzücü körpü; sal. Orada bir bərəyə rast gələcəksiniz. Traktorları bərəyə qoyub, o...

BƏRƏÇİ (ID - 3877)

is. Bərəni idarə edən şəxs, salçı.

BƏRƏÇİLİK (ID - 3878)

is. Bərəçinin işi, sənəti.

BƏRƏKALLAH (ID - 3879)

[ər. “bərakəllah”] Əhsən, mərhəba və s. mənasında tərif, bəyənmə ifadə edir. Bərəkallah, oğlum! - Bərəkallah, qüvvətlicə alabaş; Filin üstə əcəb gedir bir baş. A.Səhhət.
// Bəzən kinayə və ya istehza ilə deyilir....

BƏRƏKƏT (ID - 3880)

is. [ər.] 1. Bolluq, məhsuldarlıq. [Əmioğlu:] Yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapıbir qonşularımızın pambığının bərəkətinə bağlıdır. C.Məmmədquluzadə. [Nizami:] Məmləkətimizin mövqecə əhəmiyyəti,...

BƏRƏKƏTLİ (ID - 3881)

sif. 1. Bol, bollu, zəngin. Bayram günlərində düzələn böyük ziyafətlərin bərəkətli süfrəsini bu gülşəndə yetişən
qərənfillər yaraşığa mindirirdi. M.Hüseyn.
// Məhsuldar, bəhrəli, bol məhsullu; münbit. Bərəkətli...

BƏRƏKƏTSİZ (ID - 3882)

sif. Bərəkəti olmayan, tez qurtaran, davamsız, artımsız.
// Kafi miqdarda olduğu halda, xeyri görülməyən. Sanki havadan un ələnirdi. Ancaq bu bərəkətsiz un yeri ağartmırdı. Mir Cəlal.

BƏRƏKƏTSİZLİK (ID - 3883)

is. 1. Bərəkəti, artımı olmama; miqdarı kafi olduğu halda, xeyri görünməmə; azlıq, kifayətsizlik, artımsızlıq, çox tez qurtarma.
2. məc. Uğursuzluq, şükümsüzlük, rifahsızlıq.

BƏRƏKS (ID - 3884)

zərf [fars. bər və ər. əks] Əksinə olaraq, əksinə, tərsinə, ziddinə, zidd. Bərəks danışmaq. - [Balaqardaş:] Hər kim mənə bərəks getdi, vay onun halına!.. N.Vəzirov. [Mehri xanım:] ..Sən niyə onun sözünə bərəks gedirsən....

BƏRƏLƏMƏ (ID - 3885)

“Bərələmək”dən f.is.

BƏRƏLƏMƏK (ID - 3886)

f 1. Bostan və ya bağı sulamaq üçün bərə çəkmək, arx açmaq, suyu ləklərə calamaq.
2. məc. Yaralamaq, döyməklə göyərtmək, qançır etmək.

BƏRƏLMƏK (ID - 3887)

gözləri (gözü) bərəlmək
qorxudan, hiddətdən, acıqdan, heyrətdən, çaşqınlıqdan gözləri geniş açılmaq, genəlmək, böyümək. Valya yavaş-yavaş yerindən tərpəndi, gözləri bərəlmiş halda dərindən nəfəs aldı. S.Rəhimov....

BƏRƏLƏNMƏ (ID - 3888)

“Bərələnmək”dən f.is.

BƏRƏLƏNMƏK (ID - 3889)

f 1. məch. Bərə çəkilmək, arx açılmaq, suyu ləklərə calanmaq.
məc. Yaralanmaq, yara açılmaq. Yenə mindi qəm səməndin yollandı; Heç bilmədim bərələnmiş könlümü. M.V.Vidadi.

BƏRƏLTMƏ (ID - 3890)

“Bərəltmək”dən f.is.

BƏRƏLTMƏK (ID - 3891)

gözlərini (gözünü) bərəltmək - 1) qorxudan, acıqdan, şiddətdən, təəccübdən, heyrətdən, çaşqınlıqdan gözlərini geniş açmaq, ağartmaq. Bənə hər qəzetçi bərəldir gözün; Yazır hey qəzetlərdə məktəb sözün. M.Ə.Sabir....

BƏRƏYƏÇİ (ID - 3892)

is. məh. Silahı hazır vəziyyətdə tutaraq, bərədə durub ovu gözləyən ovçu. Ümdə girəvələrdə və keçilməz bəndərgahlarda dayanmış bərəyəçilər öz nəfəslərini udmağa çalışır, az qala söykəndikləri gövdəlipalıd...

BƏRFƏRZ (ID - 3893)

ara s. [fars. bər və ər. fərz] köhn. Tutaq ki, ehtimala görə, fərz edək ki. [Hacı Kərim Zərgər:] Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəyab olmur. M.F.Axundzadə. Dedi: “Bərfərz, olsa...

BƏRG (ID - 3894)

is. [fars.] klas. Yarpaq. Gül bərginə bənzər sərasər bədən. M.P.Vaqif. Saçın tutanda üzarın belə xəyal edirəm; Çəməndə bərgi-gül üstə qara duman yeri var. Ə.Vahid.

BƏRGƏŞT (ID - 3895)

is. [fars.] klas. Qayıtma, dönmə.
Bərgəşt etmək - qayıtmaq, dönmək. Tazədən bərgəşt edib, bir də cavan olsaydım, ah! M.Ə.Sabir.

BƏRHƏM (ID - 3896)

[fars.]: bərhəm etmək köhn.
pozmaq, dağıtmaq, bərbad etmək. Visaliyardan etdin büsatım bərhəm, ey gərdun!S.Ə.Şirvani; bərhəm olmaq köhn. - pozul
maq, dağılmaq, qarışmaq, bərbad olmaq. Bərhəm olur dərdlər, qəmlər, həmdəmlər;...

BƏRHƏVA (ID - 3897)

[fars. bər və ər. həva]: bərhəva etmək köhn. - puç etmək, tələf etmək, məhv etmək, havaya sovurmaq. Kiçiyinə dedim: - A tərlan bala; Düşmən sürüsünü eylə bərhəva. R.Rza.

BƏRHƏYAT (ID - 3898)

sif. [fars. bər və ər. həyat] Diri, yaşayan.
□ Bərhəyat olmaq - sağ olmaq, yaşamaq. Cahanda bərhəyat olduqca bitməz təbi-fəyyazım. M.Hadi.

BƏRİ (ID - 3899)

1. zərf Bu tərəfə, buraya, bu yana, yaxına. Bəri gəl. Bəri dur. - Dolanım başına, ey nazlı yarım, bəri bax! S.Ə.Şirvani. [İmamqulu] bir də süzüb, bəri gəldi. Çəmənzəminli. ..Komendant əli ilə cib dəftərçəsini göstərdi:
Onu...

BƏRK (ID - 3900)

sif. 1. Mayelərdən və qazaoxşar cisimlərdən fərqli olaraq, öz şəkil və ölçüsünü mühafizə edən. Bərk cisimlər.
Sərt, qatı (yumşaq ziddi). Bərk sümük. Bərk daş. Bərk qənd. Bərk ağac. Su donduqda maye halından bərk halına,...

BƏRK-BOŞ (ID - 3901)

is. dan. Həyatda qarşıya çıxan çətinliklər, müşkülat, çətin vəziyyət; imtahan, sınaq. [Cəbiş:] Ömrümdə çox-çox bərkboş görmüşəm, ancaq hələ .. belə nəgəhan şey görməmişəm. S.Rəhimov.
□□ Bərkdən-boşdan...

BƏRKDƏN (ID - 3902)

zərf Ucadan, səsini ucaldaraq. Bərkdən ağlamaq. - Onlar [Xınalıq camaatı] ədəbiyyatımızın yenilikləri ilə maraqlanır, sual verir, şeir dinlədikcə “yenə-yenə” deyə bərkdən qışqırırdılar. R.Rza. Birdən tələbələrdən...

BƏRKİDİCİ (ID - 3903)

sif. 1. Bərkləşdirici, sağlamlaşdırıcı. Havanın bərkidici təsiri onun temperaturundan, rütubətindən, küləyin sürətindən asılı olur.
2. İs. mənasında, xüs. Bərkləşdirici, möhkəmləndirici, yapışdırıcı maddə.

BƏRKİDİLMƏ (ID - 3904)

“Bərkidilmək”dən f.is.

BƏRKİDİLMƏK (ID - 3905)

məch. 1. Bərk hala gətirilmək.
2. Bağlanmaq, qapadılmaq, qıfıllanmaq. Quyunun ağzı bərkidildi.

BƏRKİMƏ (ID - 3906)

“Bərkimək”dən f.is.

BƏRKİMƏK (ID - 3907)

f. 1. Bərk hala gəlmək, sərtləşmək, qatılaşmaq, möhkəmləşmək. Sümüyü bərkimək.
// Qurumaq. Palçıq bərkiyibdir.
məc. Cismən və ruhən möhkəmləşmək, sağlamlaşmaq, qüvvətlənmək. Canı bərkimək. İdman nəticəsində...

Bu səhifə 92 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla