Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BURAXILMAQ (ID - 5260)

“Buraxmaq”dan məch. (2, 4, 16, 18, 19, 27 və 28-ci mənalardan başqa).

BURAXMA (ID - 5261)

“Buraxmaq”dan fis.

BURAXMAQ (ID - 5262)

f. 1. Əlini açaraq əlindəki, yaxud əli və s. ilə tutduğu şeyin çıxmasına, düşməsinə, getməsinə imkan vermək, daha tutub saxlamamaq. İpin ucunu buraxmaq. Quşu əlindən buraxmaq. Tutub buraxmır.
// Əlindən salmaq. [Məryəm]...

BURALI (ID - 5263)

sif. Bu yer əhalisindən olan, bu yerli. O, buralı deyil. Bu kişi buralıdır.

BURAYA (ID - 5264)

zərf (bəzən əvəzlik mənasında işlənir). Bu yerə, bu tərəfə. Buraya gəl. Şeyləri buraya gətir. Mən bir də buraya gələn deyiləm. Buraya bax.

BURAZ (ID - 5265)

is. Çox yoğun ip. Burazla bağlamaq. Gəmi burazı.

BURAZLAMA (ID - 5266)

“Burazlamaq”dan f.is.

BURAZLAMAQ (ID - 5267)

f Burazla bağlamaq, burazla çəkmək (dartmaq).

BURAZLANMA (ID - 5268)

“Burazlanmaq”dan f.is.

BURAZLANMAQ (ID - 5269)

məch. Burazla bağlanmaq.

BURAZLI (ID - 5270)

sif. Burazı olan, burazla bağlanmış.

BURBUĞ (ID - 5271)

is. məh. Saxsıdan qayrılmış qədim çalğı aləti.

BURC1 (ID - 5272)

BURC2 (ID - 5273)

BURCLAMAQ (ID - 5274)

f məh. Puçurlamaq, düymə bağlamaq. Burclayıb düyməçələnmiş ətirli ağ yaylığı və yaşıl donu ilə özünü bəzəmiş .. ağaclar indi lütləşirdi. S.Rəhimov.

BURCUXMA (ID - 5275)

“Burcuxmaq”dan f.is.

BURCUXMAQ (ID - 5276)

f Qurdalanmaq, yerindən tərpənmək. Yəhya Kamal stulda burcuxdu, ağır-ağır danışdı. Mir Cəlal. Hər ikisi paltarını soyunub, yerinə girsə də, bir neçə saat burcuxa-burcuxa (z.) qalıb yata bilmədilər. M.Hüseyn.

BURCUTMA (ID - 5277)

“Burcutmaq”dan f.is.

BURCUTMAQ (ID - 5278)

f dan. Bədənin orta hissəsini buran kimi etmək, bədənini sağa-sola oynatmaq (bəzən naz-qəmzə etmək mənasında da işlənilir). Katibə iri bir boşqabda Əlyarovun səhər yeməyini gətirib, masanın üstünə qoydu, geriyə döndü və...

BURDURMA (ID - 5279)

“Burdurmaq”dan f.is.

BURDURMAQ (ID - 5280)

“Burmaq”dan icb.

BURĞAC (ID - 5281)

is. Mexanizmi hərəkətə gətirmək üçün qurğu.

BURĞACLI (ID - 5282)

sif. Mexanizmi burulmaqla hərəkətə gətirilən. Bir əlində oyuncaq - burğaclı yük maşını, bir əlində açar olan ağbəniz .. oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi. Mir Cəlal.

BURĞU1 (ID - 5283)

is. 1. Müxtəlif dəlici alətlərin adı. Dülgər burğusu. Dəmirçi burğusu. - Dırnağı Əzrailə çəngəl idi; Bığları bir burğuya timsal idi. S.Ə.Şirvani.
2. Vinti açmaq, ya bərkitmək üçün alət.
// Probkaaçan alət.

BURĞU2 (ID - 5284)

is. məh. Tənəkləri və s.-ni bağlamaq üçün nazik söyüd çubuğu.

BURĞULAMA (ID - 5285)

“Burğulamaq”dan f.is.

BURĞULAMAQ1 (ID - 5286)

f 1. Burğu ilə deşmək.
2. tex. Burğu ilə qaykada vint yeri açmaq.

BURĞULAMAQ2 (ID - 5287)

f məh. Burğu ilə bağlamaq (bax burğu2#).

BURĞULANMAQ (ID - 5288)

məch. Burğu ilə bağlanmaq.

BURĞULATMAQ (ID - 5289)

icb. Burğu ilə bağlatmaq.

BURĞULANMA (ID - 5290)

“Burğulanmaq”dan f.is.

BURXUDULMA (ID - 5291)

“Burxudulmaq”dan f.is.

BURXUDULMAQ (ID - 5292)

məch. Burulub zədələnmək, sərpdirilmək, yerindən oynadılmaq (bədən üzvü).

BURXULMA (ID - 5293)

“Burxulmaq”dan f.is.

BURXULMAQ (ID - 5294)

f 1. Burulub zədələnmək, sərpmək, yerindən oynamaq. Qolu burxulmaq. Ayağı burxulmaq.
Burulmaq. Bir dəfə at dərin yerə düşəndə, Əmiraslan qəflətən ipi çəkdi, at burxulub Nurəddini üstündən saldı. S.S.Axundov.

BURXUNTU (ID - 5295)

is. Burxulmaqdan əmələ gələn zədə; qolda, qıçda və s.-də burxulmuş yer.

BURXUTMA (ID - 5296)

“Burxutmaq”dan f.is.

BURXUTMAQ (ID - 5297)

f Burub zədələmək, sərpdirmək, yerindən oynatmaq (bədənin bir üzvünü). Qolunu burxutmaq. Ayağını burxutmaq.

BURJUA (ID - 5298)

[fr.] Burjuaziya sinfinə mənsub adam, burjuaziya sinfı nümayəndəsi.
// Burjuaziyaya aid olan, ona xas olan. Burjua görüşləri.

BURJUALAŞMA (ID - 5299)

“Burjualaşmaq”dan f.is.

BURJUALAŞMAQ (ID - 5300)

f Burjua halına gəlmək, burjua olmaq.

BURJUAZIYA (ID - 5301)

[fr.] Kapitalist cəmiyyətində istehsal alət və vasitələrinin sahibi olan və muzdlu əməyi istismar etməklə izafi dəyər alaraq kapitalist gəliri ilə yaşayan hakim sinif. Burjuaziya respublikası. Burjuaziya inqilabı. Burjuaziya cəmiyyəti.
...

BURJUY (ID - 5302)

b ax burjua. Burjuylar bayılmış qadınlarını faytona qoyub qaçmaq istəyirdilər. M.S.Ordubadi.

BURLAK (ID - 5303)

is. [rus.] Rusiyada gəmiləri kəndirlə axına əks istiqamətdə çəkən muzdur. Repinin məşhur “Burlaklar” şəkli.
Keçmişdə burlaklar qum üstündə qayıq çəkərdilər. Ə.Sadıq.

BURMA (ID - 5304)

1. “Burmaq”dan f.is.
sif. Burulmuş, eşilmiş. Burma bığ. Burma saç.
sif. Burğu şəklində olan, vintəoxşar. Buynuzu burma təkə oynaqlayır, atılıb-düşürdü. S.Rəhimov.
□ Burma qazma tex.
süxurların, neft quyularının...

BURMABIĞ(LI) (ID - 5305)

BURMABUYNUZ (ID - 5306)

sif. Buynuzu buruq, burğu şəklində olan. Qəhrəman indi meşənin sərinliyində .. burmabuynuz inəyi sığallayıb tumarlayırdı. S.Rəhimov.

BURMAC (ID - 5307)

is. məh. Çimdik.

BURMAQ (ID - 5308)

f 1. Düz şeyi buruq hala salmaq, qıvrım etmək. Saçı burmaq.
// Eşmək. Bığlarını burmaq. İpi burmaq.
Dala qatlayıb çevirmək, qanırmaq. Qolunu burmaq. - Gədələr Qədim dayının qollarını burdular. S.Rəhimov.
Vintləmək,...

BURNUYELLİ (ID - 5309)

sif. dan. Məğrur, lovğa.

Bu səhifə 151 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla