Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BEL2 (ID - 3408)

is. Sağ və ya sol yanında ayaqla basmaq üçün çıxıntısı olan uzun saplı qazma aləti. Dəmir bel. Bel ilə belləmək. - Ulduz həyətə girərkən [ana] hasarın yanında əlində bel yer qazırdı. Ə.Məmmədxanlı. Fəhlələr işə başladılar....

BELAĞACI (ID - 3409)

is. məh. Arabaya qalanmış otun üstündən atılan uzun ağac.

BELBAĞI (ID - 3410)

is. Belə bağlanılan hər şey (qayış, toqqa, qurşaq, kəmərbənd və s.). ..Belində gümüş körpülü belbağı, qıçında Çin ipəyindən şalvar olan qonşu oğlu .. yoldaşları ilə söhbətə gedərdi. H.Sarabski.

BELBAĞLAMA (ID - 3411)

is. etnoqr. Keçmişdə gəlin köçürüldüyü zaman oğlanın yaxın qohumlarından birinin dəsmal və s. ilə gəlinin belini bağlama adəti. Belbağlamanın icrasından sonra, Kiçikbəyimin bir qoluna İbrahim xan, o birisinə Vaqif girib, kallayının...

BELÇİKALI (ID - 3412)

is. Belçika əhalisinə mənsub adam.

BELETAJ (ID - 3413)

[fr.] 1. Teatrın tamaşa salonunda parterdən yuxarı birinci yarus. [Yeni teatr binasında tamaşaçı yerlərinin] bir hissəsi beletaj şəklində 24 lojada yerləşdirilmişdir. “İncəsənət”.
2. Evin aşağıdan ikinci, adətən ən yaxşı...

BELƏ (ID - 3414)

əvəz. 1. Bu cür, bu təhər, bu kimi, bu sayaq. Mən belə adam görməmişəm. Belə işlərə yol vermək olmaz. - Fikirləşirəm, .. axırda yəqin edirəm ki, hələ gərək belə də olsun. M.Ə.Sabir. [Suraxanski:] Mən heç vaxt.. demərəm...

BELƏCƏ (ID - 3415)

zərf Bunun kimi, bu cür, bu təhər, belə, tamamilə bu cür, bu qayda ilə, bu tərzdə. [Rüxsarə] beləcə düşünür və yorulmadan çalışırdı. S.Rəhimov. Beləcə, bir qədər dalğınlıqla çölə baxdıqdan sonra, birdən qadın gözlərini...

BELƏLİKDƏ (ID - 3416)

zərf dan. 1. Belə olduqda, bu halda, əgər belə olsa. Beləlikdə mən sənə yoldaş deyiləm.
2. Bu vəziyyətdə, bu halda, bu qaydada. İş beləlikdə qaldı.

BELƏLİKLƏ (ID - 3417)

ara s. (bəzən “də” ədatı ilə işlənir). Bu qayda ilə, bu cür, demək (nəticə olan ikinci cümlənin əvvəlində işlənir). Beləliklə, Rüxsarə təbdən-təbə düşürdü. S.Rəhimov. Beləliklə də, Cuma iki gün yaxşıca istirahət...

BELİBAĞLI1 (ID - 3418)

sif. Beli bağlı olan, beli qurşaq və s. ilə bağlanmış.

BELİBAĞLI2 (ID - 3419)

is. zool. Qırğı böyüklükdə yırtıcı bir quş.

BELİBASIQ (ID - 3420)

sif. dan. Belini yəhər vurmuş (minik heyvanı haqqında).

BELİBÜKÜK (ID - 3421)

sif. Beli bükülmüş, qocalmış. Doxsan yaşlı belibükük bir kişi.

BELİƏYRİ (ID - 3422)

sif. 1. Beli əyilmiş.
2. məc. Qoca, çox yaşlı adam mənasında.

BELLETRIST (ID - 3423)

[fr.] Belletristika əsərləri müəllifi.

BELLETRİSTİKA (ID - 3424)

[fr.] Nəsr şəklində yazılmış bədii ədəbiyyat - romanlar, povestlər, hekayələr.

BELLƏMƏ (ID - 3425)

“Belləmək”dən fis.

BELLƏMƏK (ID - 3426)

f. Bel ilə qazımaq (torpağı). Payızda bağı belləmək xeyirlidir.

BELLƏNMƏ (ID - 3427)

“Bellətmək”dən fis.

BELLƏNMƏK (ID - 3428)

məch. Bel ilə qazılmaq.

BELLƏTDİRMƏK (ID - 3429)

bax bellətmək.

BELLƏTMƏ (ID - 3430)

“Belləmək”dən f.is.

BELLƏTMƏK (ID - 3431)

icb. Bel ilə qazdırmaq (torpağı).

BELLİK (ID - 3432)

is. məh. Bir baş su, müəyyən ölçüdə axar su.

BELORUS (ID - 3433)

Belorusun (keçmiş Belorusiyanın) əsas əhalisini təşkil edən və dil cəhətdən şərqi slavyan xalqları qrupuna daxil olan xalq və bu xalqa mənsub adam.

BELORUSCA (ID - 3434)

zərf Belorus dilində. 'Belorusca danışmaq.

BEMOL (ID - 3435)

[ital.] mus. Səsi yarım ton alçaltmaq üçün not işarəsi.

BENEFIS (ID - 3436)

[fr.] köhn. Teatr işçisi, yaxud artist xeyrinə verilən tamaşa, ya konsert.
// Artistin xidmətini, məharətini, əhəmiyyətini qeyd etmək üçün onun şərəfinə verilən tamaşa.

BENUAR (ID - 3437)

[fr.] Teatr zalında parter ilə bir səviyyədə olan loja.

BENZİN (ID - 3438)

[xar.] Əsasən neftdən və ya daş kömür kitrəsindən distillə yolu ilə, yaxud süni surətdə alınan rəngsiz, tezalışan uçucu maye.

BENZİNDAŞIYAN (ID - 3439)

sif və is. Benzin daşımaq üçün uyğunlaşdırılmış (avtomobil və s.). Benzindaşıyan maşın.

BENZİNTÖKƏN (ID - 3440)

sif və is. Maşınlara və s.-yə benzin tökməyə məxsus. Benzintökən cihaz.

BENZOL (ID - 3441)

[fr.] Daş kömür kitrəsindən, neftdən və s. distillə yolu ilə hasil edilən rəngsiz maddə (boya maddələri, partlayıcı maddələr, dərman və s. istehsalında işlədilən).

BERDANKA (ID - 3442)

[rus.] 1870-1891-ci illərdə rus ordusunda işlədilən birpatronlu tüfəng. Yasavul uzun qırmızı təpəli sarı papağını .. berdankasının başına keçirmişdi. S.Rəhimov. [Namaz:] Nə təhər olsa, bizə xeyli berdanka, aynalı tapmalısan....

BERET (ID - 3443)

[fr.] Günlüyü və kənarları olmayan yumşaq baş geyimi.

BERİLLİUM (ID - 3444)

[yun.] kim. Gümüşü rəngli çox yüngül bərk metal; kimyəvi element. Nadir və az tapılan elementlərdən volfram, molibden, berillium .. və başqaları xüsusi yer tutur və onların yeni yataqlarının tapılması elm və texnikanı çox maraqlandırır....

BERKUT (ID - 3445)

is. zool. Qartal cinsindən yırtıcı quş.

BERTOLE (ID - 3446)

duzu [xüs. is.-dən] Kimya sənayesində və təbabətdə işlənən kristallik ağ poroşok (kalium-xloratm köhnə adı).

BESTSELLER (ID - 3447)

is. [ing.] Çox yaxşı satılan, pula yaxşı gedən kitab.

BEŞ1 (ID - 3448)

say. Dörddən sonra gələn ədəd - 5.
Beş-altı, beş-on - az, cüzi, əhəmiyyətsiz miqdarda, bir neçə. Cibimdə beş-altı qəpik pulum var. İclasa beş-on adam gəlmişdi. - [Kərim baba] odun gətirməyə getsə, görərsən beş-on çırpını...

BEŞ2 (ID - 3449)

is. məh. Quru, nazik və tezyanan odun.

BEŞAÇILAN (ID - 3450)

bax beşatılan. Əsgər ondan [dükançıdan] cəld qalxıb, abasının altından beşaçılan tüfəngini çıxardıb, patronlayıb dedi.. Ə.Haqverdiyev. Çiynində beşaçılan; Sol qolunda kəlağay; Gəldi Don kənarına. M.Rahim.

BEŞATAN (ID - 3451)

bax beşatılan. Qoçular, quldurlar qatar taxardı... Beşatanın çata-çata çıxmışdı. Aşıq Ələsgər.

BEŞATILAN (ID - 3452)

is. dan. Xəzinəsi beş patron tutan tüfəng. [Maro] evin küncündə qara tumac qoburda olan sarı qundaq beşatılanı çıxartdı. S.Rəhimov.

BEŞAYLIQ (ID - 3453)

sif 1. Beş ay üçün düzəldilmiş, beş aylıq müddət nəzərdə tutulmuş, yaxud beş ay ərzində olmuş. Beşaylıq məlumat. Beşaylıq kurs.
2. Yaşı beş ay olan. Beşaylıq uşaq.

BEŞBARMAQ (ID - 3454)

is. 1. Barmaqlara taxılaraq, əl içində sıxılıb tutulan metal barmaqlıq şəklində silah.
2. Şana, beşdişli yaba.

BEŞBAŞLI (ID - 3455)

sif Beş başı, beş ucu, beş tini, beş təpəsi olan. Beşbaşlı dağ.

BEŞBETƏR (ID - 3456)

sif [beş və fars. bədtər] Daha pis, ən pis, çox pis. [Əlyarov:] Eh, ay əmioğlu, sən də məndən beşbetər ağıldan kasıbsan ha! M.Hüseyn.

BEŞBİR (ID - 3457)

zərf Beş-beş. Adamlar dəstə-dəstə, üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. M.İbrahimov.

Bu səhifə 154 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla