İzahlı lüğət

BƏD

sif. [fars.] 1. Pis, xarab, yaman. Bəd xasiyyət. Bəd iş. - Oğul bəd övlad olsa; Öldürər dərd atanı. (Bayatı). Şairəm, çünki vəzi/əm budur əşaryazım; ..Gördüyüm nikü bədi eyləyim izhar, yazım. M.Ə.Sabir. Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə. [Bəşir:] Məsləhətin bəd deyil, ağlımayatır. S.S.Axundov.
Bəd gəlmək, bəd gətirmək - pis gətirmək, nəhs gətirmək, baş tutmamaq; uğursuzluğa uğramaq. İşi bəd gətirmək. - [Romanov hökumətinin istibdadı] elə bərk idi ki, dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində yenə qəzetəyə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. C.Məmmədquluzadə. Bəd nəzər mövhumata inananların təsəvvürüncə, guya baxdığı adama və şeyə gözündəki mövhumi qüvvə ilə xətər yetirən pis göz. [Rüstəm:] Anan da evdə səndən yana bəd nəzərdən qorxur. S.Rəhimov. Bəd olmaz - pis olmaz, eybi yoxdur, yaxşı olar, ziyan etməz. [Odabaşı:] [Hacının] da halını görmək bəd olmaz. Ə.Haqverdiyev. [Koxa:] Üstündən bir çay olsa, heç bəd olmaz. S.Rəhimov. Bədinə danışmaq - pisliyinə danışmaq, qeybət etmək.
// Çirkin, yaraşıqsız, yöndəmsiz. Oranqutanq çox bəd görünüşlü heyvandır.
2. Hirsli, sərt, qapağan, tutağan. Bu it çox bəd itdir.
□□ Bəd ayaqda - təhlükəli, xətərli vaxtda, qorxulu dəqiqədə, iş çətinə düşəndə. Baxdı, gördü Aslandır. Zənn eləmə itirdi; Bəd ayaqda tez özünü bu cəbhələr aslanı. M.Rahim.
bəd... [fars.] Bəzi sözlərin əvvəlinə gətirildikdə mənfi mənada mürəkkəb sifət düzəldilir; məs.: bədrəng, bədsifət, bədheybət və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed