Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BACASIZ (ID - 2558)

sif Bacası olmayan. Firidunu bir həyətdə bacasız bir tövləyə salaraq, qapını bərk-bərk bağlamışdılar. M.İbrahimov.

BACI (ID - 2559)

is. 1. Bir ata-anadan, yaxud bir atadan və ya bir anadan olan qızların birbirinə və ya qardaşlarına olan qohumluq münasibəti. Doğma bacılar. Əkiz bacılar.
2. Tanış olmayan qadına, qıza ehtiramla müraciət. Ey atalar, analar, ey gəlinlər,...

BACICIQ, BACICIĞAZ (ID - 2560)

“Bacı ’dan oxş. Bacıcığazım xəstədir.

BACI-QARDAŞ (ID - 2561)

is. 1. Bacı ilə qardaş.
Bir-birinə çox yaxın və dost olanlar, bacı və qardaş kimi mehriban olanlar.
Bir-birinə çox bənzər olan iki şey; cüt, tay olan iki şey.

BACIQIZI (ID - 2562)

is. 1. Bacının qız övladı.
2. Yaşlı kişinin qıza və yaxud cavan qadına nəvazişlə müraciəti. Bacıqızı, yol buradandır?

BACILAŞMA (ID - 2563)

“Bacılaşmaq”dan fis.

BACILAŞMAQ (ID - 2564)

qarş. Bir-birinə bacı kimi yaxın olmaq, dostlaşmaq.

BACILIQ (ID - 2565)

is. 1. Ögey bacı. Qız onun bacılığıdır, bunu qızın özü söyləyir. Lakin bütün Təbriz qızı onun doğma bacısı hesab edir. M.S.Ordubadi.
□ Bacılıq etmək- 1) qayğısına qalmaq, yaxşılıq etmək; 2) doğma bacını əvəz...

BACIOĞLU (ID - 2566)

is. 1. Bacının oğlan övladı. [Dayısı Nadirə:] Bacıoğlu, görünür qulaqburması yadından çıxıb, ha? - deyə altı il əvvəl döyüldüyünü xatırlatdı. B.Talıblı.
Yaşlı adamın uşağa və ya cavan oğlana, yaxud öz bacısı...

BAC-XƏRAC (ID - 2567)

is. [fars.] bax bac 1 və 2-ci mənalarda. Xəlilpaşa Koroğluya yeddi
ilin bac-xəracını verdi. “Koroğlu”. Kişi bütün dünyadan bac-xərac alır. C.Cabbarlı.

BAD1 (ID - 2568)

is. məh. 1. Təndir və s. qurmaq üçün içinə keçi qılı qatılıb hazırlanan qatı palçıq.
Qazma evlərin ortasında palçıqdan qayrılan ocaq yeri.

BAD2 (ID - 2569)

is. [fars.] Yel, külək. Mən aşiq, bad apardı; Bad vurdu, bad apardı; Cəfasını mən çəkdim; Səfasın yad apardı. (Bayatı). Bənd edib hər səhər bad əsər, arizi-cananə dəyər; Toxunur sərvə gəhi, gah gülüstanə dəyər. M.V.Vidadi....

BADAQ (ID - 2570)

is. 1. Bax badalaq.
Sınmış ağacı bərkitmək üçün ona keçirilən enli dəmir halqa.
Ev quşlarının ayaqlarına bağlanan bağ, ip, halqa.
Yastıbaşlı, itiuclu dəmir və ya ağac mıx, mismar; gülmıx.

BADAQÇEŞNİ (ID - 2571)

məh. bax badaqvari.

BADAQLAMA (ID - 2572)

“Badaqlamaq”dan f.is.

BADAQLAMAQ (ID - 2573)

f 1. Qıçları və ayaqları ilə bərk sıxmaq, tutmaq (atı, ağacı və s.).
Badaqla bərkitmək (bax badaq 2 və 4-cü mənalarda).
Əhliləşdirilmiş quşların ayağına badaq vurmaq, badaqla bağlamaq.

BADAQLANMA (ID - 2574)

“Badaqlanmaq”dan fis.

BADAQLANMAQ (ID - 2575)

məch. Badaq vurulmaq, badaqla bərkidilmək.

BADAQLI (ID - 2576)

sif. Badağı olan (bax badaq 2-ci mənada).

BADAQVARİ (ID - 2577)

sif. məh. Mıxa oxşayan, mıx kimi, mismara oxşayan.

BADALAQ (ID - 2578)

is. 1. Sərbəst güləşmə zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma.
□ Badalaq vurmaq - birini yıxmaq üçün ayağını onun ayağına dolaşdırmaq. Mən yoldaşımdan qabaq çəməndə bir lalə...

BADALAQLAMA (ID - 2579)

“Badalaqlamaq”dan

BADALAQLAMAQ (ID - 2580)

f 1. Badalaq vurmaq, badalaqla yıxmaq.
2. məc. Hiylə qurmaq, kələk qurmaq, fırıldaq işlətmək, dolab gəlmək, aldatmaq.

BADALAQLANMAQ (ID - 2581)

məch. Badalaq vurulmaq.

BADALAQLAŞMAQ (ID - 2582)

qarş. 1. Bir-birinə badalaq vurmaq, bir-birini badalaqla yıxmağa çalışmaq.
2. məc. Çəkişmək, bir-biri ilə yola getməmək. Bir-birinə badalaq vurmaq.

BADAM (ID - 2583)

is. [fars.] İsti ölkələrdə yetişən sərt qabıqlı, ləpə şəklində ləzzətli bir meyvə və bu meyvənin ağacı. Badam ağacı. Badam yağı. Acı badam (dadı acı olub, yağı texnika və əczaçılıqda işlənən badam). Daş badam (qabığı...

BADAMAĞIZ (ID - 2584)

sif. Ağzı çox kiçik və gözəl.

BADAMBACI (ID - 2585)

is. dan. Gəlinlərə, qayınanalara və ya yaşlı qadınlara hörmət üçün verilən ad.

BADAMBURA (ID - 2586)

b ax badamçörəyi.

BADAMBUTA (ID - 2587)

sif. və is. [fars.] Badam naxışlı, badamı gülləri olan (parça). Badambuta çit. Badambuta süfrə. - [Məmmədin] əynində kayanı dörd ətək donu, tirmə döşlüyü, ağ badambuta qurşağı, Xorasanı abası var idi. H.Sarabski.

BADAMCAN (ID - 2588)

is. bot. Dağlarda bitən cır ərik.

BADAMCIQ (ID - 2589)

is. anat. Boğazda və əsnəkdə olan və görünüşcə badama oxşayan vəzi.

BADAMÇA (ID - 2590)

is. Badam ağacına bənzər xırda və çiçəkli bir ağac; dəli badam.

BADAMÇÖRƏYİ (ID - 2591)

is. İçinə şəkərlə qarışıq döyülmüş badam qoyulmuş xırda şirin çörək.

BADAMGÖZ(LÜ) (ID - 2592)

sif. Gözlərinin quruluşu badama oxşayan. [Ərknaz] İran miniatürlərində rəsm edilən badamgözlü, qaraqaşlı, incəbel qızlara bənzəyirdi. M.Hüseyn. Badamgöz oğlum, yaxşı tanı yaponu. R.Rza. Allı-güllü geyinib bəzənmiş badamgözlü,...

BADAMI (ID - 2593)

sif. Badamşəkilli, badama bənzər. Yanaqları lalə, gözləri badamı; Bağrımı qan etdi ləli-gülfamı. Nəbati. [Gəlin] çatma, uzun qaşları altında badamı gözlərini bircə an Xəlilə zilləyib, tez geri çəkdi. M.Hüseyn.

BADAMIBUTA (ID - 2594)

bax badambuta. [Kişinin] ayağında gen lifəli qara mahud şalvar və qırmızı badamıbuta corab vardır. H.Sarabski.

BADAMLI1 (ID - 2595)

sif Badamdan və ya badamla hazırlanan, içərisində badam olan. Badamlı konfet. Badamlı qoğal. - Eşidirəm ki, dadlıdadlı xuruşlar, badamlı paxlavalar çox yeməli imiş. “Mol. Nəsr.”.

BADAMLI2 (ID - 2596)

is. Müalicə üçün içməli su [Naxçıvanda Badamlı deyilən yerin adından].

BADAMLIQ (ID - 2597)

is. Badam bağı, badam ağacları əkilmiş yer.

BADAMŞƏKİLLİ (ID - 2598)

bax badamı. [Zibeydə] brilyant düzülmüş badamşəkilli cıqqasını .. taxdı. M.S.Ordubadi.

BADAMVARİ (ID - 2599)

bax badamı.

BADAR (ID - 2600)

məh. 1. is. Kiçicik əkin yeri.
2. sif Dağınıq, pozuq.

BADAŞ (ID - 2601)

b ax bardaş.

BADBADI (ID - 2602)

b ax bat-bat.

BADBAN (ID - 2603)

is. [fars.] Ensiz nazik taxta çərçivəyə yapışdırılmış və uzun sapa bənd edilərək, havaya uçurulan kağız; çərpələng. Badban uçurmaq. - Barıt və qeyri bu kimi atılan əczaları şar və badban ilə havaya qaldırıb orada atanda...

BADƏ (ID - 2604)

is. [fars.] şair. 1. Şərab, çaxır. Badə düşkünü. - Qəmzən görünməyib gözə, qanlar içər müdam; Zahid kimi ki, badəni eldən nihan içər. Füzuli. Könül, meyxanə cənnət, badə kövsər, saqidir qılman; Gedib vaiz deyən nisyə...

BADƏNUŞ (ID - 2605)

sif və is. [fars.] Şərab içən, içki içən; əyyaş.

BADƏPƏRƏST (ID - 2606)

sif və is. [fars.] İçki düşkünü, şərab düşkünü.

BADI (ID - 2607)

is. məh. Saxsı nimçə, dövrə.

Bu səhifə 175 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla