Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

BAXINMA (ID - 2758)

“Baxmmaq”dan f.is.

BAXINMAQ (ID - 2759)

qayıd. Ətrafına baxmaq, yanyörəsinə baxmaq. Qaranlıqda çox baxındım sağ-sola; Hər yana buruldum, ey dan ulduzu! C.Cabbarlı. Qadın əvvəlcədən belə bir işarə gözləyirmiş kimi, ətrafına baxındı. Mənə tərəf gəldi. Mir Cəlal....

BAXIŞ (ID - 2760)

is. 1. Baxmaq tərzi, gözlərin ifadəsi; nəzər. Bu necə baxışdır? Acıqlı baxış. Xumar baxışlar. - Süzülmüş gözlərin sağü səlamət; Və lakin baxışı bimarə bənzər. Nəsimi. Ahu baxışı, qara gözü can alır əldən.S.Ə.Şirvani....

BAXIŞMA (ID - 2761)

“Baxışmaq”dan fis.

BAXIŞMAQ (ID - 2762)

qarş. Bir-birinə baxmaq. Qaraca qız və Ağca xanım nəzərlərini birbirinə salıb, bir müddət diqqətlə baxışdılar. S.S.Axundov. [Sevənlər] bir-birini gördükdə susur, gözaltı baxışır, ah çəkir, təklikdə ağlayır, xəyala dalırdılar....

BAXMA (ID - 2763)

“Baxmaq”dan fis.

BAXMADAN (ID - 2764)

zərf Baxmayaraq, fikir vermədən, nəzər salmadan. Baxmadan ötüb keçmək. Geriyə baxmadan qaçdı.

BAXMAQ (ID - 2765)

f 1. Bir şeyi görmək üçün gözlərini ona dikmək, nəzərini bir şeyə dikmək, nəzər yetirmək. Şəklə baxmaq. Pəncərədən baxmaq. Diqqətlə baxmaq. Ətrafına baxmaq. Güzgüyə baxmaq. Haraya baxırsan? - Sultan bu sözlərdən sonra...

BAXMALI (ID - 2766)

sif. Baxmağa, tamaşa etməyə dəyən, tamaşaya layiq olan, görməli, maraqlı. Baxmalı şəkil. Baxmalı şey. Baxmalı tamaşa. Baxmalı yerlər.

BAXMAYARAQ (ID - 2767)

f. bağ. Əksinə olaraq, ziddinə olaraq; nəzərə almayaraq. Bərk yağış yağdığına baxmayaraq, hava isti idi. Qocalığına baxmayaraq, çox qıvraqdır.
Nadirin israr etməsinə baxmayaraq, Məcid ona bir söz demədi.. B.Talıblı.

BAXŞI (ID - 2768)

is. Bir sıra türk xalqlarında (özbək, qazax, qırğız, uyğur, türkmən və qaraqalpaq) mahnılarını simli çalğı aləti dütarın müşayiəti ilə oxuyan şair-nəğməkar.

BAXTA (ID - 2769)

b ax alabaxta.

BAXTALAMA (ID - 2770)

“Baxtalamaq”dan f.is.

BAXTALAMAQ (ID - 2771)

f. 1. Qumarda uduzmaq. [Xortdan:] Sənin bankda nə qədərpulun var, hamısını baxtaladı. Ə.Haqverdiyev.
2. məc. Ümumiyyətlə, uduzmaq, itirmək, əldən çıxarmaq.

BAXTALANMA (ID - 2772)

“Baxtalanmaq”dan fis.

BAXTALANMAQ (ID - 2773)

məch. Uduzulmaq.

BAXTALATMAQ (ID - 2774)

icb. Baxtalamasına, uduzulmasına səbəb olmaq.

BAXYA (ID - 2775)

is. Xırda, sıx tikiş.
□ Baxya vurmaq (getmək) - bax baxyalamaq. Baxya iynəsi - 1) incə və kiçik dərzi iynəsi; 2) cərrahlıqda işlənən xüsusi iynə, cərrah iynəsi.
□□ Baxya tutmaq - bir işdə, ya yerdə möhkəmlənmək,...

BAXYALAMA (ID - 2776)

“Baxyalamaq”dan fis.

BAXYALAMAQ (ID - 2777)

f. 1. Bir şeyi xırda və ya görünməz tikişlə tikmək. Paltarın ətəyini baxyalamaq. - Qadın tikdiyi köynəyin döşünü baxyalayırdı. Ə.Əbülhəsən.
Yaranın ağzmı xüsusi iynə və sapla tikib bitişdirmək.
dan. Gizlətmək.
məc....

BAXYALANMA (ID - 2778)

“Baxyalanmaq”dan fis.

BAXYALANMAQ (ID - 2779)

məch. Baxya vurulmaq.

BAXYALI (ID - 2780)

sif. Xırda və möhkəm tikişli, sıx tikişli, baxyası olan. Baxyalı paltar.

BAİNHƏMƏ (ID - 2781)

bağl. [fars.] köhn. Bununla bərabər, bununla belə. [Həkimbaşı] doğrudur, hacıya qızının mərəzinin nə olduğunu bilmədiyini söylədisə də, bainhəmə mərəzin nə olduğunu gözəlcəsinə anlamışdı. Ə.Haqverdiyev.

BAİS (ID - 2782)

is. [ər.] Səbəb. Gər İbni-Səlam idi bəhanə; Məcnun idi bais ol fəğanə. Füzuli. [Hacı Nuru:] Hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir. M.F.Axundzadə.
□ Bais olmaq - səbəb olmaq. Bais nə oldu,...

BAİSKAR (ID - 2783)

sif. [ər. bais və fars. ...kar] Bais olan, səbəb olan, səbəbkar.

BAİSKARLIQ (ID - 2784)

is. Bais olma, səbəb olma, səbəbkarlıq.

BAİSLİK (ID - 2785)

bax baiskarlıq.

BAK (ID - 2786)

[fr.] İçinə maye tökmək üçün ağzı örtülü böyük qab. Benzin bakı. Su bakı. - Bu dəfə Heybət .. başını aşağı saldı və qabı yerdən götürüb, baka neft tökdü. M.Hüseyn.

BAK (ID - 2787)

is. [fars.] klas. Qorxu, xof. Sən mənimlə dust olsan, cövri-düşməndən nə bak? Xətayi. Dövran həvadisindən yox bakimiz, Füzuli; Darüləmanımızdır meyxanələr bucağı. Füzuli. Bu bir, iki, üç məsələdə yox o qədər bak; Olsun,...

BAKAL (ID - 2788)

BAKALAVR (ID - 2789)

is. [lat.] Ali məktəblərdə təhsilin dördillik ilk mərhələsi.

BAKENBARD (ID - 2790)

is. [alm.] köhn. Buxaq qırxılmaqla üzdə saxlanan saqqal və yarımsaqqal.

BAKENBARDLI (ID - 2791)

sif. Bakenbard qoymuş (b ax bakenbard). İçəriyə boz kolenkor döşlüklü, qaşqabaqlı, bakenbardlı, üzüqırxıq ağır bir lakey daxil oldu. Tolstoydan.

BAKİR(Ə)LİK (ID - 2792)

is. Qızlıq, saflıq, təmizlik.

BAKİR(Ə) (ID - 2793)

sif. [ər.] 1. Pozulmamış, toxunulmamış. Bakirə qız.
məc. Saf, təmiz, korlanmamış, ləkəsiz. Bu incə rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hissin ifadəsi vardı. Çəmənzəminli. [Uşaqların] saf bakir, həyat və gələcək...

BAKTERİOLOGİYA (ID - 2794)

[yun.] Bakteriyalardan bəhs edən elm; mikrobiologiya.

BAKTERİOLOJI (ID - 2795)

sif. 1. Bakteriologiyaya aid olan. Bakterioloji institut. Bakterioloji tədqiqat. Bakterioloji analiz.
2. Xəstəlik törədən bakteriyalar tətbiqinə aid olan. Bakterioloji silah. Bakterioloji müharibə.

BAKTERİOLOQ (ID - 2796)

[yun.] Bakteriologiya mütəxəssisi.

BAKTERİYA (ID - 2797)

[yun.] Xəstəlik törədən mikroskopik (adi gözlə görünməyən) birhüceyrəli orqanizm; mikrob. Xəstəliktörədici bakteriyalar. Vəba bakteriyası.

BAQAJ (ID - 2798)

[fr.] Nəqliyyat vasitəsilə daşınılan şəxsi yüklərin ümumi adı. Vağzalın baqaj şöbəsi. Baqaj kassası. - [Gülpəri] cəld nökəri Cəfəri göndərib, iki nəfər hambalı çağırtdı, yanındakı və baqajdakı şeyləri daşıyıb,...

BAQAJÇI (ID - 2799)

is. Dəmir yolunda və s.-də baqaj qəbul edən işçi.

BAQAJLIQ (ID - 2800)

is. Minik maşınlarında, motosikletlərdə və s. nəqliyyat vasitələrində baqaj qoymaq üçün xüsusi yer.

BAQİ (ID - 2801)

sif. [ər.] 1. Daimi, əbədi.
□ Baqi etmək - daimiləşdirmək, əbədiləşdirmək. Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb, sənin ismü rəsmini baqi və yer üzündə məşhur olmağına ciddi-cəhd...

BAQQAL (ID - 2802)

is. [ər.] köhn. Keçmişdə ərzaq malları satan dükançı. Baqqal ölənin borcunu dirilərə yüklər. (Ata. sözü). Novruza bir həftə qalmış baqqal dükanlarının qabağını ayna, xalça və cürbəcür şəkillərlə bəzərdilər. H.Sarabski....

BAQQALİYYƏ (ID - 2803)

is. [ər.] 1. Baqqal dükanında satılan mallar: çay, qənd, un, düyü, quru meyvə və i.a.
Bu cür şeylər satılan mağaza, dükan.

BAQQALLIQ (ID - 2804)

is. köhn. Baqqal sənəti. Baqqallıq etmək.

BAL1 (ID - 2805)

is. 1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Şan balı. - Bal tutan barmaq yalar. (Ata. sözü). [Piri kişi:] Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam, .. haçan könlün bal istədi, gələrsən,...

BAL2 (ID - 2806)

is. [fars.] klas. Qanad. Klassik ədəbiyyatda çox vaxt “balü pər”, yaxud “pərü bal” şəklində işlənir - qol-qanad. Cida düşdüm o tuti ləhcədən, balü pərim sındı. S.Ə.Şirvani. [Cəfərqulu xan:] Atamızın qoşunu tərk olub,...

BAL3 (ID - 2807)

[fr.] Böyük rəqs gecəsi. Bir azdan sonra musiqi gurladı, zalın qapıları açıldı və bal başlandı. Puşkindən.

Bu səhifə 141 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla