 
      
      
        
       
      
      
        
      | BUDATMAQ (ID - 5109)icb. Budama işi gördürmək. | 
| BUDAYICI (ID - 5110)is. Meyvə ağac və kollarının qurumuş budaqlarını kəsən adam. Manqanın bütün üzvləri budayıcıların seminarlarında iştirak etdilər. | 
| BUDDİST (ID - 5111)Budda dininə mənsub olan adam. | 
| BUDDİZM (ID - 5112)[xüs. is.-dən] Eramızdan qabaq VI əsrin axırında Şimali Hindistanda ortaya çıxıb, sonradan Tibetdə, Çində, Hind-Çində və başqa Şərq ölkələrində yayılmış din. Budda dini. | 
| BUDKA (ID - 5113)[rus. будка] Qarovulçu, növbətçi, yaxud bir şey satmaq və s. üçün, adətən taxtadan qayrılan kiçik tikili. Qəzet budkası. Su budkası. Dəmiryol budkası. - Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi və heç... | 
| BUDKAÇI (ID - 5114)is. və sif Budkada şey satan, budka satıcısı. | 
| BÜFER (ID - 5115)[ing.] xüs. Dəmiryol vaqonlarında, avtomobillərdə və s.-də toqquşma zamanı zərbənin, təkanın gücünü azaltmaq üçün yaylı qurğu. □□ Bufer dövlət - ərazisi, bir-biri ilə rəqabət edən böyük dövlətlər arasında olan... | 
| BUFET (ID - 5116)[fr.] 1. İçində qab-qacaq, yemək, içki və s. saxlanılan böyük şkaf. 2. Aşxanalarda, restoranlarda və s.-də qəlyanaltı və içki satmaq üçün stol, yaxud piştaxta, həmçinin kiçik aşxana. Dəmiryol bufeti. Teatr bufeti. - Stansiyanın... | 
| BUFETÇİ (ID - 5117)is. 1. Bufetdə (2-ci mənada) xidmət edən işçi. 2. köhn. Bufet (2-ci mənada) sahibi. | 
| BUFETÇİLİK (ID - 5118)is. 1. Bufetçinin işi, sənəti. 2. köhn. Bufet saxlama. | 
| BUGÜNKÜ (ID - 5119)s. Bu gün olan, bu gün baş verən. Bugünkü söz sabahkı sözün körpüsüdür. | 
| BUĞ (ID - 5120)is. Su və ya başqa bir maye bərk qızdırıldığı zaman hasil olan damcı zərrələrindən ibarət qaz, ya duman; buxar. Qazandan buğ çıxır. - Qara sapılcanın tortalı köpüyündən acı buğ qalxırdı. S.Rəhimov. // Mayedən, yaxud... | 
| BUĞA (ID - 5121)is. Hələ burulmamış və işə qoşulmamış döllük heyvan (qaramal); kələ. Buğa seçdikdə onun yaxşı cinsdən olması, yaxşı nəsil verməsi və i.a. tələb olunur. | 
| BUĞACA (ID - 5122)is. Kiçik buğa. | 
| BUĞALANMA (ID - 5123)“Buğalanmaq”dan f.is. | 
| BUĞALANMAQ (ID - 5124)f Buğa halına gəlmək, böyüyüb buğa olmaq. | 
| BUĞALIQ (ID - 5125)is. Döllük üçün saxlanan erkək heyvan (qaramal). | 
| BUĞDA (ID - 5126)is. Dənindən ağ un üyüdülən taxıl növü. Ağ buğda. Sarı buğda. Xırda buğda. Buğda unu. | 
| BUĞDABİTİ (ID - 5127)is. Buğda və başqa taxıllara ziyan verən cücü. | 
| BUĞDAYI (ID - 5128)sif. Buğda rəngli, qarayağız, əsmər. Biri sərtasər ağ, həm siyah telli; Biri buğdayıdır, amma şəkilli. M.P.Vaqif. Doğrudan da Xəlilin günəşdə yanmış buğdayı yanaqlarından, tük basmış sərt üzündən uzun müddət vuruşub... | 
| BUĞDAYIBƏNİZ (ID - 5129)bax buğdayı. İclası ortaboylu, arıq, qələmqaş, qaragöz, buğdayıbəniz bir adam aparırdı. P.Makulu. | 
| BUĞDAYISİFƏT (ID - 5130)b a x buğdayı. Bunların [əsirlərin] içində buğdayısifət, qonur gözlü, uzun kirpikli bir qız vardı. Çəmənzəminli. | 
| BUĞLAMA (ID - 5131)1. “Buğlamaq”dan f.is. 2. is. aşp. Buğda bişirilən ət; bozartma. | 
| BUĞLAMAQ (ID - 5132)f Bir şeyi buğa (buxara) vermək, buğa tutmaq. | 
| BUĞLANDIRILMA (ID - 5133)“Buğlandırılmaq”dan f.is. | 
| BUĞLANDIRILMAQ (ID - 5134)məch. Buğ halına salınmaq, buğ çıxarılmaq, buxarlandırılmaq. | 
| BUĞLANDIRMA (ID - 5135)“Buğlandırmaq”dan f.is. | 
| BUĞLANDIRMAQ (ID - 5136)f Buğa çevirmək, buğ halına salmaq, buxarlandırmaq. | 
| BUĞLANMA (ID - 5137)“Buğlanmaq”dan f.is. | 
| BUĞLANMAQ (ID - 5138)f 1. Buğ olmaq, buğa çevrilmək, buğ halına gəlmək; buxarlanmaq. Günəşin təsiri ilə yerdəki sular buğlanır. Buğ vermək, buğ çıxmaq. Buludlar parçalanır, torpaq buğ verir, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı.... | 
| BUĞLATMA (ID - 5139)“Buğlatmaq”dan f.is. | 
| BUĞLATMAQ (ID - 5140)f Buğa çevirmək, buğa çevrilməsinə, buğ çıxmasına səbəb olmaq. Çaydanı buğlatmaq. | 
| BUĞUBURMA (ID - 5141)bax bığıburma. [Məşədi İbad:] A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğuburma cavana dəyərəm... Ü.Hacıbəyov. | 
| BUĞUM (ID - 5142)is. 1. anat. Sümüklərin uclarının bir-birinə birləşdiyi yer, oynaq yeri; bənd, məfsəl. Barmaqların buğumları // zool. Bəzi heyvanların (xərçənglərin, cücülərin və s.) bədənlərinin bölündüyü hissələrdən (bəndlərdən)... | 
| BUĞUMAYAQLILAR (ID - 5143)is. zool. Onurğasız heyvanların bədəni və ayaqları buğumlu olan qrupu (xərçənglər, hörümçəklər, cücülər və s.). | 
| BUĞUMLANMA (ID - 5144)“Buğumlanmaq”danf.is. | 
| BUĞUMLANMAQ (ID - 5145)f Buğum-buğum olmaq, bənd-bənd olmaq. | 
| BUĞUMLU (ID - 5146)sif. Buğumları, məfsəlləri olan; bənd-bənd. | 
| BUĞUMLULAR (ID - 5147)bax buğumayaqlılar. | 
| BUĞUR (ID - 5148)is. 1. Cavan erkək dəvə. Paça buğurlar, dizi qara nərlər, gözəl arvanalar .. qoyun sürülərinin dalınca gəlirdi. Ə.Vəliyev. 2. məc. dan. Çox iri, yekə, yoğun adam haqqında. | 
| BUĞURLANMAQ (ID - 5149)bax buğurlaşmaq. | 
| BUĞURLAŞMAQ (ID - 5150)f 1. dan. Buğur halına çatmaq, yetişmək. 2. məc. Sağlamlaşmaq, yekələşmək. | 
| BUXAQ (ID - 5151)is. İnsanm çənəsi ilə boğazı arasındakı hissə; çənəaltı. Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altında düz bənövşəni. Qurbani. Kəlağayının altından çıxmış qara tellərin ucları ağ buxaqda ilan kimi qıvrılmışdı.... | 
| BUXAQLANMA (ID - 5152)“Buxaqlanmaq”dan f.is. | 
| BUXAQLANMAQ (ID - 5153)f Buxaq sallamaq; kökəlmək, ətlənmək. | 
| BUXALTER (ID - 5154)[alm.] Bir idarə və ya müəssisənin maliyyə işlərini aparan işçi; mühasib. Baş buxalter. Buxalter köməkçisi. | 
| BUXALTERİYA (ID - 5155)[alm.] 1. Hesabdarlıq və uçot işlərinin nəzəriyyə və praktikası; mühasibat. 2. Bir idarə, ya müəssisənin mühasibat şöbəsi. | 
| BUXALTERLİK (ID - 5156)is. 1. Bax buxalteriya ci mənada. Buxalterlik kursu. 2. Buxalter vəzifəsi, işi, peşəsi. Buxalterlik etmək. | 
| BUXAR (ID - 5157)is. [ər.] 1. B ax buğ. Buxar maşını (buxarın gücü ilə işləyən maşın). - Oddan çıxar buxar saçıldıqca ab ona. Füzuli. Tər damlaları qırmızı dəmirin üstünə tökülüb buxar oldu. M.S.Ordubadi. 2. Kömür, odun, torf və s.-nin... | 
| BUXARI (ID - 5158)is. Divar içində hörülmüş ocaq. Buxarı çırtaçırt yanır, işığı divarların tutqun rəngli naxışlarına, əlvan pərdələrə və xalılara düşürdü. Çəmənzəminli. Qoca Firuzun .. zirzəmisində isə yenə də buxarı yanmırdı.... |