1
İzahlı lüğət - S hərfi ilə başlayanlar - H. 5
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

SAXLANMAQ (ID - 34379)

1. Bax saxlanılmaq. Kənd təsərrüfat alətləri yay-qış uçuq-sökük, qaryağış tökülən bir xarabalıqda saxlanırdı. M.İbrahimov. Üçüncü darvaza sağ yandan .. mal-qara və bir neçə at saxlayan (f.sif.) tövlələr tərəfə açılırdı....

SAXLAŞDIRMA (ID - 34380)

“Saxlaşdırmaq”dan f.is.

SAXLAŞDIRMAQ (ID - 34381)

özünü saxlaşdırmaq - özünü saxlamaq. Professor cənabları da özünü saxlaşdırmadı və daha da ucadan qah-qah çəkib Zəki Əfəndiyə dedi: - Qulaq as, mən başdan oxuyum. C.Məmmədquluzadə. Rəfizadə özünü saxlaşdıra bilmədi....

SAXLATDIRMA (ID - 34382)

“Saxlatdırmaq”dan f.is.

SAXLATDIRMAQ (ID - 34383)

bax saxlatmaq. Firidun qəsdən maşını iki ev aralı saxlatdırıb düşdü. M.İbrahimov. Qalxanda kişilər bəzən davaya; Qılınclar boğaza dirənən zaman; Sən öz örpəyini atıb ortaya; Neçə yol ölümü saxlatdırmısan. N.Xəzri.

SAXLATMA (ID - 34384)

“Saxlatmaq”dan f.is.

SAXLATMAQ (ID - 34385)

icb. Saxlamasını, dayanmasını tələb, ya xahiş etmək. Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək istədi. Çəmənzəminli. Əbil maşını saxladıb düşdü. Ə.Vəliyev.

SAXSI (ID - 34386)

is. Gildən hazırlanan dulusçuluq məmulatı. Saxsıya verə-verə, çıxdı misin bahası. (Ata. sözü). // Saxsıdan qayrılmış. Qələmkar süfrənin üstünə lacivərdi saxsı boşqablarda .. yemişlər qoyulmuşdu. Çəmənzəminli. Pəncərədən...

SAXSIÇI (ID - 34387)

is. Saxsı qablar qayıran usta; dulusçu.

SAXSIÇILIQ (ID - 34388)

is. Saxsıçının işi, peşəsi; saxsı qablar qayırma sənəti; dulusçuluq.

SAXTA (ID - 34389)

sif [fars.] 1. Əsli olmayan, uydurma, yalan, oxşadılaraq qayrılmış və ya yazılmış; qəlp. Saxta vəkalətnamə. Saxta etibarnamə. - Dəstədə olan adamların biri Mirqasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta...

SAXTAKAR (ID - 34390)

is. və sif. [fars.] Saxta, qəlp şey qayıran adam, saxtakarlıqla məşğul olan. Hər bir xalqın içərisində saxtakar, şərarətçi və axmaq adamların olduğu hamıya bəllidir. M.F.Axundzadə.

SAXTAKARLIQ (ID - 34391)

is. Saxtakarlıqla məşğul olma, saxta iş görmə, saxta sənəd və s. düzəltmə. Balacayevi böyük bir dəhşət bürüdü. Onun boynuna üç təqsir sarınmışdı: “saxtakarlıq, israfçılıq və qatillik!” S.Rəhimov. [Dəmirçi Musa]...

SAXTALAŞDIRILMA (ID - 34392)

“Saxtalaşdırılmaq”dan f.is.

SAXTALAŞDIRILMAQ (ID - 34393)

“Saxtalaşdırmaq dan məch.

SAXTALAŞDIRMA (ID - 34394)

“Saxtalaşdırmaq”dan f.is.

SAXTALAŞDIRMAQ (ID - 34395)

f Bir şeyin saxtasını düzəltmək, bir şeyi saxta şəklə salmaq; uydurmaq.

SAXTALIQ (ID - 34396)

is. 1. Saxta şeyin halı; qəlblik. Sənədin saxtalığı bilindi.
məc. Sünilik, riyakarlıq, ikiüzlülük, qeyrisəmimilik; saxta hərəkət. Dünyada saxtalığı, ikiüzlülüyü, riyanı və hiyləni sevməyən təmiz və səmimi bir şey...

SAXURLAR (ID - 34397)

Azərbaycanın Zaqatala rayonunda və Dağıstanda yaşayan etnik qrup.

SAİL (ID - 34398)

is. [ər.] Dilənçi, yolçu. Hüsnün sadağası, canın zəkatı; Sail olan binəvayə düşərmi? Aşıq Ələsgər. [Pəri xanım:] Dost, aşna, qonaq və sail üzünə həmişə bu qapı açıq olub. Ə.Haqverdiyev.

SAİLLİK (ID - 34399)

is. Dilənçilik, yolçuluq. Səndə kim var bu qədər dövlət; Dəxi sailliyə nədir hacət? S.Ə.Şirvani. Saillik etmək Məşədi Əkbər üçün ölümdən ağır görünürdü. S.M.Qənizadə.

SAİR (ID - 34400)

sif. [ər.] Başqa, qeyri, digər. Sair məsələlər. - Şabanın getməyini eşidib sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Ə.Haqverdiyev. // İs. mənasında, cəm şəklində: sairləri - başqaları, o biriləri, digərləri....

SAİRƏ (ID - 34401)

is. Bir neçə şey sayıldıqdan sonra, onların sayını yenə də davam etdirmək mümkün olduğunu bildirir (bu mənada adətən “və” bağlayıcısı ilə işlənir). Kitab, kağız və sairə. - [Pərşan:] Qadın içəri girəndə kişi ayağa...

SAİT (ID - 34402)

sif. [ər.] dilç. Hava axınının ağız boşluğundan heç bir maneəyə rast gəlmədən keçməsi yolu ilə əmələ gələn (səslər haqqında). Sait səslər. Azərbaycan dilində 9 sait səs var. // Is. mənasında. Bu vasitə ilə əmələ...

SAJIN (ID - 34403)

[rus.] Metr sisteminin tətbiqindən əvvəl işlənmiş 2,134 m-ə bərabər uzunluq ölçüsü. [Qurban:] Molla əmi, yaman adamın quyusunda işləyirəm, quyu indi otuz sajından aşağı enmiş(dir). A.Şaiq. [Toğrul] yüz addım keçdikdən sonra...

SAJINLIQ (ID - 34404)

sif. Adətən saylarla işlənib sajının miqdarını göstərir. On sajınlıq quyu.

SAKİN (ID - 34405)

is. [ər.] 1. Bir yerdə yurd salıb yaşayan, həmin yerin əhalisindən olan; oturan, oturucu. Mingəçevir şəhərinin sakinləri. Yeni qəsəbənin sakinləri. - Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Məmmədquluzadə. Aulun...

SAKİT (ID - 34406)

sif və zərf [ər.] 1. Bərkdən səslənməyən, yaxşı eşidilə bilməyən, asta, yavaş (gur, uca ziddi). Sakit səs. Sakit danışıq.
..Teymur sakit bir səslə əmr etdi. H.Seyidbəyli. // Davasız, qalmaqalsız, qışqırıqsız, səs-küysüz,...

SAKİTANƏ (ID - 34407)

zərf [ər. sakit və fars. ...anə] Sükut içərisində, səssiz halda, sakit vəziyyətdə, sakit-sakit. Bu binanın sakitanə; Duruşunda nə hikmət var? B.Vahabzadə. // Sakitsakit, hay-küysüz, səssiz-səmirsiz. Süzür sakitanə göylər gəlini;...

SAKİTCƏ(SİNƏ) (ID - 34408)

zərf Sakit, sakit-sakit, səssiz, astaca, səs salmadan. Sakitcə çıxıb getmək. - İndi [Xədicənin] gözlərindən sakitcə axan yaşlar yanaqlarını isladıb axır... axır... bir dürlü bitmək bilməyirdi. S.Hüseyn. Pazıxın əlindən geri...

SAKİTEDİCİ (ID - 34409)

bax sakitləşdirici.

SAKİTLƏNMƏ (ID - 34410)

“Sakitlənmək”dən f.is.

SAKİTLƏNMƏK (ID - 34411)

bax sakitləşmək.

SAKİTLƏŞDİRİCİ (ID - 34412)

sif Sakit edən, ağrını kəsən; sakitedici. Sakitləşdirici dərman.

SAKİTLƏŞDİRİLMƏ (ID - 34413)

“Sakitləşdirilmək”dən f.is.

SAKİTLƏŞDİRİLMƏK (ID - 34414)

“Sakitləşdirmək dən məch. Uşaqlar sakitləşdirildi. Dalaşanlar sakitləşdirildi.

SAKİTLƏŞDİRMƏ (ID - 34415)

“Sakitləşdirmək”dən f.is.

SAKİTLƏŞDİRMƏK (ID - 34416)

f . 1. Sakit etmək, rahatlandırmaq; rahatsızlığını, iztirabını, həyəcanını aradan qaldırmaq; təskin etmək. [Aslanın] xoş və təbəssümlü baxışları ən qəzəbli və ya böyük həyəcan keçirən adamı belə sakitləşdirə bilərdi....

SAKİTLƏŞMƏ (ID - 34417)

“Sakitləşmək”dən f.is.

SAKİTLƏŞMƏK (ID - 34418)

f . 1. Səs-küy azalmaq, ya kəsilmək, sakitlik düşmək. Gecədən keçmiş şəhər sakitləşdi. - Günəş günorta yerinə gələndə Tehranın bütün küçələri boşalmış və sakitləşmişdi. M.İbrahimov. // Sakit olmaq, gücü, şiddəti...

SAKİTLİK (ID - 34419)

is. 1. Səs, danışıq, hay-küy olmadığı hal; tam sükut, səssizlik. Sakitliyi gözləmək. Sakitlik yaratmaq. Sakitliyi pozmaq. - Elə sakitlik idi ki, nə bir kimsənin səsi çıxırdı, nə də bir yarpaq tərpənirdi. S.S.Axundov. [Qəhrəman:]...

SAKLAR (ID - 34420)

is. Qədim İran tayfalarından birinin adı.

SAKSAFON (ID - 34421)

[xüs. addan] Misdən nəfəsli musiqi aləti.

SAKSAUL (ID - 34422)

is. bot. Orta Asiya səhralarında bitən alçaq ağac və ya kol.

SAKSAULLUQ (ID - 34423)

is. Saksaul bitmiş yer, saksaul kolluğu.

SAKSLAR (ID - 34424)

is. German tayfaları.

SAKVOYAJ (ID - 34425)

f r. sac - kisə və voyaqe - səyahət] Bağlanan yeri olan yol çantası. [Həmid] vaqonda sakvoyajını.. açdı, əczaların əl dəyməmiş bir halda unudulduğunu duyub, qəhqəhə ilə güldü. Çəmənzəminli. Körpüyə təpilmiş adamlardan...

SAQA (ID - 34426)

is. ədəb. Nəsrlə yazılmış qədim island əsərləri.

SAQINDIRMA (ID - 34427)

“Saqındırmaq”dan f.is.

SAQINDIRMAQ (ID - 34428)

f. Çəkindirmək, özünü gözləməyi, qorunmağı məsləhət görmək. // Saxlamaq, çəkindirmək, bir şeydən başqasını, özünü saxlamağa çalışmaq. Qəhrəman balaca Sabiri bəzək-düzək içərisində yaşamaqdan da saqındırmaq istəyirdi....

Bu səhifə 207 dəfə baxılıb

....
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif