Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

SÜNBÜLLƏŞMƏ (ID - 36731)

“Sünbülləşmək”dən f.is.

SÜNBÜLLƏŞMƏK (ID - 36732)

f . Sünbül halına gəlmək, sünbül bağlamaq; sünbüllənmək. Səməd .. sünbülləşməmişdən yanıb qaralmış zəmilərə, uzaqdan görünən kimsəsiz tarlalara baxdıqca ürəyi sıxılırdı. I.Hüseynov.

SÜNBÜLLÜ (ID - 36733)

sif. Çox sünbül olan, iri sünbüllü. Qurban olsun canımız; Bu sünbüllü çöllərə; Bu mehriban ellərə. S.Vurğun.

SÜNG (ID - 36734)

is. [fars. ]: süng eləmək - bütünlükdə var-yoxunu əlindən çıxarmaq, yox etmək, dağıtmaq, yoxa çıxarmaq, müflis etmək. Süng olmaq - var-yoxu əlindən çıxmaq, yoxa çıxmaq, yox olmaq, müflis olmaq. Süngə çəkmək - bax süng eləmək....

SÜNGƏR (ID - 36735)

is. zool. 1. Dənizdə yaşayan ibtidai, çoxhüceyrəli, bitkiyəoxşar heyvan tipi. ..Bitki və heyvanların ibtidai formaları arasında kəskin sərhəd qoymaq lazım deyildir. Məsələn, süngər, polip, mərcan və s. bu kimi heyvanlar bitki kimi...

SÜNGƏRDAŞI (ID - 36736)

is. Cilalama, taraşlama işlərində və s.-də istifadə edilən süngər kimi məsaməli, çox yüngül vulkanik süxur; dabandaşı, pemza.

SÜNGÜ (ID - 36737)

is. Tüfəng lüləsinin başına taxılan ucuşiş silah. Süngü ilə vuruşma. Süngü davası. - Sən süngünlə, dırnağınla yer altına yol açırsan; Sən qaranlıq gecələrə gözlərindən nur saçırsan. S.Vurğun. Lakin bir azdan sonra...

SÜNGÜLƏMƏ (ID - 36738)

“Süngüləmək”dən f.is.

SÜNGÜLƏMƏK (ID - 36739)

f Süngü ilə vurmaq, süngü batırmaq. Dənizdə parlayan elektrik işıqları onu süngüləmək istəyən bir dəstə çar soldatını xatırlatdı. M.S.Ordubadi.

SÜNGÜLƏŞMƏ (ID - 36740)

1. “Süngüləşmək”dən f.is.
2. Süngü davası.

SÜNGÜLƏŞMƏK (ID - 36741)

qarş. Bir-birini süngü ilə vurmaq, süngüləmək.

SÜNGÜLÜ (ID - 36742)

sif Süngüsü olan, süngü taxılmış. Süngülü tüfəng.

SÜNİ (ID - 36743)

sif. [ər.] 1. Təbii deyil, insan əli ilə düzəldilmiş, əslində olduğu kimi düzəldilmiş. Süni dişlər. Süni lif. Süni dəri. Süni işıq.
2. Saxta, uydurma, qeyri-səmimi. Süni gülüş. - [Oqtay:] Mən artıq süni bir həyata soxulmaram....

SÜNİLƏŞDİRİLMƏ (ID - 36744)

“Süniləşdirilmək”dən f.is.

SÜNİLƏŞDİRİLMƏK (ID - 36745)

məch. Süni hala gətirilmək, qeyri-təbii hala salınmaq, saxtalaşdırılmaq, bayağılaşdırılmaq.

SÜNİLƏŞDİRMƏ (ID - 36746)

“Süniləşdirmək”dən f.is.

SÜNİLƏŞDİRMƏK (ID - 36747)

f . Süni etmək, qeyritəbii hala salmaq, saxtalaşdırmaq, bayağılaşdırmaq.

SÜNİLİK (ID - 36748)

is. Saxtalıq, qeyri-təbiilik, qeyrisəmimilik. [Mirzə Cəmilin] səsində, danışıq tərzində heç bir sünilik duyulmurdu. Ə.Vəliyev. Səməd əmisinin qaqqıltılı gülüşündəki qeyri-təbiiliyi duymasa da, öz gülüşünün sünililiyini...

SÜNNƏT (ID - 36749)

is. [ər.] din. Müsəlmanlarda, yəhudilərdə: yetkinlik yaşına çatmamış oğlan uşaqlarının kişilik əzasının ucunu örtən dərinin kəsilməsindən ibarət əməliyyat. □ Sünnət toyu - köhnə məişətdə: uşağın sünnət edilməsi...

SÜNNİ (ID - 36750)

is. [ər.] İslam məzhəblərindən birinin adı. Bu kəndin [Mərğuzlunun] əhli sünni, Mollu kəndinin əhli isə şiədir. “Qaçaq Nəbi” . Şiəyəm, amma nə bu əşkaldən; Sünniyəm, amma nə bu əmsaldən; Sufiyəm, amma nə bu abdaldən;...

SÜNNİLİK (ID - 36751)

is. Sünni məzhəbinə mənsubluq. Sünnilik ilə şiəliyi qaldıracaqlar; islama yetib rəxnə, xələldar olacaqdır. M.Ə.Sabir.

SÜPRƏK (ID - 36752)

is. bot. Taxıllar fəsiləsindən birillik ot cinsi.

SÜPRÜM (ID - 36753)

is. bot. Yetişdikdə kökündən ayrılaraq küləklə diyirlənib yox olan çöl və ya səhra bitkisi.

SÜPÜRGƏ (ID - 36754)

is. Süpürmək üçün topa halında bağlanmış nazik çubuqlardan, ya budaqcıqlardan ibarət alət. Narın süpürgə. Şax süpürgə. Çubuq süpürgə. - Səfər əlində süpürgə daxil olur. C.Cabbarlı. Dalandar əlindəki süpürgəni divara...

SÜPÜRGƏÇİ (ID - 36755)

is. 1. Vəzifəsi binanı, həyəti, küçəni və s.-ni süpürmək olan adam. Süpürgəçi qadın otaqları təmizləyirdi. Mir Cəlal.
2. Süpürgə bağlayıb satan adam. Süpürgəçidən bir süpürgə aldım.

SÜPÜRGƏÇİLİK (ID - 36756)

is. Süpürgəçinin işi. [Firəngiz:] Yeddinci sinfi bitirənə qədər süpürgəçilik elədim. B.Bayramov.

SÜPÜRGƏÇÖPÜ (ID - 36757)

is. bot. Dağlıq yerlərdə bitən, süpürgə bağlanan bitki.

SÜPÜRGƏLƏMƏ (ID - 36758)

“Süpürgələmək”dən f-is.

SÜPÜRGƏLƏMƏK (ID - 36759)

f Süpürgə ilə təmizləmək, süpürgə ilə süpürmək. Otaqları süpürgələmək.

SÜPÜRGƏSAQQAL (ID - 36760)

1. is. İrisaqqallı, qorxunc görkəmli, mövhumi vücud (uşaqları qorxutmaq üçün işlənir). Əsəd, xortdan deyil, süpürgəsaqqaldır, - deyə biri söylədi. B.Talıblı.
2. sif Sıxsaqqallı, irisaqqallı.

SÜPÜRLƏMƏ (ID - 36761)

“Süpürləmək”dən f.is.

SÜPÜRLƏMƏK (ID - 36762)

f . 1. Birdən üstünə atılıb əlləri ilə bərk-bərk yapışmaq, tutub yıxmaq. [Cənnətəli ağa:] Ay.. hanı o günlər ki, on beş nökər ilə kəndin üstünə bulud kimi çöküb, bunu burda süpürləyir idim, onu orda. N.Vəzirov.
2....

SÜPÜRLƏŞMƏ (ID - 36763)

“Süpürləşmək”dən f.is. Qurbanın evində görünməyən bir süpürləşmə əmələ gəldi. S.Rəhimov.

SÜPÜRLƏŞMƏK (ID - 36764)

f . Bir-biri ilə qarpışmaq, tutuşmaq, qapışmaq. Pəhləvanlar süpürləşdilər. - Uşaqlar torpaqdan sümüyü götürəndə bir-birinə aman vermir, süpürləşib yerə yıxılırdılar. Çəmənzəminli. ..Qapıçı Qədim dayını geri itələdi....

SÜPÜRMƏ (ID - 36765)

“Süpürmək”dən f.is.

SÜPÜRMƏK (ID - 36766)

f .is. Bir yerin zibilini, töküntüsünü və s.-ni süpürgə, ya şotka ilə təmizləmək. Evi süpürmək. Həyəti süpürmək. - ..[Ağabala] məktəbi hər gün süpürər, bazara gedib mollaya piti alardı. Çəmənzəminli. [Səfər Səriyyəyə:]...

SÜPÜRTMƏ (ID - 36767)

“Süpürtmək”dən f.is.

SÜPÜRTMƏK (ID - 36768)

icb. Süpürgə ilə zir-zibili təmizlətmək. Həyəti süpürtmək. - [Pristav Zeynal bəyə:] Barı dəftərxanaya gələn küçəni süpürt ki, qubernator görüb acığı tutmasın. Çəmənzəminli.

SÜPÜRÜLMƏ (ID - 36769)

“Süpürülmək”dən f.is.

SÜPÜRÜLMƏK (ID - 36770)

məch. Süpürgə ilə təmizlənmək. Həyət tərtəmiz süpürülüb. - Yardım olmaq üçün otağın süpürülüb təmizlənməsini [Sarıköynəyə] tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn.

SÜPÜRÜNTÜ (ID - 36771)

is. Süpürülən yerdən çıxan zir-zibil, tör-töküntü. Süpürüntünü aparıb atmaq.

SÜPÜRÜŞMƏ (ID - 36772)

“Süpürüşmək”dən f.is.

SÜPÜRÜŞMƏK (ID - 36773)

bax süpürləşmək. Şehlidə bir neçə qız-gəlin .. yasavulun otaqçasında pörtüncəyə qədər bir-birilə süpürüşərdilər. S.Rəhimov. Cavanlar oynaşıb, süpürüşürdülər; Zarafat eyləyib, gülüşürdülər. H.K.Sanılı.

SÜRAHİ (ID - 36774)

is. [ər.] 1. Su və ya şərab tökmək üçün uzunboğaz şüşə qab. [İbrahim:] Bilmək istəyirəm, bu sürahilərdə nə var? N.Vəzirov. [Qaragün] tez-tez yerində o tərəf-bu tərəfə çevrilir, ufuldayır, sürahidəki tünd-al şərabdan...

SÜRBƏ (ID - 36775)

is. Sürü, dəstə, qatar. Qaz sürbəsi. - Şahin, şonqar sürbənizi dağıdar; Boyanarsız qızıl qana, durnalar! M.V.Vidadi. Uçurdu havada durna sürbəsi; Gəlirdi qulağa qurqur nəğməsi. H.K.Sanılı.

SÜRDÜRMƏ (ID - 36776)

“Sürdürmək”dən f.is.

SÜRDÜRMƏK1 (ID - 36777)

icb. Bir səmtə, bir tərəfə yönəltdirmək, istiqamət verdirmək. [Nuriyyə:] Maşını Ələsgər dayıgilə sürdürdüm. İ.Əfəndiyev. ..[Mirzə:] Fayton çağırdım. Birbaş kəndə sürdürdüm. Mir Cəlal. Kamil ən uca qayaya çıxmaq...

SÜRDÜRMƏK2 (ID - 36778)

icb. Şumlatmaq. Rüstəm kişinin fikri bu idi ki, maşın-traktor stansiyası ilə danışsın, cücərməyən sahələri pambıq şumunun içinə qatsın, traktorla sürdürüb əkdirsin. M.İbrahimov.

SÜRƏK1 (ID - 36779)

is. Bir şeyin sürdüyü, davam etdiyi müddət; davam.

SÜRƏK2 (ID - 36780)

is. 1. Heyvan sürüsü, böyük sürü. Öküz alırsan sürəkdən al, qoyun alırsan maldardan. (Ata. sözü).
2. Bir və ya bir neçə heyvanın ovçular tərəfindən dövrəyə alınması, yaxud yuvasından çıxarılması işi. Sürəkdən qurtarmış...

Bu səhifə 100 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla