Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

S (ID - 34179)

Azərbaycan əlifbasının iyirmi beşinci hərfi. Bax se.

SAAM(LAR) (ID - 34180)

is. Kola yarımadasında, habelə Norveçin, Finlandiyanın və İsveçin şimalında yaşayan uqrofin dil qrupuna daxil olan xalq.

SAAT (ID - 34181)

is. [ər.] 1. Gecə-gündüzün iyirmi dörddə birini təşkil edən və 60 dəqiqədən ibarət olan vaxt ölçüsü vahidi. // Saat ölçüsü vahidi. iki saat işləmək. Üç saat gözləmək. Təyyarə iki saat gecikir. - Bir saat sonra alaçığımıza...

SAATBASAAT (ID - 34182)

zərf Vaxt keçdikcə, saatdan-saata, durmadan artaraq. Yağış saatbasaat güclənir. Camaatın sayı saatbasaat artır. - Səri-kuyin məhşər, qəddin qiyamət; Qiyamət edərsən saətbəsaət. Q.Zakir.

SAATQABI (ID - 34183)

is. köhn. Saat qoymaq üçün üstü zərli saplarla, güləbətinlə naxışlanmış kisəcik. Üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edirdi. H.Sarabski.

SAATLARCA (ID - 34184)

bax saatlarla. Saatlarca davam edən qarışıq fikirlər ibrahim xanı məşğul etdi. Çəmənzəminli. [Musanın nəvəsi] saatlarca aynanın qabağında öz vücuduna tamaşa edirdi. Qantəmir.

SAATLARLA (ID - 34185)

zərf Bir neçə saat, uzun müddət. Yağış saatlarla davam etdi. Saatlarla oxumaq. - [Kamal] saatlarla gözünü qarlı dağların təpəsinə zilləyib, onları seyr etməkdən doymazdı. M.Rzaquluzadə. Səməd yeməyib-içməyib saatlarla Muradın...

SAATLIQ (ID - 34186)

Saylarla yanaşı işlənib, bir işin neçə saata görüldüyü, görülə biləcəyi, yaxud davam etdiyi müddəti bildirir. 8 saatlıq iş günü. - Yar, arxanda bir dağam; Yatmamışam, oyağam; Dola qolun boynuma; Bir saatlıq qonağam. (Bayatı)....

SAATSAZ (ID - 34187)

is. [ər. saət və fars. ...saz] Saat təmir edən usta. Bununla belə onun bircə nəfər həqiqi dostu var idi - saatsaz usta Zeynal. Ə.Haqverdiyev. Bakıda ümumiyyətlə peşəkarlar: xalçaçı, zərgər, papaqçı, saatsaz, minasaz, dəllək,...

SAATSAZLIQ (ID - 34188)

is. Saatsazın sənəti, peşəsi. [Zeynal:] Mən də ki saatsazlığımla səndən çox qazanmıram. Ə.Haqverdiyev.

SABAH (ID - 34189)

is. [ər.] 1. Günün başlanğıcı, günün ilk saatları; səhər, sübh. Sabah erkən. Sabah yeli. Sabah ertə. Sabah günəşi. - Axşam, sabah, çeşmə, sənin başında; Bilirsənmi necə canlar dolanır? Aşıq Ələsgər. Ol qəmli gecə sabah...

SABAH-BİRİGÜN (ID - 34190)

zərf Yaxın gələcəkdə, yaxın günlərdə, yaxınlarda.

SABAHDAN (ID - 34191)

zərf 1. Sabah başlanan kimi, günün başlanğıcından, günün ilk saatlarından; səhərdən. [Mahmud:] Sabahdan balta çalıram, bir qıxmıq da qopara bilmirəm. Ə.Haqverdiyev.
2. Ertəsi gündən. Sabahdan işə başlayırıq. - [Əsgər:]...

SABAHGÜLÜ (ID - 34192)

is. bot. Üzərinə günəş işığı düşdükdə açılan, kölgədə isə gülləri bükülən birillik gül bitkisi.

SABAHKI (ID - 34193)

1. zərf Ertəsi günü, sabahısı. Sabahkı günü bir kəllə qənd alıb məni bağışladı və günahımdan keçdi. C.Məmmədquluzadə. Sabahkı gün tarçı Əsədin cənazəsi arabaya qoyulub, həmişəki adət üzrə “ərrəhman” oxuna-oxuna...

SABAHLIQ (ID - 34194)

is. və sif. 1. Sabah görüləcək, sabah olacaq. Ancaq sabahlıq işim qalıb. Sabaha bəs edəcək, sabahkı günə yetəcək. Sabahlıq çörəyimiz vardır.

SABAH-SABAH (ID - 34195)

zərf Səhər tezdən, sübh ertədən, gün təzəcə başlayanda. Sabah-sabah işini görüb qurtarmaq. - Nəhayət, son verildi yatmadığım gecəyə; Sabah-sabah bir mayis rəqs edərkən odamda. M.Müşfiq.
□□ Sabah-sabaha salmaq - çox yubatmaq,...

SABİQ (ID - 34196)

SABİQƏN (ID - 34197)

zərf [ər. ] köhn. Bundan əvvəl, keçmiş, qabaq. Yox ikən sabiqən gediş-gəlişi; indi bir başqa rəng alıbdır işi. M.Ə.Sabir.

SABİT (ID - 34198)

sif. [ər.] 1. Hərəkət etməyən, hərəkətsiz, daim bir qərarda duran (qalan), dəyişməyən, tərpənməz; daimi. Sabit cərəyan. Sabit temperatur. Sabit qüvvə.
məc. Səbatlı, möhkəm; fikrinin, əqidəsinin üstündə möhkəm duran,...

SABİTQƏDƏM (ID - 34199)

sif [ər.] Sözünün, fikrinin, vədinin üstündə möhkəm duran, sözündən, vədindən dönməyən; səbatlı, möhkəm. Zahid, ramazanda mənə bu tövbəni verdin; Get, başın üçün, tövbədə sabitqədəməm mən. S.Ə.Şirvani. Mən öz...

SABİTLƏŞDİRİLMƏ (ID - 34200)

“Sabitləşdirilmək”dən f.is.

SABİTLƏŞDİRİLMƏK (ID - 34201)

məch. Sabit (1-ci mənada) hala salınmaq.

SABİTLƏŞDİRMƏ (ID - 34202)

“Sabitləşdirmək”dən f.is.

SABİTLƏŞDİRMƏK (ID - 34203)

t-li. Sabit (1-ci mənada) hala salmaq.

SABİTLƏŞMƏ (ID - 34204)

“Sabitləşmək”dən f.is.

SABİTLƏŞMƏK (ID - 34205)

f Sabit olmaq, sabit hala gəlmək.

SABİTLİK (ID - 34206)

is. Sabit şeyin hal və vəziyyəti; daimilik, dəyişməzlik. Qiymətlərin sabitliyi. Valyutanın sabitliyi. - [Rüstəm bəy:] Təbiət müvazinəti pozulduqda əbədi qanunun sabitliyi sarsılır. Çəmənzəminli.

SABOTAJ (ID - 34207)

[fr. sabotage] Qəsdən işləməmək və ya işi pozmaq yolu ilə işə mane olma.

SABOTAJÇI (ID - 34208)

is. Sabotaj edən, sabotajla məşğul olan adam.

SABOTAJÇILIQ (ID - 34209)

bax sabotajlıq.

SABOTAJLIQ (ID - 34210)

is. Sabotaj hərəkəti, sabotaj.

SABUN (ID - 34211)

is. Kirli və ya yağlı şeyləri və s.-ni yuyub təmizləmək üçün yağlardan və qələvi maddələrdən hazırlanan, suda tez əriyib köpüklənən bərk və ya yarımmaye kütlə. Paltar sabunu. Əl-üz sabunu. Ətirli sabun. Hamam sabunu. -...

SABUNBİŞİRƏN (ID - 34212)

is. Sabunbişirmə mütəxəssisi, sabun istehsalatı fəhləsi; sabunçu.

SABUNÇU (ID - 34213)

is. 1. köhn. Sabun bişirməklə məşğul olan adam. Sabun istehsalı işçisi.

SABUNÇULUQ (ID - 34214)

is. köhn. Sabunçunun işi, peşəsi.

SABUNQABI (ID - 34215)

is. İçinə sabun qoymaq üçün qab, qutu; sabunluq.

SABUNLAMA (ID - 34216)

“Sabunlamaq”dan f.is.

SABUNLAMAQ (ID - 34217)

f . Sabun sürtmək, sabunla yumaq. Əllərini sabunlamaq. Paltarları sabunlamaq. - Bədənimi kisələyib üstümə bir neçə dəfə isti su tökəndən sonra bu kişi [camadar] başladı başımı sabunlamağa. C.Məmmədquluzadə.

SABUNLANMA (ID - 34218)

“Sabunlanmaq”dan f.is.

SABUNLANMAQ (ID - 34219)

məch. 1. Sabunlu suda yuyulmaq, sabunla yuyulmaq. Sabun sürtülmək, sabun çəkilmək. [Ocaqverdi:] Bəy, heç sizə əziyyət olmayacaq. Kəndir qayda ilə sabunlanıbdır. Ə.Haqverdiyev.

SABUNLU (ID - 34220)

sif. 1. Tərkibində sabun olan. Sabunlu su. Sabuna bulaşmış, sabun sürtülmüş. Sabunlu əl. Sabunlu paltar.

SABUNLUQ (ID - 34221)

is. məh. bax sabunqabı.

SABUNOTU (ID - 34222)

is. bot. Kökündə saponin olan zəhərli bitki.

SABUNSUZ (ID - 34223)

sif. Sabunu olmayan, sabun sürtülməmiş. [Mahmud:] Qarnım sabunsuz araba çarxı səsi verir. Ə.Haqverdiyev.

SAC (ID - 34224)

is. Üzərində lavaş, yuxa, bozlamac, qutab və s. bişirmək üçün ortası qalxıq, dairəşəkilli çuqun və ya dəmir lövhə. [Gülsüm] birtəhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. Çəmənzəminli....

SACAYAQ, SACAYAĞI (ID - 34225)

is. Açıq havada xörək və s. bişirmək üçün üstünə qazan qoyulan üçayaqlı dəmir çənbər. Təzə qalaylanmış mis qablar, şiş, maşa, sacayaq, qiyməkeş və sair ailə mətbəxində işlənməsi lazım olan hacətləri cehiz adı ilə...

SACİÇİ (ID - 34226)

is. Sacın içində bişirilən ət qovurması. [Yüzbaşı:] Ağa, qurbanın olum, qarnınızı şor-çörəklə doydurmayın, saciçi bu saat hazır olar! - deyirdi. Çəmənzəminli. Almurad babanın bişirdiyi bu saciçi mənə o vaxta qədər yemiş...

SAÇ (ID - 34227)

is. İnsanın başında bitən tüklər. Qara saç. Xurmayı saç. - Külək [Dürrənin] qumral saçını üz-gözünə çırpırdı. S.Vəliyev. [Nərgiz] anasının ona ilk dəfə saç hördüyünü xatırlayırdı. B.Bayramov. // Hörük. [Koroğlu:]...

SAÇAQ (ID - 34228)

is. 1. Bir şeyin (adətən pərdənin, paltarın və s.-nin) kənarları boyunca tikilən çox sıx, sallanan sap telləri. Xalçanın saçaqlarını düzəltmək. Şalın saçaqları. Pərdəyə saçaq tikmək. - Libasın əlvandır, çarqat narıncı;...

Bu səhifə 1084 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:

İzahlı video testlərə keç

.....