Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

SİFƏTCƏ (ID - 35780)

sif Sifətinə görə, üzdən, sifətdən, sifət cəhətdən. [Musa] vücudca sağlam, boyca uca və sifətcə yapışıqlı idi. Ə.Vəliyev. Ağayar ucaboylu, sifətcə çox yapışıqlı, yaşı təzəcə qırxı ötmüş qarınlı bir kişi idi....

SİFON (ID - 35781)

[yun.] 1. Mayeni yuxarı səviyyədə duran qabdan aşağı səviyyədə duran qaba axıtmaq üçün əyri boru.
2. Qazlı və ya mədən suları üçün bu cür borusu olan qab.

SİFONLU (ID - 35782)

sif. tex. Sifonu olan, sifon qoyulmuş.

SİFRAQ (ID - 35783)

is. [ər. səfra] Öddəki yaşılımtraqsarı maddə; qusma, öyümə. Günvurmasının əlamətləri: bərk başağrısı, başgicəllənməsi, göz qaralması, dərinin qızarması, ürək bulanması, sifraqdır. Ə.Babayev. □ Sifraq etmək - qusmaq,...

SİFTƏ (ID - 35784)

1. sif. və zərf Qabaqca, əvvəlcə, əvvəl, ilk dəfə olaraq. Siftə Bayramdan başlamalıyam. Ə.Vəliyev. [Mərcan nənə:] Qız xeylağı elə siftə istəmir, sonra olur yağnan bal kimi. B.Bayramov. // İs. mənasında. İlk nəticə verən...

SİĞƏ (ID - 35785)

is. [ər.] Köhnə məişətdə: müvəqqəti nikah, evlənmə (çoxarvadlılığın bir növü). Qazı nikah siğəsini oxudu. M.S.Ordubadi. □ Siğə etmək (eləmək) - köhnə məişətdə: mollaya kəbin kəsdirərək müvəqqəti evlənmək. [Qadın:]...

SİKKƏ (ID - 35786)

is. [ər.] 1. Metal pul üzərinə vurulan damğa, naxış, yazı. Sikkə vurmaq. - Dəmirçioğlu bu dəfə pulları iki baş barmağının arasında sürtüb sikkələrini pozdu. “Koroğlu” .
2. Kəsilmiş, zərb olunmuş pul. Sikkə kəsmək....

SİKKƏXANA (ID - 35787)

is. [ər. sikkə və fars. ...xanə] Pul kəsilən yer, müəssisə.

SİKKƏLİ (ID - 35788)

SİKKƏSİZ (ID - 35789)

sif. Sikkəsi olmayan. [Şeyx Salah:] ..Mən gözümlə gördüm ki, Molla ibrahim Xəlilə hər kəs sikkəli pul gətirdisə, iki çəkisi sikkəsiz xalis gümüş aldı, apardı. M.F.Axundzadə.

SİKL (ID - 35790)

is. [yun.] Dövr, dövrə, silsilə.

SİKLON (ID - 35791)

[yun. kyklon - fırlanan] 1. Sıx buludlu və yağmurlu havada atmosferin qasırğalı, burağanlı hərəkəti.
2. Qasırğa, boran.

SİQAR (ID - 35792)

[fr. cigare] Çəkmək üçün lülə şəkildə sıx bükülmüş tütün yarpaqları. Siqar çəkmək. Siqar fabriki. - Çarşabın içindən gəlin əvəzinə Sərvər çıxıb, əlindəki siqarı tapança kimi uzadır Məşədi ibada tərəf. U.Hacıbəyov....

SİQARABƏNZƏR (ID - 35793)

sif. Siqara oxşayan, siqar şəklində olan.

SİQARET (ID - 35794)

[fr.] 1. Kiçik, nazik siqar. [Fərrux] ..siqareti ağ sümük müştüyə keçirib yandırdı və tüstülətməyə başladı. B.Bayramov.
2. Müştüksüz papiros. Külqabı siqaret kötükləri ilə dolmuşdu. I.Hüseynov.

SİQLƏT (ID - 35795)

is. [ər.] Ağırlıq. Havanı görmək olmur, amma onun varlığına şəkk yoxdur, hətta onun siqlətini, yəni vəznini belə bilmək mümkündür. H.Zərdabi. Qız tutulub, heç bilməyir nə eləsin, nə? Sanki əzmiş siqlətilə güclü dağ onu....

SİQNAL (ID - 35796)

[alm. Signal] 1. Hər hansı bir məlumatı, xəbəri, komandanı və s.-ni uzaqlara vermək üçün şərti səs və ya işıq işarəsi. işıq siqnalı. Siqnal vermək. Hava siqnalı. - [Tahir] uzaqdan siqnal verdi. M.Hüseyn. Hava təhlükəsi siqnalı...

SİQNALÇI (ID - 35797)

is. Siqnal verən (adam).

SİQNALİZASİYA (ID - 35798)

SİLAH (ID - 35799)

is. [ər.] 1. Hücum və ya müdafiə üçün alət; yaraq. ..Silahlarını yanlarına atıb oturmuş üç əsgər .. söhbət edirdi. Ə.Əbülhəsən. Əlinə silah alanlar .. düşmən üstünə yüyürdü. Mir Cəlal. isi dayı silahı çarpayıya...

SİLAHDAR (ID - 35800)

[ər. silah və fars. ...dar] bax silahdaşıyan.

SİLAHDAŞ (ID - 35801)

is. Döyüş yoldaşı, mübarizə yoldaşı, birlikdə vuruşan adamlardan hər biri. Sərkərdənin silahdaşları. // Hər hansı fəaliyyət sahəsində yoldaş, tərəfdar, arxadaş. [Məhbubə:] Təzə silahdaşımıza eşq olsun! deyə, ucadan...

SİLAHDAŞIYAN (ID - 35802)

is. Orta əsrlərdə: rıtsarın silahlarına baxan, onları yanınca gəzdirən gənc əsgər. [Ovçular] yan-yana durduqda, Don Kixot ilə onun silahdaşıyam Sanço kimi qəribə və gülünc görünürdülər. M.Rzaquluzadə.

SİLAHXANA (ID - 35803)

is. [ər. silah və fars.] Silah, hərbi sursat anbarı.

SİLAHQAYIRAN (ID - 35804)

sif və is. Cürbəcür silahlar qayıran usta, sənətkar.

SİLAHLANDIRILMA (ID - 35805)

“Silahlandırılmaq”dan f.is.

SİLAHLANDIRILMAQ (ID - 35806)

məch. Silahla təchiz edilmək, yaraqlandırılmaq, əlinə silah verilmək.

SİLAHLANDIRMA (ID - 35807)

“Silahlandırmaq”dan f.is.

SİLAHLANDIRMAQ (ID - 35808)

SİLAHLANMA (ID - 35809)

“Silahlanmaq”dan f.is.

SİLAHLANMAQ (ID - 35810)

f . 1. Özünü silahla təmin etmək, özü üçün silah tədarük etmək, silahlı hala gəlmək; yaraqlanmaq. [Kəndli Sultan ağaya:] ..Əgər bizə mərhəmət eyləsən və izin versən, bu saat atlara minib, silahlanıb karvanın qabağını...

SİLAHLI (ID - 35811)

sif. Silahı olan, silah daşıyan, əlində, üstündə silah olan, silaha sarılmış. Silahlı dəstə. - Ucqar stansiyalarda.. şuluqluq salan silahlı hərbçilərə rast gəlmək olur. Ə.Əbülhəsən. // Hərbi əməliyyat, hərbi toqquşma,...

SİLAHSIZ (ID - 35812)

sif. və zərf 1. Silahı olmayan. ..Düşmən qabağına silahsız çıxmaq olmaz. C.Məmmədquluzadə. İndi Məhərrəm bu silahsız ordunun baş komandanı sayılırdı. H.Nəzərli. Silahsız çıxan yoxdur küçələrə; Gecə tövşüyüb gedir;...

SİLAHSIZLANMA (ID - 35813)

“Silahsızlanmaq”dan f.is.

SİLAHSIZLANMAQ (ID - 35814)

f . 1. Silahını, ya silahlarını tökmək, silahsız olmaq. // Öz silahlarını məhv etmək, ya azaltmaq. // Yerləşdirilmiş silahları götürmək, silahlardan məhrum olmaq (hərbi istehkamlar, gəmilər və s. haqqında).
2. məc. Mübarizədən...

SİLAHSIZLAŞDIRILMA (ID - 35815)

“Silahsızlaşdırılmaq”dan f.is.

SİLAHSIZLAŞDIRILMAQ (ID - 35816)

məch. Silahsız hala gətirilmək, silahları əlindən alınmaq.

SİLAHSIZLAŞDIRMA (ID - 35817)

“Silahsızlaşdırmaq”dan f.is.

SİLAHSIZLAŞDIRMAQ (ID - 35818)

f . Silahını əlindən almaq, silahsız etmək.

SİLƏ (ID - 35819)

is. [ər.] 1. Qovuşma, əlaqə. Bağ, rabitə.
Hədiyyə, mükafat. [Seyid Əzim Şirvaninin Sabirə yazdığı məktubdan] “Nuri-didəm Sabir! Qəzəlimin birinə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə...

SİLƏLƏMƏ (ID - 35820)

“Silələmək”dən f.is.

SİLƏLƏMƏK (ID - 35821)

f Ağzına qədər doldurmaq. Qabı silələmək.

SİLƏCƏK (ID - 35822)

SİLFON (ID - 35823)

is. [ing.] Paslanmayan polad, bürünc, fosforlu və ya beriliumlu tuncdan hazırlanmış nazik divarlı köndələn büzməli borucuq.

SİLGİ (ID - 35824)

is. Silmək üçün yarar əsgi və s.; siləcək. Çəkməsini silgi ilə silmək. Yazı taxtasının yanına silgi qoymaq.

SİLİB-SÜPÜRMƏ (ID - 35825)

“Silib-süpürmək”dən f.is.

SİLİB-SÜPÜRMƏK (ID - 35826)

f 1. Süpürgə, əsgi və s. ilə bir yeri silmək, süpürmək, təmizləmək. Dükançıların bir çoxu öz dükanlarının qabağını silib-süpürürdü. P.Makulu. [Bəyim xala] gündə iki-üç yol həyətimizi silibsüpürür. İ.Hüseynov.
2....

SİLİKAT (ID - 35827)

[lat. silex (silicis) - çaxmaqdaşı] miner. 1. Tərkibində silisium oksidi birləşmələri olan mineralların adı.
2. Bu mineraldan qayrılmış məmulatın (şüşə, çini, sement, kərpic və s.) ümumi adı. Şofer gündüz saat ikidə sement...

SİLİNDR (ID - 35828)

[yun. kylindros - diyirlədirəm]
riyaz. Qapalı silindrik səth və onu qət edən iki paralel müstəvidən düzələn həndəsi cisim.
tex. Bu cisim şəklində qurğu və ya maşın hissəsi. Mühərrikin silindri. Porşenin silindri. Təpəsi...

SİLİNDRİK (ID - 35829)

Bu səhifə 153 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla