İzahlı lüğət

SAKİN

is. [ər.] 1. Bir yerdə yurd salıb yaşayan, həmin yerin əhalisindən olan; oturan, oturucu. Mingəçevir şəhərinin sakinləri. Yeni qəsəbənin sakinləri. - Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Məmmədquluzadə. Aulun sakinlərindən heç biri ləkəli namusla yaşamaq istəmədi. M.Hüseyn. // Yaşayan, yerləşən. Binanın sakinləri. Mehmanxananın sakinləri. - Üç ildir ki, [evin] sakinləri bir qoca qarı, bir də onun nəvəsi balaca Svetlanadır. Ə.Məmmədxanlı. Bütün ev sakinləri ya qonaqlar bu darvazadan qəsəbəyə çıxırdılar. Ə.Əbülhəsən. □ Sakin etmək (eləmək) - yerləşdirmək, məskən saldırmaq, oturtmaq. Hacı həyətdə olan kiçik daxmanı Aslana verdi ki, orada o öz qardaş və bacısını sakin eləsin. C.Cabbarlı. Sakin olmaq bir yerdə (evdə və s.-də) yerləşmək, yaşamağa başlamaq, məskən salmaq. Görürəm mən dünən gecə yuxuda; Yenə də sakin olmuşam Bakıda. M.Ə.Sabir. [Qonça:] Mənim sakin olduğum evin yaxınlığına bir daha dolaşmayın. S.Hüseyn. Sakit, səssiz, hərəkətsiz. Sakin küçələr [Midhətə] geniş göründü, əsir şəhər hürr və məsrur idi. Çəmənzəminli. Yorğun maral kimi sakin baxışlar; Bir öpüşdən daha kəskin baxışlar; Səndə nələr yoxdur, nələr, ah, nələr... M.Müşfiq. □ Sakin olmaq - sakitləşmək, rahatlanmaq. Dağlarda əkin olmaz; Heç kəs mən təkin olmaz; Sən yanıma gəlməsən; Ürəyim sakin olmaz. (Bayatı).
Ərəb əlifbasında: hərəkəsiz, hərəkəsi olmayan, hərəkə ilə oxunmayan. Sakin hərf.
Habelə sakin “nun”dan (O) ibarət olan tənvinlər də yazıda qeyd olunmalıdır. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed