Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

SARIMAQ (ID - 34679)

f . 1. Bir şeyin üzərinə dolamaq. Yumaq sarımaq. - O əllər.. cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub, ağaca dönmüşdü. Ə.Əbülhəsən.
İp və s. ilə üstündən, hər tərəfdən dövrələmə bağlamaq. Qutuları sarımaq....

SARIMSAQ (ID - 34680)

is. bot. Soğan cinsindən çox kəskin iyi və dadı olan tərəvəz.

SARIMSAQLI (ID - 34681)

sif Sarımsaq qatılmış, sarımsaq vurulmuş, içində sarımsaq olan. [Məsumə] Firəngizin arzusu ilə bişirdiyi buğlamanı, sarımsaqlı qatığı süfrəyə gətirdi. Bayramov. [Sultan:] [Səməd] buralarda ol, gedək evə, sənin üçün sarımsaqlı,...

SARIMSAQOTU (ID - 34682)

is. bot. Meşəlik yerlərdə bitən ikiillik yabanı bitki. Sarımsaqotu .. meşəlik yerlərdə bitən və 20-100 sm hündürlükdə olan ikiillik qollu-budaqlı bitkidir. M.Qasımov.

SARIMSOV, SARIMTIL (ID - 34683)

SARIMTRAQ (ID - 34684)

bax sarımtıl. Sarımtraq üz. Sarımtraq lent. - [Araz] ayılarkən kameranın içərilərinə uzanan sarımtraq bir işıq zolağından səhər olduğunu bildi. A.Şaiq.

SARINMA (ID - 34685)

“Sarmmaq”dan f.is. Pristav Mehdi bəyin ağaca sarınması xəbəri bütün mahala yayılır. “Qaçaq Nəbi” .

SARINMAQ (ID - 34686)

f 1. Bürünmək, örtünmək. Çadraya sarınmaq. Örpəyə sarınmaq. - Mənim kimi bir sirdaşın yanında; Qayım-qayım sarınmağın nədəndir? M.P.Vaqif. Molla abasına bərk sarındıqdan sonra məktubu Qurbana oxudu. A.Şaiq. Sarğı ilə bağlanmaq....

SARINTI (ID - 34687)

bax saraltı. Doktor qabaqca Rzaquluxanın üzünü mülahizə edirdi. Çöhrəsi qayət solğun isə də yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. M.S.Ordubadi.

SARISAÇ(LI) (ID - 34688)

sif. Saçı sarı; kürən. Sarısaçlı qız. Sarısaç uşaq. - ..ikinci maşının qabağında .. sarısaç bir oğlan durmuşdu. Mir Cəlal. ..Qaradinməz oğlana nəzər salan sarısaç katib əlini pəncərəyə tərəf tuşladı.. B.Bayramov.

SARISƏNDƏL (ID - 34689)

SARISİFƏT(Lİ) (ID - 34690)

sif. Üzünün rəngi saralmış. Sarısifət adam.

SARISÜSƏN (ID - 34691)

is. bot. Bataqlıq yerlərdə bitən sarı gövdəli bitki.

SARIŞIN (ID - 34692)

sif. Sarıyaçalar, sarıyağız. Sarışın saç. Sarışın oğlan. Sarışın üz. - Şərifzadənin yanındakı gənc sarışın, enlikürəkli, xoşsima bir adam idi. P.Makulu. Səməd utancaqlıqla süfrənin böyründə durmuş, sarışın, çatmaqaş,...

SARIŞMAQ (ID - 34693)

bax sarmaşmaq 2-ci mənada. Görüşübən eyləmədik xoş səfa; Qucaqlaşıb sarışmadıq, ayrıldıq. M.P.Vaqif. Gəlin, salamlayaq doğma baharı; Ana yurdumuzun ana qolları; Baharın boynuna sarışan gündür. N.Xəzri.

SARITİKAN (ID - 34694)

is. bot. Yarpağı tikanlı, sarı gövdəli bitki.

SARIYAÇALAR (ID - 34695)

bax sarımtıl. Sarıyaçalar parça. Sarıyaçalar sap.

SARIYAĞIZ, SARIYANIZ (ID - 34696)

sif. Üzünün rəngi və saçları sarıya çalan; sarıbəniz, sarışın. Feldşer yanındakı sarıyağız kök oğlana göz vurdu. M.Hüseyn. Sarıyağız, ucaboy, şıq geyimli bir kişi gözucu salam verib, [Vahid ilə Rübabənin] yanından ötdü....

SARIYICI (ID - 34697)

is. Sap, ip və s. sarıyan fəhlə. ipək sarıyıcısı. Zavodun qabaqcıl sarıyıcısı.

SARIZANBAQ (ID - 34698)

is. bot. Zanbağın sarı növü.

SARJA (ID - 34699)

[fr. serge] Sapı diaqonal toxunmuş astarlıq parça.

SARKAZM (ID - 34700)

[yun. saqkasmos] ədəb. Çox acı, kəskin gülüş, kinayə. Bu yazılarda .. imperialistlərə qarşı öldürücü bir sarkazm vardır. M.İbrahimov.

SARKOFAQ (ID - 34701)

[yun. sarkophaqos] Qədim xalqlarda daş tabut; sonralar - məqbərə.

SARKOMA (ID - 34702)

[yun. sarkoma - ət törəməsi] tib. Adətən sümük toxumalarında əmələ gələn xətərli şiş. Sümük sarkoması.

SARQAC (ID - 34703)

is. 1. Qapqara, makara.
Məftil sarınmış çarx.

SARMA (ID - 34704)

SARMAQ (ID - 34705)

f Bürümək, tutmaq, çulğamaq, qaplamaq; yayılıb təsiri altına almaq. Sağ ol! Saq ol! - səsləri məclisi sardı. M.Müşfiq. Biz döyüşdük günəşə bağlı qalan ümidlə; Döyüşdük, gur səsimiz geniş çölləri sardı. R.Rza.

SARMALAMAQ (ID - 34706)

bax sarmaq. Günəş məmnun gülümsəyərək qoltuğundakı şalla Arazı bir uşaq kimi sarır, sarmalayır. A.Şaiq.

SARMAŞIQ (ID - 34707)

is. bot. Ağ-qırmızımtıl çiçəkləri olan, sarmaşaraq uzanan bitki. Qəməriyənin dörd tərəfini əlvan çiçəkli sarmaşıqlar almış(dı). A.Şaiq. Pəncərədən baş uzatsın otaqlara sarmaşıq; Üzə gülsün hər səliqə, hər şeydəki...

SARMAŞMA (ID - 34708)

“Sarmaşmaq”dan f.is.

SARMAŞMAQ (ID - 34709)

f . 1. Bir şeyin ətrafına dolanmaq, sarılmaq. Eləmi tikan gülə; Sarmaşıb tikan gülə; Fələk də göz dikibmiş; Mən gözüm dikən gülə. (Bayatı). Dəmirov Əlisanın yay otağını gözdən keçirib: - Doğrudan da gözəldir, - dedi,...

SARMATLAR (ID - 34710)

Eramızdan əvvəl VI-II əsrlərdə Volqa çayı, Qara dəniz və Azov sahillərindəki çöllərdə yaşamış köçəri tayfalardan bir qrupunun adı.

SARP (ID - 34711)

sif Keçilməsi, üstünə çıxılması çox çətin olan; çox dik, sıldırım, yalçın. Yolun sağ tərəfindəki sarp qayanın arxasından üfüq ağarmağa başladı. H.Nəzərli. Tiflis şəhərini iki yerə təqsim edən Kür çayı sarp qayalara...

SARPİNKA (ID - 34712)

is. [rus.] Nazik pambıq parça.

SARPMA (ID - 34713)

“Sarpmaq”dan f.is.

SARPMAQ (ID - 34714)

bax sapmaq. [Qəhrəman] məsələni çox soyuqqanlılıqla həll etmək, Yusifi sarpdığı əyri yoldan doğru yola dəvət etmək istəyirdi. Ə.Vəliyev.

SARSAQ (ID - 34715)

sif. Səfeh, gic, axmaq, abdal. Sarsaq köpək qaysavadanpay umar. (Ata. sözü). // Mənasız, boş, ağılsız (söz, hərəkət, iş və s.). [Cahangir ağa:] Ondan sarsaq iş baş verməz. Ə.Haqverdiyev. // Zərf mənasında. Sarsaq danışmaq....

SARSAQCA(SINA) (ID - 34716)

zərf Axmaqcasına, ağılsızcasına. Sarsaqcasına inad etmək. Sarsaqca hərəkət etmək.

SARSAQLAMA (ID - 34717)

“Sarsaqlamaq”dan f.is.

SARSAQLAMAQ (ID - 34718)

f . Səfehləmək, ağlını itirmək, gicləşmək, axmaqlamaq; xərifləmək. Müəllimi gülmək tutmuşdu. Fikrinə gəlirdi ki, bu adam sarsaqlamışdır. S.Hüseyn. // Sarsaqlaşmaq, başı xarab olmaq. [Misir:] [Behbud] sizin nəslin hamısı...

SARSAQLAŞMA (ID - 34719)

“Sarsaqlaşmaq”dan f.is.

SARSAQLAŞMAQ (ID - 34720)

f . Getdikcə ağlını itirmək, gicləşmək, axmaqlaşmaq, xərifləmək.

SARSAQLIQ (ID - 34721)

is. Axmaqlıq, ağılsızlıq, giclik, səfehlik. Sarsaqlığından işlər başına gəlir. [Şamil:] Mənim dəstəmdən xain? Yaxşı, olsun! Əgər o doğrudan da sarsaqlıq eləmişsə, əmin olsun, cəzasını mən özüm verəcəm. M.Hüseyn. //...

SARSIDICI (ID - 34722)

sif. 1. Çox güclü, çox ağır, dağıdıcı, məhvedici. Sarsıdıcı zərbə endirmək. Sarsıdıcı zərbə altında dayanmayan düşmən təyyarələri geri qaçırdı. S.Rəhimov.
məc. Çox təsirli, çox həyəcanlı, çox güclü, adamı...

SARSILMA (ID - 34723)

“Sarsılmaq”dan f.is.

SARSILMAQ (ID - 34724)

f 1. Şiddətli zərbədən dağılmaq, uçmaq, böyük zədə almaq; titrəmək. Bizim təyyarələr... Od saçır hər yan; Topların səsindən sarsılır cahan. M.Rahim. Yaxınlığa düşən mərmi partlayışından qazma möhkəmcə sarsıldı,...

SARSILMAZ (ID - 34725)

sif. Möhkəm, mətin, səbatlı, dayanıqlı, dəyişməz, dağılmaz, pozulmaz. Qətibə.. Nizaminin qadın gözəlliyi qarşısında sarsılmaz olduğunu bir neçə kərə sınaq etmişdi. M.S.Ordubadi. Paxır götürməyən düzlük, açıqlıq; Sarsılmaz...

SARSILMAZLIQ (ID - 34726)

is. Möhkəmlik, səbatlılıq, dayanıqlılıq, dağılmazlıq, pozulmazlıq, dəyişməzlik.

SARSIMA (ID - 34727)

“Sarsımaq”dan f.is.

SARSIMAQ (ID - 34728)

f . 1. Güclü bir zərbədən titrəmək, lərzəyə gəlmək, yerindən oynamaq.
məc. Güclü həyəcan keçirmək, sarsılmaq (bu mənada adətən tərkiblərdə işlənir). Sübhanverdizadə əli ilə onun saçını tumarlaya-tumarlaya barmağını...

Bu səhifə 212 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla