ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

SALIQ (ID - 34479)

is. Xəbər, soraq, bildirmə. Ardınca verdim salıq; Tükəndi səbrim artıq; Ey işıqlı dövr, gəl. M.Müşfiq. [Səməd:] Ağacın yerini sənə dədəm salıq verdi. İ.Hüseynov.

SALIQÇI (ID - 34480)

is. Bələdçi.

SALIM (ID - 34481)

bir salım - az, azacıq; bir dəfə tökməyə, salmağa çatar. Bir salım çay. Bir salım ədvə. - O, düşəndə qonşusuna bir salım duz, yarım sərnic ayran verib savaba çatar. S.Rəhimov.

SALIMLIQ (ID - 34482)

SALINMA (ID - 34483)

“Salınmaq”dan f.is.

SALINMAQ (ID - 34484)

“Salmaq”dan məch. Yerə palaz salınmaq. Örtü salınmaq. Süfrə salınmaq. - Eyvaz ocağın kənarına salınmış (f.sif.) keçənin üstündə əyləşmiş(di).. İ.Əfəndiyev.

SALIŞDIRMA (ID - 34485)

“Salışdırmaq”dan f.is.

SALIŞDIRMAQ (ID - 34486)

f . İki tərəfi bir-birilə düşmən etmək, vuruşdurmaq, bir-birinin üzərinə saldırmaq, təhrik etmək.

SALİM (ID - 34487)

sif. [ər.] klas. 1. Salamat. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da batsın. M.Ə.Sabir.
2. Dinc, sakit, əmin. Başmaqçı usta Ağabala .. saleh, salim, mömin, Allah bəndəsi bir şəxs idi....

SALLABAŞ (ID - 34488)

sif. 1. Başı əsən, daim aşağı sallanan. Sallabaş adam.
məc. Mızı, adamın üzünə baxmayan, qəlbiqara.

SALLABIĞ (ID - 34489)

bax sallaqbığ(lı). Sallabığkişi.

SALLAĞI (ID - 34490)

zərf Sallanmış halda, bir tərəfə əyilmiş vəziyyətdə, çöməlmiş halda. [Arvad] ..uzun müddət sallağı oturmaq üçün şalı belinə bərk dolamışdı. H.Seyidbəyli.

SALLAQ1 (ID - 34491)

is. [ər.] Mal-heyvan kəsən, sallaqxana fəhləsi.

SALLAQ2 (ID - 34492)

sif. Sallanmış halda olan, sallanan, aşağıya tərəf uzanmış, ya bükülmüş. Tazının başı tülkü başı kimi uzun, qulaqları sallaq olardı. H.Sarabski. Dən düşmüş saqqalı, sallaq bığları; Göstərir yaşını qırxdan yuxarı....

SALLAQBIĞ(LI) (ID - 34493)

sif. Bığları sallaq olan. Sallaqbığ kişi. - Yaqubun böyründəki ağ kürklü, sallaqbığ, arıq kəndli qeyri-ixtiyari donqar hülqumunu qaldırıb saldı. M.Hüseyn. Sallaqbığlı qoca faytonçu belini düzəltdi və nədənsə şikayətlənərək...

SALLAQDODAQ(LI) (ID - 34494)

sif. Uzun və sallaq dodaqları olan. Sallaqdodaq uşaq.

SALLAQXANA (ID - 34495)

is. [ər. sallaq və fars. ...xanə] 1. Mal-heyvan kəsilmək üçün xüsusi bina, yer. Sallaqxana sexi. - It sallaqxanadan bir sümük aparar, öz ayağını kəsər. (Ata. sözü). [Qulu] son zamanlar qardaşını dükanda buraxıb, özü sallaqxananı...

SALLAQQARIN(LI) (ID - 34496)

sif. Qamı yekə və sallanmış kimi olan. Sallaqqarın adam.

SALLAQQULAQ(LI) (ID - 34497)

sif. 1. Uzun və sallaq qulaqları olan (heyvanlar haqqında).
məc. dan. Qeyrətsiz, heysiyyətsiz, öz hörmətini saxlamayan. Sallaqqulaq adam.

SALLAQLIQ1 (ID - 34498)

is. Sallağın işi, peşəsi; malheyvan kəsmə peşəsi. Sallaqlıq etmək. - Kişinin əlindən yaxşı sallaqlıq da gəlirmiş! “Kirpi” .

SALLAQLIQ2 (ID - 34499)

is. Sallaq şeyin halı; sallanmış halda olma.

SALLAMA (ID - 34500)

1. “Sallamaq”dan f.is.
zərf Bir ucunu aşağı salladaraq, uzadaraq. Belbağını sallama bağlamaq. Kəlağayını sallama örtmək. - Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü...

SALLAMAQ (ID - 34501)

f 1. Bir şeyi üzüaşağı tutmaq, uzatmaq, sallaq vəziyyətdə saxlamaq, ucunu aşağı endirmək; asmaq. Xalçanı balkondan sallamaq. Həyətə ip sallamaq. - Yenə böyük oğlan qabağa yeriyib dedi ki, gərək [quyuya] məni sallayasınız. Çəmənzəminli....

SALLANA-SALLANA (ID - 34502)

zərf 1. Əzilə-əzilə, nazlana-nazlana, nazla. Sallana-sallana gedən Salatın! Gəl belə sallanma, göz dəyər sənə. Qurbani. Qərq olsun yaşıla, ala gəlsin; Naz ilə sallana-sallana gəlsin. Q.Zakir. Sallana-sallana gedən Salatın; O sərxoş...

SALLANIŞ (ID - 34503)

is. Yeriş tərzi, nazla, əziləəzilə yerimə. Oturuşun gözəl, duruşun gözəl; Sallanışın gözəl, yerişin gözəl. M.P.Vaqif. Gözəllər sultanı, ay Səlbixanım; Sallanışın bir mahala əvəzdir. Aşıq Ələsgər.

SALLANMA (ID - 34504)

“Sallanmaq”dan f.is.

SALLANMAQ (ID - 34505)

f . 1. Üzüaşağı sallaq vəziyyətdə asılmaq. Stolun üstündəki göy mahud örtük yanlardan xeyli aşağı sallanmışdı. M.Hüseyn. Qarmaqdan çoxlu qiymətli şeylər sallanırdı. Mir Cəlal.
məc. Nazla, əda ilə yerimək. Geyinib sallanan...

SALLAŞMA (ID - 34506)

“Sallaşma”dan f.is.

SALLAŞMAQ (ID - 34507)

bax sallanmaq (çoxları haqqında). Tələbələr yenə dartındılar, qadın da onların ətəyindən tutub sallaşdı. Çəmənzəminli.

SALLATMA (ID - 34508)

“Sallatmaq”dan f.is.

SALLATMAQ (ID - 34509)

bax sallamaq.

SALMA1 (ID - 34510)

“Salmaq”dan f.is.

SALMA2 (ID - 34511)

: salma çay - şirin çay. [Qulu:] Yəni altı-yeddi stəkan salma çay içdiyini də yalan deyirəm? S.S.Axundov.

SALMAQ (ID - 34512)

f 1. Bir şeyi hündür yerdən aşağı atmaq, tullamaq, buraxmaq, düşürmək. Asta qanad çalın, qafil telləri; Heyfdir, salarsız düzə, durnalar! M.P.Vaqif. Mən də bombaları salanda kəndə; Dedim: "Əl atmasa həkim bıçağa; Xəstə...

SALMONELLYOZ (ID - 34513)

is. tib. İnsan və heyvanlarda kəskin infeksion xəstəlik.

SALNAMƏ (ID - 34514)

is. [fars.] İl ərzində bir yerdə baş verən tarixi hadisələri qeydə alan kitab və s. // Hadisələrin hər il qeydə alınması; gündəlik, xronika və s. həyat salnaməsi. [Mirzə Ələkbər Sabirin] şeirləri yarandıqları zamanın ən...

SALNAMƏÇİ (ID - 34515)

is. Salnamə yazan şəxs.

SALOL (ID - 34516)

əcz. Bağırsaqları və sidik yollarını dezinfeksiya etmək üçün ağ rəngli kristallik maddə (dərman).

SALON (ID - 34517)

[fr.] 1. Qonaqlar üçün qəbul otağı. [Firəng səyyahı:] Bizi neçə otaqdan keçirib bir salonda əyləşdirdilər. Ə.Haqverdiyev.
Zal. Məhkəmə salonu çadralı və çadrasız qadınlarla dolu idi. T.Ş.Simurq. Alqış səsləri salonu bürüdü....

SALTO (ID - 34518)

is. [ital.] Akrobatika və idman gimnastikasında xüsusi hərəkət növü; mayallaq, mayallaq aşma.

SALTUS (ID - 34519)

is. [lat.] Qədim Romada xüsusi şəxslərə icarəyə verilən meşə, otlaq və s. torpaq sahələri.

SALURLAR (ID - 34520)

is. Oğuzların 24 tayfasından biri.

SALYÜT (ID - 34521)

[fr. salut - salamlama] Şanlı bir hadisə, yaxud görkəmli bir şəxsin şərəfinə hörmət əlaməti olaraq tüfəngdən və ya topdan atəş açmaq, əlvan fişənglər buraxmaq, bayraq qaldırıb endirmək (gəmidə) və s. ilə icra edilən təntənəli...

SAM, SAM YELİ (ID - 34522)

bax səmum. Bəlkə bu gəlişdən sonra qızın həyat çəməninə sam yeli əsməyəcək, ..xüsusən Hidayətə açılması müşkül olan dərdi daha qövr etməyəcəkdi? B.Bayramov.

SAMAN (ID - 34523)

is. Taxıl döyüldükdən və təmizləndikdən sonra qalan çöpşəkilli hissəciklər, xırda-xırda doğranmış küləş. Saman sənin deyil, samanlıq ki sənindir. (Ata. sözü). Qorxurdular ki, atlarımız üçün arpa, saman, özümüz üçün...

SAMAN (ID - 34524)

is. [fars.] Var, dövlət, sərvət, malmülk. Fəqət zəhmət onun, saman sənindir! Söyüş, şallaq onun, vicdan sənindir. Ə.Nəzmi.

SAMANI (ID - 34525)

sif. Saman rəngində, sarıyaçalar, sarı. Samanı parça.

SAMANLAMA (ID - 34526)

“Samanlamaq”dan f.is.

SAMANLAMAQ (ID - 34527)

f 1. Saman qatmaq, saman vurmaq, saman tökmək. Palçığı samanlamaq.
2. Heyvana saman vermək. Atı samanlamaq.

SAMANLI (ID - 34528)

sif. 1. Saman qarışdırılmış, saman qatılmış. Samanlı kərpic. Samanlı palçıq. Samana batmış, samana bulaşmış. Yoğun aşpaz əlində kəfgir, qolları çirməkli, mehtər əlində xəlbir, üzü samanlı gəlirlər. Ü.Hacıbəyov.

Bu səhifə 223 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.