İzahlı lüğət

SARSINTI (ID - 34729)

is. 1. Bərk zərbə nəticəsində tərpənmə, lərzəyə gəlmə, yerindən oynama; titrəyiş, zəlzələ. Yer sarsıntısı (zəlzələ).
..Möhkəm bünövrəsi olan bir binanı hansı sarsıntı uçura bilər? S.Rəhimov.
məc. Həyəcan....

SARSINTILI (ID - 34730)

sif. 1. Silkələnən, yırğalanan, laxlayan, sarsıntıdan zədələnmiş; davamsız, etibarsız. Sarsıntılı divar. Sarsıntılı pilləkən.
Otaqdan qarasifət, dolaşıq saçlı, pəjmürdə bir qadın çıxıb, sarsıntılı balkonda durdu....

SARSITMA (ID - 34731)

“Sarsıtmaq”dan f.is.

SARSITMAQ (ID - 34732)

f . 1. Lərzəyə salmaq, titrətmək, yerindən oynatmaq, laxlatmaq, dağıtmaq, pozmaq, alt-üst etmək. Zəlzələ bir çox binanı sarsıtdı. - Böyük bir gurultu ətrafı sarsıtdı. M.İbrahimov.
məc. Dəhşətə gətirmək, lərzəyə salmaq....

SARVAN (ID - 34733)

bax sarban. Sarvanlar uyqulu, dəvələr yorğun; Nədir bu heçlikdə bu gülünc oyun?! M.Müşfiq. “Allahü-əkbər!” - deyə sarvan dua oxuyur. B.Vahabzadə.

SASANİLƏR (ID - 34734)

is. Sasanilər dövlətində (İran) hakimiyyətdə olan sülalə.

SATAŞQAN (ID - 34735)

is. və sif. dan. Adama sataşmağı, öcəşməyi, sürtüşməyi sevən, adam ələ salan. Sataşqan adam. Yaman sataşqansan ha...

SATAŞMA (ID - 34736)

“Sataşmaq”dan f.is.

SATAŞMAQ (ID - 34737)

f 1. Birini acıqlandırmaq, pərt etmək, qanını qaraltmaq, təhqir etmək, ələ salmaq məqsədilə ona söz atmaq və ya başqa bir hərəkət göstərmək; sürtüşmək. [Murad bəy:] Bax, bu adam hər kəssə, sənə sataşmaq istəmişdir, aş...

SATDIRMA (ID - 34738)

“Satdırmaq”dan f.is.

SATDIRMAQ (ID - 34739)

icb. 1. Satmağa məcbur etmək.
Başqasının vasitəsilə satmaq. Köhnə paltarını satdırmaq.

SATHASAT (ID - 34740)

is. Çox qızğın, arasıkəsilməyən satış, alver.

SATIB-SOVMA (ID - 34741)

“Satıb-sovmaq”dan f.is.

SATIB-SOVMAQ (ID - 34742)

f. Hər nə var heçə-puça satmaq, dağıtmaq, korlamaq, axırına çıxmaq. Mal-dövləti satıb-sovmaq. - [Cənnətəli ağa:] Heydərqulu, doğrudurmu ki, sən gedib, mədaxilin hamısını satıb-sovub gəlmisən? N.Vəzirov. [Məsum kişi] tələm-tələsik...

SATIB-SOVURMA (ID - 34743)

“Satıb-sovurmaq”dan f.is.

SATIB-SOVURMAQ (ID - 34744)

bax satıb-sovmaq.
Ailə çətinliklə dolanırdı. Evin bütün şeylərini satıb-sovurmuşdular. Q.İlkin.

SATICI (ID - 34745)

is. Hər hansı bir şey, mal satan adam. Bazar satıcılarla dolu idi. - Qonşum bazardakı satıcıları adbaad tanıyırdı. S.Rüstəm. // Ticarət müəssisələrində, mağazalarda, dükanlarda və s.-də işləyən, alıcılara mal satan işçi....

SATICILIQ (ID - 34746)

is. Satıcı vəzifəsi, işi. Qonşum mağazada satıcılıq edir.

SATIL (ID - 34747)

is. Su, süd və s. tökmək üçün armudu formada ağzı gen iri mis qab. Dərhal xəlfə ağ qalaylanmış mis satıllarda şərbət, əlində gülabzən camaat ilə bir yerdə küçəyə çıxardı. H.Sarabski.

SATILCA (ID - 34748)

is. Balaca satıl. Satılcanı şərbətlə doldurmaq.

SATILMA (ID - 34749)

“Satılmaq”dan f.is.

SATILMAQ (ID - 34750)

“Satmaq”dan məch. Axşam satılan (f.sif.) oğurluq maldan pristavınpayı qumar oynadığı vaxt gətirilib özünə verilərdi. Ə.Haqverdiyev. [Telli:] Gözümün qabağında anamın birər nişanəsi və yadigarı olan xalçalarım üstümə...

SATILMALI (ID - 34751)

sif Satılmaq üçün olan, satlıq.

SATILMAZ (ID - 34752)

sif. Satılmalı olmayan, satılmayan. // İşə getməyən. Satılmaz mal.

SATIN (ID - 34753)

satın almaq - 1) pulla almaq. Taxılı çəki ilə satın almaq. - Əlbəttə, müftə mal harada idi, pul ilə satın alaq. M.F.Axundzadə; 2) məc. pulla, rüşvətlə əldə etmək, öz tərəfinə çəkmək, öz iradəsinə tabe etmək. [Gültəkin...

SATINALMA (ID - 34754)

sif. Pulla alınmış, əvəzində pul verilmiş.
□□ Satınalma qul (kimi) köhn. - itaətkar, hüquqsuz, müti adam haqqında. [Rəhim:]
Məgər, Leyla xanım, görməyirsən, mən gecəgündüz xanın qabağında satınalma qul kimi əlibağlı...

SATIŞ (ID - 34755)

is. 1. Satmaq işi, satma, satım. Satış üçün qoyulmuş, ayrılmış, satılmaq üçün olan, satılan. Satışda olan malları gözdən keçirmək. - [Xərabati] satış üçün əlində tutmuş olduğu kitabları uzadaraq onlara göstərər. H.Cavid.
Satılma....

SATİN (ID - 34756)

[fr.] Möhkəm parlaq pambıq parça. // Satindən tikilmiş. Satin köynək. Satin tuman.

SATİNET (ID - 34757)

[fr.] Satinin nazik növü.

SATIRA (ID - 34758)

[lat. ] 1. Cəmiyyətdəki mənfilikləri, eybəcərlikləri gülməli və kəskin şəkildə ifşa və təsvir edən bədii əsər. C.Məmmədquluzadənin satiraları. - Vaqif yolunun davamçısı olan Zakir şerimizə həqiqi satira gətirmişdir. A.Şaiq.
İfşaedici,...

SATİRİK1 (ID - 34759)

sif Satiraya xas olan, satiraya aid olan, satira mahiyyətində olan. Satirik komediya. Satirik məcmuə. - Satirik şeirlərdə Cəfər Cabbarlı böyük xalq şairi Ələkbər Sabirə oxşamağa çalışırdı. M.Arif.

SATİRİK2 (ID - 34760)

[lat.] is. İncəsənətin hər hansı sahəsində satira cərəyanının nümayəndəsi, satira yazan, satira müəllifi. Satirik yazıçı. Satirik rəssam. - Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin""in adı ilə tanımağa...

SATQI (ID - 34761)

bax satış 1-ci mənada.

SATQIN (ID - 34762)

sif. Özünü, öz əqidəsini, məsləkini, heysiyyətini pula satan; şərəfsiz, alçaq, rəzil, xain, namərd. Bəndalı Mərəzədə satqın bir qarının evində necə gecələməli olduğunu anasına danışdı. Mir Cəlal. [Aslan Məzluma:] Hələlik...

SATQINLIQ (ID - 34763)

is. Satqın adamın iş və hərəkəti; rəzillik, şərəfsizlik, namərdlik. [Adil Rəcəbə:] Bəlkə yenə satqınlıq eləmək istəyirsən? B.Bayramov.

SATLIQ (ID - 34764)

sif. Satılmaq üçün olan, satılmalı olan, satılan. Satlıq taxıl. Satlıq kartof. - Sağmal inək bizdə, satlıq yağ sizdə. (Ata. sözü). [Xortdan:] Bir yanda çuval-çuval buğda qoyulub, .. bir yanda satlıq qoyun və qaramal. Ə.Haqverdiyev....

SATMA (ID - 34765)

“Satmaq”dan f.is.

SATMAQ (ID - 34766)

f 1. Pul alaraq əvəzində bir şey vermək. Şey satmaq. Mal satmaq. - [Cahan:] Mən arşınmalçının xalasıyam, özüm də qızlara, arvadlara mal satıram. Ü.Hacıbəyov. Satqınlıq etmək, xain çıxmaq, xəyanət etmək, ələ vermək. Dostunu...

SATÜRN (ID - 34767)

is. [lat.] 1. Günəş sisteminin planeti. Süheyl səyyarəsi.
Qədim Roma mifologiyasında səpin allahı.

SAUNA (ID - 34768)

is. [ing.] Çox yüksək dərəcədə hərarəti olan xüsusi növ hamam.

SAVA (ID - 34769)

sif. Öz vaxtında deyil, sonradan cücərən, gecyetişən (faraş əksi). [Gülşən:] Gecikmiş balaca, sava lalələr yaqut kimi şəfəq saçırdı. İ.Əfəndiyev.

SAVAB (ID - 34770)

is. [ər.] İslam dininə görə pis deyil, yaxşı iş görmə (günah əksi). Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi....

SAVAD1 (ID - 34771)

is. [ər.] Yazıb-oxumağı bacarma; yazı-pozu. [Mozalanbəy:] Axı rusca savadım yoxdur. Ə.Haqverdiyev. Şagirdlərin savadı müxtəlif idi. Aramızda əsla savadı olmayanlar da var idi. T.Ş.Simurq. □ Savad almaq yazıb-oxumağı öyrənmək....

SAVAD2 (ID - 34772)

is. [ər.] xüs. Gümüşdən qayrılan şeylərin üzərinə salman qara rəngli naxış.

SAVADÇI (ID - 34773)

is. xüs. Savad ustası, gümüş şeylərə savad vuran, savadla bəzəmə ustası olan zərgər.

SAVADLAMA (ID - 34774)

“Savadlamaq”dan f.is.

SAVADLAMAQ (ID - 34775)

f Gümüş şeylərin üzərinə qara naxışlar vurmaq.

SAVADLANDIRILMA (ID - 34776)

“Savadlandırılmaq”dan f.is. Əhalinin savadlandırılması.

SAVADLANDIRILMAQ (ID - 34777)

məch. Yazıboxumaq öyrədilmək.

SAVADLANDIRMA (ID - 34778)

“Savadlandırmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed