Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

SIĞIŞMA (ID - 35630)

“Sığışmaq”dan f.is.

SIĞIŞMAQ (ID - 35631)

bax sığmaq. Geyib əsgər paltarını, silahlandı qəhrəman; Onun polad sinəsinə sığışmadı ürəyi. S.Vurğun.

SIĞMA (ID - 35632)

“Sığmaq”dan f.is.

SIĞMAQ (ID - 35633)

f . Yerləşmək, girə bilmək. [Məhəmmədcəfərin] portfeli o qədər dolmuşdu ki, qoltuğuna sığmayırdı. Qantəmir. Nəriman Ülfətin qucağına sığmırdı. Mir Cəlal. Nəbi pəncəsinə sığmayan bafanı yerə qoyub belini düzəltdiyi...

SIĞMAZ (ID - 35634)

f.sif. Bir araya sığışa bilməyən, bir araya sığışmaz, uyuşmaz. Ömür sürən bəxtiyar; Pozulmasın düz ilqar; Sığmaz bu dünyalara; Könlümdəki arzular. R.Rza.

SIĞORTA (ID - 35635)

is. Təbii fəlakət və bədbəxt hadisə nəticəsində zərər görmüş şəxsə və ya təşkilata xüsusi təşkilat tərəfindən müntəzəm olaraq pul vermək vasitəsilə zərərini ödəməkdən ibarət təminat vasitələrindən biri. Dövlət...

SIĞORTAÇI (ID - 35636)

is. Sığorta idarəsi işçisi.

SIĞORTALI (ID - 35637)

sif 1. Sığorta edilmiş.
2. məc. Əmniyyət altına alınmış; təminatlı.

SIX (ID - 35638)

sif. 1. Ağacları, budaqları, yarpaqları və s. bir-birinə çox yaxın, bitişik. Sıx meşə. Sıx kol. Sıx çəmən. - ..Dərələrində adamboyu qalxan sıx, ətirli otlar bitən bu yerləri körpəlikdən sevirdi. İ.Hüseynov.
Qalın, gur,...

SIXAC (ID - 35639)

is. Bir şeyi sıxmaq, sıxıb saxlamaq üçün alət, qurğu.

SIXCALAMA (ID - 35640)

“Sıxcalamaq”dan f.is.

SIXCALAMAQ (ID - 35641)

f 1. Sıxıb əzmək, basıb əzmək.
2. Sıxışdırmaq.

SIXICI (ID - 35642)

sif. 1. Sıxan, sıxmaq üçün olan. Sıxıcı alət.
2. məc. Darıxdırıcı, üzücü, cansıxıcı. Sıxıcı bir mühit. - [Qətibənin Qızıl Arslana məktubundan:] Buna görə də hökmdar məni bu sıxıcı məngənənin altından qurtarmalıdır....

SIXILMA (ID - 35643)

“Sıxılmaq”dan f.is. Suyun sıxılma dərəcəsi.

SIXILMAQ (ID - 35644)

f . 1. Təzyiq, sıxma və s. nəticəsində həcmcə kiçilmək, sıxlaşmaq. // Daralmaq, sıxlaşmaq, balacalaşmaq. ..Getdikcə izdiham çoxalır, Ayazın ətrafını almış halqa daha da sıxılırdı. Ə.Məmmədxanlı. Nəhayət .. üç yol...

SIXINTI (ID - 35645)

is. 1. Çətinlik, qısıntı, yoxsulluq, ehtiyac, korluq, güzəran ağırlığı. [Əmrah] başdan-ayağa sıxıntı, fəryadla yoğrulmuş bir həyatdan küsməkdə haqlı idi. M.Hüseyn. Durnanın uşaqlığı sıxıntı içərisində keçmişdi....

SIXINTILI (ID - 35646)

sif. Qüssəli, kədərli, ağır, üzüntülü, cansıxıcı. Gecə düşmüşdü. Bir neçə dəqiqə əvvəl sıxıntılı görünən otaq sanki istirahət saçmağa başladı. Çəmənzəminli. Ağır əzablar içində və olduqca sıxıntılı bir...

SIXIŞDIRILMA (ID - 35647)

“Sıxışdırılmaq”dan f.is.

SIXIŞDIRILMAQ (ID - 35648)

məch. Başqasının təzyiqinə, sıxıntısına məruz qalmaq; sıxışdırılıb aradan çıxarılmaq.

SIXIŞDIRMA (ID - 35649)

“Sıxışdırmaq”dan f.is.

SIXIŞDIRMAQ (ID - 35650)

f 1. Sıxmaq, sıxcalamaq. Kəndlilər bir-birini sıxışdıraraq aralığı açıb Firidunu qabağa buraxdılar. M.İbrahimov. Hümmətlə Yusif özünü yetirəndə Həmzə Şahmarı yaxalayıb, hesabdarın stoluna sıxışdırmışdı. B.Bayramov.
2....

SIXIŞMA (ID - 35651)

“Sıxışmaq”dan f.is.

SIXIŞMAQ (ID - 35652)

f . Yan-yana gəlib bir-birinin təzyiqi altında olmaq, bir-birini sıxmaq, sıxışdırmaq.

SIXLAŞDIRILMA (ID - 35653)

“Sıxlaşdırılmaq”dan f.is.

SIXLAŞDIRILMAQ (ID - 35654)

məch. Daha sıx edilmək, daha sıx hala gətirilmək, birləşdirilmək.

SIXLAŞDIRMA (ID - 35655)

“Sıxlaşdırmaq”dan f.is.

SIXLAŞDIRMAQ (ID - 35656)

f . Daha sıx etmək, sıx hala gətirmək, birləşdirmək, lap yaxınlaşdırmaq.

SIXLAŞMA (ID - 35657)

“Sıxlaşmaq”dan f.is.

SIXLAŞMAQ (ID - 35658)

f . 1. Getdikcə sıx olmaq, sıx hala gəlmək; kəsifləşmək, qatılaşmaq, qəlizləşmək. Göy üzündə... qara buludlar sıxlaşır, yavaş-yavaş yağış çisələyirdi. Ə.Vəliyev. Sıxlaşdı qaranlıq... gəldi çən, duman; Çəkildi...

SIXLIQ (ID - 35659)

is. Sıx şeyin halı; bir-birinə çox yaxın olma, bitişik olma. // Qalınlıq. Meşənin sıxlığı.

SIXMA (ID - 35660)

“Sıxmaq”dan f.is.
□□ Bir sıxma - bir atım, bir çimdik. Xatun qayıdıb içəriyə girdi, xörəyə baxıb bir balaca sıxma duz atdı. S.Rəhimov.

SIXMA-BOĞMA (ID - 35661)

is. Bir-birini sıxma, sıxışdırma, basabas. [Əliqulu:] Sonra yavaş-yavaş sıxma-boğma başlandı. S.Rəhman. Bu sonsuz sıxma-boğmaya daha nə qədər dözmək olar. İ.Hüseynov.
□□ Sıxma-boğmaya salmaq - çox sıxışdırmaq, çıxılmaz...

SIXMAQ (ID - 35662)

f . 1. Üstündən, ya yanlarından basmaq, təzyiq etmək. Qarpızı sıxıb yoxlamaq.
Kip birləşdirmək, bir-birinin üstünə bərk basmaq, qısmaq. Cavan müəllim.. susdu, dişlərini bir-birinə sıxdı, gözləri isə çox şeylər söyləyirdi....

SIX-SIX (ID - 35663)

zərf və sif 1. Çox sıx, bir-birinə çox yaxın, bitişik. Sıx-sıx kollar. Ağaclar sıxsıx əkilmişdir.
2. Tez-tez, hər addımda. Belə hallara sıxsıx təsadüf edilir.

SIXYARPAQ(LI) (ID - 35664)

sif. Yarpaqları sıx olan. Sıxyarpaqlı ağac.

SILDIRIM (ID - 35665)

sif. Çılpaq, dik və uca; yalçın. Sıldırım dağ. - [İskəndər bəy] sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan bina olunmuş ikimərtəbəli sarayında oturub hər tərəfə fərman göndərərdi. Ə.Haqverdiyev....

SILDIRIMLI (ID - 35666)

SIMSIQ, SIMSIRIQ (ID - 35667)

sımsığına dəymək bax damağına dəymək (“damaq” da).
[Xurşid:] Srağagün [Gülsabah] orada oturmuşdu, mən də .. çıxdım getdim. Bu [Gülsabahın] sımsığına dəyib. C.Cabbarlı. Sımsığını (sımsırığını) sallamaq - bax...

SINAQ (ID - 35668)

is. Sınama işi, imtahan. Söhbətin bu yerində mən sınaq üçün xalça üstündə oynayan qızı çağırdım. S.Rəhimov. [Əlikram:] Səlim, ..bilirsən ki, yaradıcılıq böyük sınaqlar tələb edir. B.Bayramov. □ Sınaqdan keçirmək -...

SINAQÇI (ID - 35669)

is. Aparatları, materialları və s.-ni sınaqdan keçirən mütəxəssis. Sınaqçı təyyarəçi. Sınaqçı şofer.

SINAQLI (ID - 35670)

sif. Təcrübəli, sınaqdan çıxmış. Vaqifin sınaqlı gözləri arvadına rast gələrək parladı. Çəmənzəminli. Səngərdən-səngərə verirlər xəbər; Seçirlər üç nəfər sınaqlı rəhbər. H.K.Sanılı.

SINAMA (ID - 35671)

“Sınamaq”dan f.is.

SINAMAQ (ID - 35672)

f Yoxlamaq, təcrübədən, sınaqdan keçirmək. [Əhməd:] Qızım, mənim nə oğlum var, nə də qızım, səni sınayırdım, xatircəm ol, Qəribini tapıb sənə yetirərəm. “Aşıq Qərib” . [Elxan yoldaşlarına:] Qardaşlar, taleyimizi...

SINAN(IL)MA (ID - 35673)

“Sınan(ıl)maq”dan f.is.

SINAN(IL)MAQ (ID - 35674)

məch. Sınaqdan keçirilmək (çıxarılmaq), yoxlanılmaq, təcrübədən keçirilmək. Adamlar təcrübədə sınanmalıdır. Ə.Əbülhəsən. Hüseyn yoldaşını qoyarmı darda; Sədaqət sınanıb vuruşmalarda. M.Rahim.

SINANMIŞ (ID - 35675)

SINAYICI (ID - 35676)

sif. Sınayan, bilmək istəyən, imtahanedici, sual ifadə edən. Mahmud.. ananın sınayıcı baxışlarının mənasını başa düşdü. Ə.Əbülhəsən. Polkovnik sınayıcı nəzərlə [kapitana] baxdı. S.Vəliyev.

SINDIRMA (ID - 35677)

“Sındırmaq”dan f.is.

SINDIRMAQ (ID - 35678)

f 1. Bərk bir şeyə vurmaqla, toxundurmaqla, yaxud yerə salmaqla parçalamaq, qırıb tökmək. Stəkanı yerə salıb sındırmaq. Su dolçasını sındırmaq. Güzgünü sındırmaq. - ..Birdən gülümü üzdüm, tacımı daşa vurdum, ..sındırdım....

SINIXMA (ID - 35679)

“Sınıxmaq”dan f.is.

Bu səhifə 156 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla