Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

SADƏLÖVHCƏSİNƏ (ID - 34279)

zərf Sadəlövh adam kimi; avamcasına, cahilcəsinə, sadədilliklə. Lalə qonşusunun sadəlövhcəsinə dediyi bu sözləri bəyənmədi. M.Hüseyn. Onun etirafına belə sadəlövhcəsinə [Sultanın] inandığını görən Qoşqar özünü gülməkdən...

SADƏLÖVHLÜK (ID - 34280)

bax sadədillik. ..Hətta millətin dərisini soyan adamlar da millətpərəstlikdən dəm vurub, millət belə gəldi, millət belə getdi deyirlər. Bunların söylədiklərinə inanmaq .. sadəlövhlük deyilmi? F.Köçərli. [Qədir] aldandığını,...

SADƏÜRƏKLİ (ID - 34281)

sif. Ürəyi sadə olan, hər şeyə, hər kəsə tez inanan; sadəlövh, sadədil. ..Müəllim on yaşında sadəürəkli və heç şeydən xəbəri olmayan bir uşağın sözünə inanmayaraq: - Səni qara basıb, - deyə cavab verdi. B.Talıblı. ..Dürdanəxanım...

SADİQ (ID - 34282)

sif. [ər.] Sədaqəti olan, sədaqətli, vəfalı. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. M.F.Axundzadə.

SADİQANƏ (ID - 34283)

zərf [ər. sadiq və fars. ...anə] Sədaqətlə, ürəkdən, sədaqətli bir dost, yoldaş kimi. Rövşən olan etila sabahı; Payına yetər bu qəm, bu möhnət; Yad et məni, sadiqanə yad et. A.Səhhət.

SADİQLİK (ID - 34284)

SADİR (ID - 34285)

SADİST (ID - 34286)

Sadizmə tutulmuş adam. Bilirsənmi, Fərman bəy müəllimləri atının quyruğuna bağlayıb sürütdürür. Onun vərdişi belədir... O, çoxdanın sadistidir. M.Hüseyn.

SADİZM (ID - 34287)

[XVIII əsr fransız yazıçısı de Sad-ın adından] 1. Öz ehtiraslarını təmin etmək üçün o biri şəxsə əziyyət vermək, onu incitməkdən ibarət cinsi pozğunluq.
məc. Başqasına, ya başqalarına işgəncə, əziyyət verməkdən,...

SAƏT (ID - 34288)

is. [ər.] bax saat. İraq olsun yaman gözdən, nə xoş saətdir ol saət. Füzuli. Vaqif ilə döndü bir saətimiz; Nə səbrimiz qaldı, nə taqətimiz. M.P.Vaqif.

SAF (ID - 34289)

sif. [ər.] 1. Tərkibi təmiz olan, heç bir qatışığı olmayan, xalis qatışıqsız. Saf qızıl. Saf inci. Saf metal. - Ələsgərin ağlın aldın sərindən; Saf gövhərsən, sərraf seçib dərindən. Aşıq Ələsgər. [Bəxtiyar:] Saf incidir...

SAF-ÇÜRÜK (ID - 34290)

saf-çürük eləmək - 1) bir şeyin safını çürüyündən ayırmaq. Meyvəni saf-çürük eləmək; 2) məc. seçmək, ayırmaq, özlüyündə qiymətləndirmək, yaxşını pisdən ayırmaq. Aşıq gözü sərraf olar, bircə dəfə baxmaqla adamları...

SAFDİL (ID - 34291)

[ər. saf və fars. dil] bax safürəkli. [Həsənqulu bəy:] ..İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin o safdil adamların ən böyüyüdür. U.Hacıbəyov. Otağın rahat və uyğunluğundan, qulluqçunun...

SAFDİLLİLİK (ID - 34292)

bax safürəklilik.

SAFQANLI (ID - 34293)

sif Qanı saf, təmiz; əsil, cins. Safqanlı minik atları.

SAFQANLILIQ (ID - 34294)

is. Qanı təmiz olma; əsillik, cinslilik.

SAFQƏLBLİ (ID - 34295)

safürəkli. [Yaşlı kişi:] Anamın mənimlə [Şirinnazm] arasında tərcümanlıq etməsi safqəlbli bir kəndli qadın olan Şərəf xalaya xoş gəlmədi. S.Hüseyn.

SAFQƏLBLİLİK (ID - 34296)

bax safürəklilik.

SAFLAMA (ID - 34297)

“Saflamaq”dan f.is.

SAFLAMAQ (ID - 34298)

f Tərkibini qatışıqlardan təmizləmək, safları çürüklərdən ayırmaq, safçürük eləmək.

SAFLAŞDIRICI (ID - 34299)

sif. Saflaşdırma üçün olan, təmizləyici. Saflaşdırıcı maşın, qurğu.

SAFLAŞDIRMA (ID - 34300)

“Saflaşdırmaq”dan f.is.

SAFLAŞDIRMAQ (ID - 34301)

f . 1. Qatışıqlardan təmizləyib saf hala salmaq.
məc. Sağlamlaşdırmaq, gümrah etmək. [Piri baba:] Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırır. S.S.Axundov.

SAFLAŞMA (ID - 34302)

“Saflaşmaq”dan f.is.

SAFLAŞMAQ (ID - 34303)

f . Qatışıqlardan təmizlənmək, saf hala gəlmək, təmizlənmək. // Durulmaq, şəffaflaşmaq.

SAFLIQ (ID - 34304)

is. 1. Saf olma, təmiz olma, qatışıqlardan təmizlənmiş, saf şeyin halı. Metalın saflığı. Qızılın saflığı. Toxumun saflığı. - Vaqifəm, çox əla bir gövhər idim; Saflıqda polada bərabər idim. M.P.Vaqif.
məc. Təmizlik, şəffaflıq,...

SAFÜRƏKLİ (ID - 34305)

sif. Ürəyi saf, təmiz olan; səmimi, təmizürəkli, açıqürəkli. Safürəkli adam. - [Qız:] Aydın çox mütaliə sevən, yoldaşlıqda möhkəm, safürəkli bir gəncdir. M.Hüseyn. Gülşənə elə gəlirdi ki, göy üzü bəzən ona görə...

SAFÜRƏKLİLİK (ID - 34306)

is. Səmimilik, ürəyiaçıqlıq, təmizürəklilik.

SAĞ1 (ID - 34307)

sif. 1. Diri, canlı, ölməmiş, salamat (ölü əksi). Atası hələ sağdır. Sağ qalsaq görərik. - Bəy xanımın əlini alıb .. dedi: - Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım! C.Məmmədquluzadə. [Sultan bəy:]...

SAĞ2 (ID - 34308)

sif. 1. Bədənin sol tərəfinin əksi olan hissəsində yerləşən. Sağ ayaq. Sağ göz. Usta .. sağ əlini qaldırıb, bir az havada fırladı. Çəmənzəminli. [Qızın] sağyanağındakı bir xal üzünə xüsusi bir gözəllik verirdi. Ə.Sadıq....

SAĞALDICI (ID - 34309)

sif. Sağaldan, şəfa verən, şəfaverici. Sağaldıcı dərman. Sağaldıcı amillər.

SAĞALMA (ID - 34310)

“Sağalmaq”dan f.is.

SAĞALMAQ (ID - 34311)

f Xəstəlikdən qurtarıb ayağa durmaq, yaxşılaşmaq, şəfa tapmaq, sağlamlığını qaytarmaq. O gündən ziyarət başlandı. Naxoş gəldi, sağaldı, getdi. Çolaq gəldi, ayaqlı getdi. Ə.Haqverdiyev. [Ana qızına:] Ağlama, gözünə qurban,...

SAĞALMAZ (ID - 34312)

f sif Heç zaman sağala bilməyən, sağaldıla bilməyən, əlacı, dərmanı olmayan. Dedi: anlatmışam mətləbi mərdə; Olunacaq çarə sağalmaz dərdə. H.K.Sanılı. Lakin son iki ildə [Gileygüzarov] sağalmaz bir xəstəliyə düçar olmuşdur....

SAĞALTMA (ID - 34313)

“Sağaltmaq”dan f.is.

SAĞALTMAQ (ID - 34314)

f . Müalicə vasitəsilə sağlamlığını bərpa etmək, ayağa qaldırmaq. Xəstəni sağaltmaq. - Rüstəm kişini əvvəlcə soyuqdəymədən müalicə edərək sağaltmışdılar. M.İbrahimov. // Məc. mənada. Hər nə qədər fikrü-xəyal...

SAĞANAQ (ID - 34315)

is. 1. Qaval, ələk, xəlbir və bu kimi dəyirmi şeylərə keçirilən çənbər; qasnaq. Dəf sağanağı. Xəlbir sağanağı. Təkər sağanağı. - [Vəzir:] Qəflətən [xəlbirin] sağanağının bir tərəfini basdıqda, o biri tərəfi qalxıb...

SAĞDIRMA (ID - 34316)

“Sağdırmaq”dan f.is.

SAĞDIRMAQ (ID - 34317)

icb. Sağmağa məcbur etmək, başqasına sağma işi gördürmək. İnəyi sağdırmaq. Keçini sağdırmaq.

SAĞDIŞ (ID - 34318)

is. Toy mərasimində: bəyin (oğlanın) və ya gəlinin sağ tərəfində oturan, yaxud onları müşayiət edən şəxs. Sonra sağdışlar [Şaqqulunu] aşağı endirib, saldılar gəlin otağına.. Çəmənzəminli. [Bəyin] yanına öz taytuşlarından...

SAĞDIŞLIQ (ID - 34319)

is. Sağdış vəzifəsi, sağdış işi. Toyda sağdışlıq etmək.

SAĞDIŞ-SOLDIŞ (ID - 34320)

is. Toy mərasimində: gəlinin və ya bəyin iki tərəfində oturanlar. Görüm, ay bəy, toyun mübarək olsun; Sağdışına-soldışına borc olsun. (El mahnısı). [Günəşin] göz yaşlarına baxmayaraq, gəlinlik paltarını geyindirib sağdış-soldış...

SAĞICI (ID - 34321)

is. İnəkləri sağan və onlara qulluq edən şəxs (əsasən qadın, qız). Onun təcrübəsini bütün sağıcılar arasında tətbiq edirdilər .. Ə.Vəliyev. Sağıcılar içində .. Reyhan xala da var idi. İ.Əfəndiyev.

SAĞICILIQ (ID - 34322)

is. Sağıcının işi, peşəsi. Fermada sağıcılıq etmək.

SAĞILMA (ID - 34323)

“Sağılmaq”dan f.is.

SAĞILMAQ (ID - 34324)

1. “Sağmaq”dan məch. Araz boyundakı şor qışlaqlarda; Doyunca nə qoyun, nə mal sağıldı. S.Vurğun. Sızmaq, yığılmaq, dolmaq. [Qarı:] ..Mürdəşir Səkinə nağıl eləyirdi ki, Güləndamın gicgahına qan sağılmışdı. Çəmənzəminli....

SAĞIM (ID - 34325)

is. 1. Sağmaq işi; sağma. Süd sağımı. Sağıma başlamaq.
Bir dəfədə, ya müəyyən müddət ərzində sağılan südün miqdarı. Sağım ildən-ilə artır.

SAĞIMLI (ID - 34326)

sif Çox süd verən, sağmal.

SAĞIN (ID - 34327)

is. 1. Bax sağım. Sabah idi, gün çıxıb xeyli qalxmışdı, mallar yavaş-yavaş sağına gəlirdilər. A.Divanbəyoğlu. Günorta çağında olurdu sağın; Yox idi miqdarı pendirin, yağın. H.K.Sanılı.
dan. Südverən heyvan, sağılan heyvan....

SAĞINÇI (ID - 34328)

bax sağıcı. [Əhməd:] Əntiqənin böyüyü-zadı yoxdur, iki il olar ki, atası yatalaqdan öldü, ..anası da ki sağınçıdı, yamaqçıdı. Mir Cəlal.

Bu səhifə 204 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<