Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

STİMULLAŞDIRMA (ID - 36481)

“Stimullaşdırmaqdan f.is.

STİMULLAŞDIRMAQ (ID - 36482)

f. Stimul yaratmaq, bir şeyin həyata keçməsini təzələşdirmək, gücləndirmək.

STİROL (ID - 36483)

is. Paltar yumaq üçün sabunqələvi tozu.

STOL (ID - 36484)

[rus.] 1. Miz, masa. Uzunsov stol. Girdə stol. Yazı stolu. Cərrahiyyə stolu. - Zirzəminin ortasında palıd taxtasından iri bir stol qoyulmuşdu. S.Rəhman. Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. İ.Əfəndiyev.
məc....

STOLBAZ (ID - 36485)

[rus. стол və fars. ...baz] bax vəzifəpərəst. [Dilşad:] Bu, Cahangir kimi stolbazların .. düzəltdikləri fitnədir. İ.Əfəndiyev.

STOLÜSTÜ (ID - 36486)

sif. 1. Stol üstünə qoyulmaq üçün düzəldilmiş, stol üstünə qoyulan, yaxud stol üçün uyğunlaşdırılmış. Stolüstü saat. Stolüstü oyunlar. Stolüstü tennis. - Hətəmov barmaqlarını stolüstü süfrəyə vuraraq düşünürdü....

STOMATOLOGİYA (ID - 36487)

[yun. stoma (stomatos) - ağız və loqos - elm] Tibbin ağız boşluğu, dişlər, çənə və onlara yaxın yerlərin xəstəliklərindən bəhs edən şöbəsi.

STOMATOLOJİ (ID - 36488)

sif. [yun.] Stomatologiya ilə bağlı olan, stomatologiyaya aid olan. Stomatoloji klinika. Stomatoloji tədqiqat.

STOMATOLOQ (ID - 36489)

[yun.] Stomatologiya mütəxəssisi.

STRATEGİYA (ID - 36490)

[yun. strategia - qoşun və ago - aparıram] 1. Geniş miqyasda hərbi əməliyyat, müharibə hazırlama və aparma sənəti. Strategiya və taktika. // Müharibə aparma elmi. Strategiya haqqında leksiya. Strategiya kursu. // Müharibə, hərbi...

STRATEJİ (ID - 36491)

sif. [yun.] 1. Strategiya ilə bağlı olan, strategiyaya aid, strategiya tələblərinə cavab verən, ümumi hərbi məqsədləri həyata keçirmək üçün əhəmiyyəti olan.
Hərbi əhəmiyyəti olan, müharibənin ümumi məqsədlərinin həyata...

STRATEQ (ID - 36492)

[yun. strategos] Mahir sərkərdə, strategiyanı yaxşı bilən şəxs. // məc. tənt. İctimai, siyasi mübarizəyə rəhbərlik etməkdə böyük məharəti olan şəxs.

STRATOSFER (ID - 36493)

[lat. stratum - döşəmə və yun. sphaira - kürə, şar] Atmosferin dəniz səthindən 9-11 km yüksəklikdə olan üst təbəqəsi.

STRATOSTAT (ID - 36494)

[lat.] Stratosferə qalxmaq üçün aerostat. Stratostat qalxır boş ənginlərə; Rənglərə boyanan xoş ənginlərə. N.Rəfibəyli.

STREPTOKOK (ID - 36495)

[yun. streptos - zəncir və kokkos - toxum] tib. İrinli iltihablar, qızılyel və s. xəstəliklər törədən, zəncir təşkil edən girdə bakteriya.

STREPTOSİD (ID - 36496)

[yun. streptos və lat. caedere - öldürmək] Streptokok xəstəliklərinin müalicəsində tətbiq edilən dərman. [İmanov] ..ağ və qırmızı streptosidi, kalseksi qayda ilə [Tahirə] içirdir, amma qızdırmanın düşmədiyini, əksinə, yavaş-yavaş...

STRESS (ID - 36497)

[ing. stress - gərginlik] Xarici və ya daxili mühitin mənfi qeyri-spesifik amillərinin təsirinə cavab olaraq canlı orqanizmdə əmələ gələn spesifik fizioloji reaksiya.

STRİXNİN (ID - 36498)

[yun. strychnos] Hindqozu tropik bitkisi toxumlarından alman, çox güclü zəhər (təbabətdə istifadə edilir). Strixnin rəngsiz, dördkünclü kristal olub suda və efirdə pis, spirt və benzolda isə asan həll olur. R.Əliyev.

STRUKTURALİST (ID - 36499)

Strukturalizm tərəfdarı.

STRUKTURALİZM (ID - 36500)

[lat. structura] Müasir dilçilik elmində dil vahidləri arasındakı daxili (struktur) əlaqələri dəqiq təsvir etmək üçün üsullar irəli sürən cərəyanlardan birinin adı.

STUDİYA (ID - 36501)

[ital.] 1. Rəssam və ya heykəltəraş emalatxanası.
Artist, rəssam, heykəltəraş hazırlayan məktəb (bu məktəbdə keçirilən dərslər yaradıcı məşğələlərlə birgə aparılır). İndi məktəbin səhnəsinə çıxıram, bu üzümüzə...

STUL (ID - 36502)

STÜARDESSA (ID - 36503)

[ing. stewardess] Təyyarədə sərnişinlərinə xidmət edən qadın.

SU (ID - 36504)

is. 1. Dənizləri, gölləri, çayları, bulaqları əmələ gətirən və hidrogenlə oksigenin kimyəvi birləşməsindən ibarət olan şəffaf rəngsiz maye. Yağış suyu. Çay suyu. İçməli su. - Stol üzərindəki qrafindən stəkana su töküb...

SUAXAN (ID - 36505)

is. Keçmişdə: çimmək üçün evlərin küncündə düzəldilən xüsusi yer. [Arvad] qazanda su qoyub qızdırdıqdan sonra Kəbleyini suaxanda yuyundurub yatırdır. H.Sarabski.

SUAL (ID - 36506)

is. [ər.] 1. Bir şey haqqında cavab, məlumat almaq üçün müraciət etmə, soruşma; sorğu. Sualla müraciət etmək. Suala cavab vermək. Suallar barədə fikirləşmək. - Gülsənəm arvadın sualındakı təəccüb nidası çox qüvvətli idi....

SUALBAZ (ID - 36507)

sif [ər. sual və fars. ...baz] Yerli-yersiz sual verməyi sevən adam; sualçı. Bu zaman həmən sualbaz Şirəliyə yaxınlaşdı. S.Rəhman.

SUAL-CAVAB (ID - 36508)

bax sorğu-sual. Sualcavab başlandı. Sual-cavab uzun çəkdi. Sualcavab zamanı. - Bu sual-cavabdan sonra tamam pərt olmuş “ovçu” çaşqın-çaşqın yanyörəsinə göz gəzdirdi. M.Rzaquluzadə. [Əliqulu:] Sual-cavabdansa, mənə bir əlac...

SUALÇI (ID - 36509)

bax sualbaz.

SUALEDİCİ (ID - 36510)

sif. Sual ifadə edən; suallı. Sualedici gözlər. Sualedici baxış. - Diqqətlə, sualedici nəzərlərlə Ulduzun gözlərinə baxan qoca qadının birdən dodaqları titrədi. Ə.Məmmədxanlı. ..Cəlal sualedici bir nəzərlə [ustaya] baxdı....

SUALLI (ID - 36511)

bax sualedici. Hacı Rəsul Tahirzadənin suallı baxışını görüb əllaməlik büruzə vermək istədi. Mir Cəlal.

SUALTI (ID - 36512)

sif. 1. Suyun altında olan, icra edilən, su səviyyəsindən aşağıda olan. Sualtı daşlar. Sualtı axtarışlar. - Ara-sıra sualtı vulkanlar da püskürürdü. M.Qaşqay. Maşinist barkası sualtı qayalardan qoruya-qoruya irəliləyirdi. M.Süleymanov....

SUAŞIRAN (ID - 36513)

is. tex. Artıq suyun axıb getməsi üçün bəndin divarlarında düzəldilən hidrotexniki qurğu, deşik, pəncərə, boru və s.

SUAŞIRI (ID - 36514)

is. Çayda suyun iti axdığı yer.

SUAYIRICI (ID - 36515)

is. coğr. Çay hövzələrini, yəni suların axımını iki əks istiqamətə ayıran təpə, xətt. Suayırıcıdan axan çaylar.

SUBASAN, SUBASAR (ID - 36516)

bax çaybasar. Subasan çəmən. - Qoy yamyaşıl məxmər geysin hər biçənək, hər zəmi; Körpə ceyran düzə gəlsin subasarı görəndə. S.Vurğun. Göz qaralan tarlaları pambıqlar örtsün bu yaz! Qoruqlarda, subasarda qalmasın bir yer boyaz!...

SUBAY (ID - 36517)

sif. Evlənməmiş. Subay oğlan. Subay qız.

SUBAYLIQ (ID - 36518)

is. Subay olma, əri və ya arvadı olmama, subay adamın vəziyyəti. Subaylıq sultanlıqdır. (Ata. sözü). [ilyas:] Əzizim, mən subaylıqda da xörəkdən, istirahətdən korluq çəkməmişəm. Mir Cəlal.

SUBAYSAYAĞI (ID - 36519)

sif. və zərf Subayda olduğu kimi, subay kimi. Subaysayağı süfrə. Subaysayağı yaşamaq.

SUBSTANSİYA (ID - 36520)

[lat. substantia] fəls. Bütün əşya və hadisələrin ilk əsası, mahiyyəti, məğzi.

SUBSTANTİVLƏŞMƏ (ID - 36521)

is. dilç. Digər nitq hissələrinin isim kateqoriyasına keçməsi; isimləşmə. Sifətin substantivləşməsi.

SUBSTANTİVLƏŞMƏK (ID - 36522)

f dilç. İsim kateqoriyasına keçmək; isimləşmək.

SUBTROPİK (ID - 36523)

sif. Subtropik sahəyə aid, subtropikdə olan. Subtropik iqlim. - Elə subtropik bitki yoxdur ki, Azərbaycanda yetişməsin. İ.Əfəndiyev.

SUBTROPİKLƏR (ID - 36524)

[lat. sub - alt və yun. tropikos] cəm Yer kürəsinin tropik qurşaqla mötədil qurşaq arasında aralıq vəziyyət tutan iki fiziki-coğrafi zona.

SUBURAXICI (ID - 36525)

is. tex. Suyu su anbarından su kəmərlərinə, suvarma və ya gəmiçilik kanallarına buraxmaq üçün qurğu.

SUBYEKT (ID - 36526)

is. [lat. subjectum] 1. fəls. Xarici aləmi (obyekti) dərk edən və öz əməli fəaliyyətində, işində ona təsir edən şəxs.
// Şəxs, şəxsiyyət, adam. O subyekt kimdir? Bu subyekt mənə tanış gəlir.
hüq. Müəyyən hüquq və...

SUBYEKTİV (ID - 36527)

sif. [lat.] Subyektə, şəxsə, şəxsiyyətə aid olan, onunla bağlı olan, ondan asılı olan. Subyektiv səbəblər. Tarixdə subyektiv amil. işin subyektiv tərəfi. // Tək bir şəxsə (subyektə) aid olan, xas olan, ancaq onun fikirlərini,...

SUBYEKTİVİST (ID - 36528)

is. Subyektivizm (1-ci mənada) tərəfdarı.

SUBYEKTİVİZM (ID - 36529)

[lat.] 1. Maddi aləmin obyektiv varlığını inkar edən idealist fəlsəfi cərəyan.
Burjua sosiologiyasında: cəmiyyətin inkişafının obyektiv qanunlara əsasən deyil, guya subyektiv amillərə, yəni ayrı-ayrı şəxslərin iradəsinə,...

SUBYEKTİVLİK (ID - 36530)

is. 1. Ancaq bir subyektə, şəxsə, fərdə aid olma; şəxsi, fərdi. Görüşlərin subyektivliyi.
2. Bir şeyə həddən artıq subyektiv münasibət, qeyri-obyektivlik. Məsələnin həllində subyektivlik göstərmək.

Bu səhifə 123 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla