İzahlı lüğət

SAXTA

sif [fars.] 1. Əsli olmayan, uydurma, yalan, oxşadılaraq qayrılmış və ya yazılmış; qəlp. Saxta vəkalətnamə. Saxta etibarnamə. - Dəstədə olan adamların biri Mirqasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə. [Mahmud bəy:] Siz mənə heç inanmayırsınız. Hesabınızda saxta qəbzlər tapıblar. N.Vəzirov.
məc. Süni, yapma, yalan, qeyri-səmimi. Saxta gülüş. Saxta söz. Saxta məğrurluq. - Biz içəri girən kimi Sərdar Rəşid saxta təbəssüm və süni bir məhəbbətlə bizi qarşıladı. M.S.Ordubadi. Bir neçə bənddən sonra sanki [Iminin] üzündəki saxta ciddiyyət niqabını çıxarıb atdılar. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

SOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed