1
İzahlı lüğət - S hərfi ilə başlayanlar - H. 48
ZE+education
kitab_satishi+

İzahlı lüğət

SUCUQ (ID - 36531)

is. 1. İçərisinə fındıq, qoz, şabalıd və s. doldurulmuş kolbasa şəkilli şirniyyat növü. içində şabalıd, fındıqla üzüm; Qozlu sucuqlardan beş-altı düzüm. H.K.Sanılı.
2. Bax tərək.

SUÇ (ID - 36532)

is. köhn. Günah, təqsir. [Xəyyam:] içsə o, bir suçmu bizim içməmiz; Qorxusu yox, sən də gəl iç, ey əziz. H.Cavid.

SUÇƏKƏN (ID - 36533)

is. Suyu canına çəkən, hopduran kağız. // Suçəkən (suqurudan) kağız bax suçəkən.

SUÇİÇƏYİ (ID - 36534)

is. tib. Yoluxucu uşaq xəstəliyi.

SUÇİLƏYƏN (ID - 36535)

bax susəpən. ..Mehtərəlində xəlbir, üzü samanlı; birinin əlində süpürgə, suçiləyən və Gülpəri də gəlirlər. U.Hacıbəyov.

SUÇLU (ID - 36536)

sif. köhn. Təqsiri, günahı olan; müqəssir.

SUÇU (ID - 36537)

is. 1. Keçmişdə dalında və ya başqa bir vasitə ilə su daşıyıb əhaliyə satan adam. Küçələrdə arabaçılar, suçular və qeyri qəsəbə əhli o yan-bu yana yeriməkdə idi. S.M.Qənizadə. Ucqarlara suçular su daşıyırdılar. Şaiq.
2....

SUDAŞIYAN (ID - 36538)

is. 1. Bax suçu 1-ci mənada.
2. İçmək, sulamaq, işlətmək və s. üçün su aparan, su daşıyan maşın və s.

SUDUR (ID - 36539)

bax suluq 1 -ci mənada. Ayaqlarının altı yəqin sudur olmuşdur. M.Hüseyn.

SUDURLAMA (ID - 36540)

“Sudurlamaq”dan f.is.

SUDURLAMAQ (ID - 36541)

f Sudur əmələ gəlmək, suluqlamaq.

SUF, SUFBALIĞI (ID - 36542)

is. zool. Xanı balığı fəsiləsindən qiymətli bir balıq.

SUFƏRƏSİ (ID - 36543)

bax cüllüt.

SUFİ (ID - 36544)

is. [ər.] 1. Təsəvvüflə məşğul olan adam; mistik.
2. Dindən, dini göstərişlərdən əsla kənara çıxmayan adam; zahid.

SUFLYOR (ID - 36545)

[fr. souffleur] Artistlərə suflyorluq edən teatr işçisi. [Oqtay:] Xaspolad, haydı, sən də get, suflyordan kitabı al, sözlərinə bax. C.Cabbarlı. Belə bir qənaət var ki, artist mütləqa suflyor altında getməlidir. S.Rəhman.

SUFLYORLUQ (ID - 36546)

is. Tamaşa zamanı aktyorlara rolların sözlərini yavaşcadan söyləmə. □ Suflyorluq etmək - tamaşa zamanı aktyorlara rollarının sözlərini demək.

SUGÜLÜ (ID - 36547)

is. bot. Sulaq yerlərdə bitən, bəzi hallarda çiçək açan bitki.

SUXARI (ID - 36548)

[rus. сухари] Qurudulmuş çörək tikəsi. Çörəyi suxarı eləmək. Suxarı qurutmaq. // Quru peçenye növü. Uşaqlar dinməzsöyləməz, xırpa-xırpla suxarı çeynəməyə başladılar. Ə.Əbülhəsən.

SUİ-İSTİFADƏ (ID - 36549)

[ər.]: sui-istifadə etmək - bir şeyin və ya bir adamın zərərinə işləmək. Vəzifəsindən sui-istifadə etmək. Özünə olan etimaddan sui-istifadə etmək. - [Məmmədxanla Yusifəli] ..bəzən uşaqları iki yerə bölüb, hərəsi dəstənin...

SUİ-QƏSD (ID - 36550)

is. [ər.] Birinin canına qəsd etmək, birini öldürmək və ya yaralamaq qəsdində olma. Rənaya qarşı düzəldilən sui-qəsd Nizamini hər şeydən çox düşündürürdü. M.S.Ordubadi.

SUİ-QƏSDÇİ (ID - 36551)

is. Sui-qəsd edən, sui-qəsd hazırlayan. Vəsiqələrdən ən əhəmiyyətlisi suiqəsdçilərin ingilis konsuluna yazdığı məktub idi. M.S.Ordubadi. [Yazgül Şeydaya:] Kimdir sui-qəsdçi? Ə.Məmmədxanlı.

SUİLANI (ID - 36552)

is. zool. Bəzi zəhərsiz ilanların adı. [Lətifə:] Bir də onu gördüm ki, bax, bu qolum yoğunluqda suilanı qılçama dolanıb, məni dartışdırır. M.Hüseyn.

SUİTİ (ID - 36553)

is. zool. Pərayaqlılar dəstəsindən dəniz heyvanı. Yeraltı gözə-gözə dəlmələrdə suitiləri yaşayır, balalayır, törəyir və artırdı. S.Rəhimov. Orada-burada dənizdə baş qaldıran suitiləri qayığın yaxınlaşdığını gördükcə...

SUKEÇİRMƏYƏN, SUKEÇMƏZ (ID - 36554)

sif. Suyu özündən keçirməyən, su keçməyən, suyu buraxmayan. Sukeçirməyən lay. Sukeçirməyən parça. Sukeçirməyən plaş.

SUKƏSƏN (ID - 36555)

bax suyaran.

SUQAMIŞI (ID - 36556)

is. bot. Sulaq yerlərdə bitən, yarpaqlarından ip, kağız, səbət və s. hazırlanan, gövdəsi bəzi mal-qara üçün qiymətli yem sayılan ot bitkisi.

SUQARANQUŞU (ID - 36557)

is. zool. Qağayılar fəsiləsindən su quşu.

SUQOZU (ID - 36558)

is. bot. Suda bitən ot bitkisi.

SUQUZĞUNU (ID - 36559)

is. zool. İribaşlı, əlvantüklü, uzundimdikli su quşu.

SULAQ (ID - 36560)

is. Durğun su, bataqlıq, bataq yer. // Suyun yığıldığı yer, gölməçə.

SULAMA (ID - 36561)

“Sulamaq”dan f.is.

SULAMAQ (ID - 36562)

f 1. Sərinlik üçün su tökmək, su axıtmaq, su çiləmək, su səpmək. Küçəni sulamaq. Meydançanı sulamaq. - Hüseynəli əmi həyəti sulamaqda idi. M.S.Ordubadi. [Cəlil] dükanın qabağını süpürüb sulayardı. İ.Musabəyov. // Məc....

SULANDIRMA (ID - 36563)

“Sulandırmaq”dan f.is.

SULANDIRMAQ (ID - 36564)

ağzını sulandırmaq bax ağız1.

SULANMA (ID - 36565)

“Sulanmaq”dan f.is.

SULANMAQ (ID - 36566)

f . 1. Bax suvarılmaq. Əkin sahələri sulanıb. - Bağçanın ortasında yenə də dördkünc bir çarhovuz vardı, ..bu hovuzdan bağça sulanırdı. Ə.Əbülhəsən. Ancaq əkilən ağacların bir qismi Mingəçevirin yandırıcı hərarətinə...

SULAŞMA (ID - 36567)

“Sulaşmaq”dan f.is.

SULAŞMAQ (ID - 36568)

f . 1. qarş. Bir-birinə su atmaq. [Uşaqlar] bir-birilə ötüşərək, hay salıb gah üzür, gah batıb yox olur, birdən baş qaldırıb ikiəlli sulaşırdılar. Mir Cəlal. Bir ara dəhlizdən otağa, otaqdan mətbəxə qaça-qaça bu üç xoşbəxt...

SULEYLƏYİ (ID - 36569)

is. zool. Ayağıpərdəlilər sinfindən suda yaşayan bir quş.

SULFAT (ID - 36570)

[lat. sulfur - kükürd] kim. Kükürd turşusunun duzu.

SULFAZOL (ID - 36571)

[xar.] Kokklarm törətdiyi xəstəliklərin müalicəsində işlədilən dərman preparatı.

SULFİDİN (ID - 36572)

[lat. sulfur - kükürd] Kokklarm törətdiyi xəstəliklərin müalicəsində tətbiq edilən dərman preparatı.

SULFİT (ID - 36573)

[lat. sulfur - kükürd] kim. Sulfit turşusunun duzu. Sulfit natrium.

SULU (ID - 36574)

sif 1. Tərkibində suyu, şirəsi çox olan; şirəli. Sulu gilənar. Sulu üzüm. - Ağaclar gümrahdır, meyvələr sulu; Nə yarpaq, nə də bir ot saralmışdır. S.Vurğun. // Tərkibində su olan. Sulu karbon. Sulu mineral turşular. Sulu neft.
İslaq,...

SULUF (ID - 36575)

SULUQ (ID - 36576)

is. 1. İçi maye ilə dolu qabarcıq; qabartı, uçuq. [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev. [Sitarənin] əllərinin içi qabar-qabar olmuşdu. Bir yerdən isə suluq atmışdı. Ə.Abbasquliyev.
2....

SULUQLAMA (ID - 36577)

“Suluqlamaq”dan f.is.

SULUQLAMAQ (ID - 36578)

f . Suluq əmələ gəlmək, qabarlamaq. ..Üç qardaşın üçünün də əli üç dəfə qabar qoyub suluqladı. S.Rəhimov. [Səməndər] əlləri suluqlayana qədər günbəzin bünövrəsinə külüng çaldı. B.Bayramov.

SULUQLANMA (ID - 36579)

“Suluqlanmaq”dan f.is.

SULUQLANMAQ (ID - 36580)

f . Suluq bağlamaq, suluqlar əmələ gəlmək, qabar olmaq. Dar çəkmədən ayağı suluqlanıb.

Bu səhifə 209 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif