Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

SİZCƏ (ID - 36081)

əvəz. Sizin fikrinizcə. Sizcə yağacaq? Sizcə yarışda kim qalib gələcək? // Müsahibin fikrincə, istəyinə, arzusuna uyğun. Qoy sizcə olsun.

SİZİNKİ (ID - 36082)

əvəz. 1. Sizə məxsus olan, sizə aid olan. O kitablar sizinkidir. - Şirvanın şirin narı; Dadlıdır şirin narı; Sizinki sizin olsun; Göndərin bizim yarı. (Bayatı).
2. İs. mənasında, adətən cəm şəklində: sizinkilər - sizə yaxın...

SİZLİ-BİZLİ (ID - 36083)

əvəz. Siz və biz birlikdə, həm siz, həm biz, hamımız bir yerdə. Sizlibizli bu işi düzəldək. - [Əjdər müəllim:] Mən deyirəm, elə olsun, hərtərəfli, sizli-bizli bu balaca Cəmişə kömək edək. S.Rəhimov.

SKAFANDR (ID - 36084)

is. [fr.] 1. Dalğıc geyimi. Stratonavt geyimi.
Kosmos uçuşları üçün geyim.

SKAMYA (ID - 36085)

[rus.] Üstündə oturmaq üçün
dayaqlar üzərində düzəldilmiş söykənəcəkli kürsü. Bir ağacın altında skamyanın üstünə; Qəzet salıb oturmuş bir gözəl sarışın qız. S.Rüstəm. ..Fəridə Zərifə ilə bulvarda, skamyada...

SKARLATİN (ID - 36086)

[ital. scarlattina - qıpqırmızı] tib. Boğazda ağrı və bədəndə qırmızı səpgilər şəklində təzahür edən, əksəriyyətlə uşaqları tutan çox yoluxucu xəstəlik.

SKELET (ID - 36087)

[yun. skeleton - qurumuş bədən]
İnsan və onurğalı heyvan bədəninin əsasını, gövdəsini təşkil edən sümüklərin hamısı bir yerdə. insan skeleti. Quş skeleti. At skeleti. // məc. Müqayisələrdə - quru cəsəd, bir dəri, bir...

SKEPTİK (ID - 36088)

is. [yun.] 1. Skeptisizm tərəfdarı.
2. Hər şeydən şübhələnən adam, hər şeyə şübhə ilə baxan adam; şəkkak.

SKEPTİSİZM (ID - 36089)

[yun. skepsis - baxma]
Obyektiv varlığın insan tərəfindən gerçək dərk edilə bilməsini inkar edən idealist fəlsəfi cərəyan. Qədim yunan fəlsəfi cərəyanlarından biri skeptisizmdir.
Hər şeyə tənqidlə, şübhə ilə baxma,...

SKETÇ (ID - 36090)

is. [ing.] Estrada üçün yazılmış kiçik məzhəkə.

SKİFLƏR (ID - 36091)

Eramızdan əvvəl VII əsrdən eramızın III əsrinə qədər Qara dənizin şimalında yaşamış müxtəlif köçəri xalqların ümumi adı.

SKİPİDAR (ID - 36092)

[rus.] İynəyarpaqlı ağacların qatranından hasil edilən kəskin iyli, rəngsiz və sarımtıl rəngli maye maddə (təbabətdə, lak-boya emalında işlənir).

SKLERA (ID - 36093)

is. [yun.] Göz almasının qeyrişəffaf xarici qişası.

SKLERİT (ID - 36094)

is. Göz ağı qişasının iltihabı.

SKLEROZ (ID - 36095)

[yun. skleros - bərk] Bədənin müxtəlif orqanlarında bu və ya digər spesifik elementin azalması və onu birləşdirici sərt toxuma əvəz etməsi nəticəsində təzahür edən xəstəlik prosesi. Ürək sklerozu. Beyin damarları sklerozu.

SKLEROZLU (ID - 36096)

sif Sklerozu olan.

SKRİPKA (ID - 36097)

[rus.] Diapazon cəhətcə ən yüksək olan, yayla çalman dördsimli musiqi aləti. Daşıdığı adından bəlli olduğu kimi, simli orkestrin tərkibi yalnız simli musiqi alətlərindən (skripka, alt, violonçel və kontrabas) ibarətdir. Ə.Bədəlbəyli....

SKRİPKAÇALAN, SKRİPKAÇI (ID - 36098)

is. Skripkada çalan musiqiçi.

SKÜMBRİYA (ID - 36099)

is. [yun.] Dəniz balığı.

SKÜTER (ID - 36100)

is. [ing.] Daxiliyanma mühərriki ilə işləyən bir yerli idman qayığı.

SLALOM (ID - 36101)

is. [norveç.] Dağ-xizək idmanında qarlı dağ enişində bayraqlarla göstərilmiş “qapılardan” keçməklə dolanbac yolun qət edilməsi.

SLAVYANİZM (ID - 36102)

is. dilç. 1. Hər hansı bir slavyan dilindən qeyri-slavyan dilinə keçmiş söz və ya ifadə.
2. Qədim slavyan dilindən rus dilinə keçmiş söz və ya ifadə.

SLAVYANLAR (ID - 36103)

cəm Avropada yaşayan, dil və mədəniyyətcə bir-birinə yaxın böyük xalqlar qrupu. Slavyanlar üç qola bölünür: şərqi slavyanlar (ruslar, ukraynalılar, beloruslar), qərbi slavyanlar (polyaklar, çexlər, slovaklar, lujiçanlar), cənubi...

SLAVYANLAŞDIRMA (ID - 36104)

“Slavyanlaşdırmaq”danfis.

SLAVYANLAŞDIRMAQ (ID - 36105)

f Dil, adət cəhətdən slavyan etmək; slavyan xarakteri, şəkli vermək.

SLAVYANLAŞMA (ID - 36106)

“Slavyanlaşmaq”dan f.is.

SLAVYANLAŞMAQ (ID - 36107)

f Dil və adət və s. cəhətdən slavyan olmaq.

SLAVYANLAŞMIŞ (ID - 36108)

f .sif. Dil, adət və s. cəhətdən slavyan olmuş.

SLAVYANŞÜNAS (ID - 36109)

is. Slavyanşünaslıq mütəxəssisi.

SLAVYANŞÜNASLIQ (ID - 36110)

is. Slavyan dillərini, ədəbiyyatını, mədəniyyətini, tarixini, onların adətlərini tədqiq edən elmlərin məcmusu.

SLAYD (ID - 36111)

is. [ing.] Proyeksiya fanarı vasitəsilə göstərilmək üçün şüşə və s. üzərinə salınan şəkil.

SLƏNQ (ID - 36112)

is. [ing.] Jarqon.

SLOVAKCA (ID - 36113)

sif. və zərf Slovak dilində. Slovakca əsər. Slovakca danışmaq.

SLOVAKLAR (ID - 36114)

cəm Çexoslovakiya Respublikasının tərkibinə daxil olan Slovakiyanın əsas əhalisini təşkil edən qərbi slavyan xalqı.

SLOVENCƏ (ID - 36115)

sif. və zərf Sloven dilində. Slovencə danışmaq.

SLOVENLƏR (ID - 36116)

cəm Yuqoslaviyanın tərkibinə daxil olan Sloveniyanın əsas əhalisini təşkil edən cənubi slavyan xalqı.

SMETA (ID - 36117)

is. Nəzərdə tutulan çıxar və gəlirin hesablanması; bir şeyin təxmini hesablanması. Smeta tutmaq. - Tikintinin layihə və smetası dövlət tərəfindən təsdiq edilmişdir. M.Rzaquluzadə. [Mirzə Salman:] Yox, qızım, sənin maliyyə işlərində...

SMETAN (ID - 36118)

[rus. CMeTarn] bax xama. Vera smetanı təzəcə soyumuş isti kartofun üstünə töküb qaşıqla əzir və yeyirdi. M.S.Ordubadi.

SNAYPER (ID - 36119)

SOBA (ID - 36120)

is. Mənzili qızdırmaq, üstündə xörək bişirmək üçün damdan hörülmüş və ya metaldan qayrılmış qurğu; peç. Hollandiya sobası. Rus sobası. Kafelli soba. - [Müəllim] sobasını yenidən qalayıb, yatağına uzanmışdı. S.Hüseyn....

SODA (ID - 36121)

1. Texnikada, təbabətdə və məişətdə geniş işlənən bəzi natrium duzları karbohidratlarının adı.
2. Təbabətdə və aşpazlıqda işlədilən ağ toz şəklində natrium-bikarbonat.

SOFA (ID - 36122)

[fr. sofa, əsli ər.] Alçaq qoltuğu və söykənəcəyi olan yumşaq divan.

SOFİ (ID - 36123)

is. [ər., əsli yun.] 1. Təsəvvüfə mənsub adam, təsəvvüflə məşğul olan adam (bax təsəvvüf). // Dini ehkamlardan əsla kənara çıxmayan adam; zahid, dindar (müsəlman).
2. məc. İkiüzlü, riyakar.

SOFİLİK (ID - 36124)

is. Dindarlıq, zahidlik.

SOFİST (ID - 36125)

[yun. sophistes] 1. Eramızdan əvvəl V-IV əsrlərdə: əsas diqqəti etika, siyasət, idrak nəzəriyyəsi məsələlərinə verən və öz fikirlərini məntiqi dəlillərlə sübut etməkdə ad qazanmış fəlsəfi məktəbin nümayəndəsi olan...

SOFİSTİKA (ID - 36126)

1. Sofıstlərin nəzəriyyəsi (bax sofist 1-ci mənada). 2. kit. Sofizmlərə əsaslanan mühakimələr, dəlillər, sübutlar; adamı yanılda biləcək sözlər; boş və əsassız sözlər; səfsətə.

SOFİZM (ID - 36127)

[yun. sophisma] Məntiqcə (zahirən) düzgün görünə bilən, həqiqətdə isə düzgün olmayıb qəsdən adamı yanılda bilən hökm, iddia; səfsətə.

SOFU (ID - 36128)

is. [ər.] Hər şeydən iyrənən, şübhələnən, çəkinən; vasvası adam.

SOĞAN (ID - 36129)

is. Bostan bitkisi və bu bitkinin lüləşəkilli yeməli yarpaqları və qat-qat qabıqlardan ibarət kökü. Baş soğan. - Soğan da meyvə cərgəsinə keçdi. (Məsəl). Bir dəqiqə əvvəl soyulmuş soğanın acısından [Xavəmisənin] gözləri...

SOĞANAQ (ID - 36130)

is. bot. 1. Bəzi bitkilərin gövdələrinin qalınlaşmış, çox vaxt yumrulaşmış hissəsi. Lalə soğanağı. Zanbağın soğanağı.

Bu səhifə 148 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla