İzahlı lüğət

SƏSƏQOYMA (ID - 35530)

is. Bir məsələnin, ya bir namizədin məqbul olub-olmadığını səsvermə yolu ilə müəyyən etmə. Səsəqoymanın nəticəsi.

SƏSKEÇİRMƏYƏN (ID - 35531)

sif. Səsi buraxmayan, keçməyə qoymayan, səslərdən təcrid olunan. Səskeçirməyən kamera. Səskeçirməyən material.

SƏS-KÜY (ID - 35532)

is. Qışqırıq, qalmaqal, hay-küy, dava-dalaş səsi, qarışıq, bərk səs. Camaat hamısı dolur içəri, səs-küy düşür. U.Hacıbəyov. Səs-küy artdı, ara qarışdı, üstü içki və yeməklə dolu stollar çevrilib alt-üst oldu. S.Vəliyev....

SƏS-KÜYLÜ (ID - 35533)

sif. Çox səs olan, gurultulu, gurultusu çox olan; qələbəlik. Səs-küylü yer. Səs-küylü bazar. Səs-küylü məclis.

SƏSLƏMƏ (ID - 35534)

“Səsləmək”dən f.is.

SƏSLƏMƏK (ID - 35535)

f Çağırmaq, haraylamaq. Uşağı səslə, gəlsin. Qonşunu səsləmək. - Bahadır çox sağ ol, - deyib Novruzu səslədi. N.Nərimanov. ..Eldar boylanıb onları tanıdı və səslədi. M.Rzaquluzadə. Yamyaşıl zəmilər, gömgöy meşələr;...

SƏSLƏNDİRMƏ (ID - 35536)

“Səsləndirmək”dən f.is.

SƏSLƏNDİRMƏK (ID - 35537)

f . Hər hansı bir musiqi alətini, yaxud zəngi və s.-ni çalmaq, səsini çıxartmaq. Tarı səsləndirmək. Sazı səsləndirmək. - Sən də alıb ələ bir qızıl rübab; incə tellərini səsləndir, a qız! M.Müşfiq. Hümmət sükut içində...

SƏSLƏNMƏ (ID - 35538)

“Səslənmək”dən f.is. Əhməd öz işlərinin musiqi dilinə köçürülməsini, bütün hava dalğalarında səslənməsini istəyirdi. S.Rəhimov.

SƏSLƏNMƏK (ID - 35539)

f . 1. Səs çıxartmaq. Budaqlar tərpəndi, ağaclar səsləndi. Mir Cəlal. Ağaclar başında səslənir külək; Yarpaqlar uzaqdan yelpiklənərək. B.Vahabzadə. // Səsi çıxmaq, səsi eşidilmək. Qonşu otaqdan zəng səsləndi, Firuzənin...

SƏSLƏŞMƏ (ID - 35540)

“Səsləşmək”dən f.is. Arabir kənd qaydası səsləşmə yolu ilə də komanda verilirdi. P.Makulu.

SƏSLƏŞMƏK (ID - 35541)

1. qarş. Bir-birini səsləmək. Qızlar bir-biri ilə səsləşdilər. - Hər evdən şən bir gənc səsi eşidilirdi. Səsləşdik. Çəmənzəminli. // Səs-səsə vermək, səslərini çıxarmaq (çoxları haqqında). Zərnişanın eyvanın yarısı...

SƏSLİ, SƏSLİ-KÜYLÜ (ID - 35542)

bax səs-küylü.

SƏS-SƏDA (ID - 35543)

bax səs 1-ci mənada. ..[Gecə yarısı] səs-səda kəsilir. M.S.Ordubadi. Közün üstünə düzülmüş göbələklərin cızıltısından özgə səs-səda eşidilmədi. B.Bayramov.

SƏS-SƏMİR (ID - 35544)

is. 1. Bax səs 1-ci mənada. Sonra səs-səmir kəsilib, kənd dərin bir sükuta qərq oldu. Çəmənzəminli.
Xəbər, soraq, məlumat; söz-söhbət. Əcnəbidən daha səs-səmir yox idi. S.M.Qənizadə.

SƏS-SƏMİRSİZ (ID - 35545)

sif. və zərf Səs-siz, küysüz, səs çıxarmadan, sakitcə. [Yaşar] səssəmirsiz geyinib bayıra çıxdı. M.Rzaquluzadə. [Bəy öz-özünə:] Bəxt belə səs-səmirsiz açılır da. Mir Cəlal.

SƏSSİZ (ID - 35546)

sif. və zərf 1. Səs çıxarmayan, səs çıxarmadan, asta(dan), yavaş(dan). Lakin [Nuriyyənin] balaca qəlbi səssiz, lal nəğmələr oxuyaraq məchul bir ümidlə yaşadı. I.Əfəndiyev. O səssiz nəğmələri; Suların qucağından; Qopara bilsin...

SƏSSİZCƏ (ID - 35547)

zərf Səssiz, səssiz-səmirsiz, sakitcə. Səssizcə oturmaq.

SƏSSİZLİK (ID - 35548)

is. Heç bir səs olmadığı hal; tam sakitlik, sükut.

SƏSSİZ-SƏMİRSİZ (ID - 35549)

sif və zərf Tamam səssiz, sakit, tam sükut içində. Səssiz-səmirsiz gecələr. Səssiz-səmirsiz kənd. Səssiz-səmirsiz oturmaq. - Avqust.. səssiz-səmirsiz otaqdan çıxıb yavaşca qapını örtdü. S.Vəliyev. [Şair:] Böyük məhəbbət...

SƏSTUTAN (ID - 35550)

is. xüs. Təyyarənin, sualtı qayığın və s.-nin səsini tutmaq üçün cihaz. // Sif. mənasında. Səstutan aparat.

SƏSVERMƏ (ID - 35551)

is. Seçki zamanı və ya bir işi, məsələni kollektiv surətdə həll etdikdə öz səsini vermə, səs vermək vasitəsilə rəyini bildirmə; səs vermək vasitəsilə seçmə və ya bir məsələni həll etmə. Səsvermədə iştirak etmək. Səsvermənin...

SƏSYAZAN (ID - 35552)

is. xüs. Danışıq səsini, musiqini lentə, lövhəciyə və s.-yə yazmaq üçün xüsusi cihaz. // Sif. mənasında. Səsyazan cihaz.

SƏTƏLCƏM (ID - 35553)

is. [ər.] Bərk soyuqdəymə nəticəsində ağ ciyərdə əmələ gələn iltihab xəstəlik. Hacı Nəsir.. arvadının üstünə müalicə üçün bir neçə məşhur həkim gətirdisə də, sətəlcəm azarından sağalda bilmədi. S.S.Axundov. [Həkim...

SƏTH (ID - 35554)

is. [ər.] 1. Bir şeyin xarici tərəfi, üst tərəfi, üz tərəfi. Yer kürəsinin səthi. Taxtanın səthi.
2. Səviyyə. Pəncərənin yarısı küçənin səthindən aşağı olduğu üçün bütün zibilləri yel daşıyıb, buraya toplardı....

SƏTHİ (ID - 35555)

sif. və zərf [ər.] 1. Səthə aid olan.
2. məc. Dərin olmayan, dayaz, çox məhdud, qeyri-ciddi. Hadisələrə səthi münasibət. Səthi mühakimələr. - [Böyük oğlu] bisavad idi, səthi düşünürdü. Qantəmir. Vəlinin adamlar haqqındakı...

SƏTHİLƏŞDİRİLMƏ (ID - 35556)

“Səthiləşdirilmək”dən f.is.

SƏTHİLƏŞDİRİLMƏK (ID - 35557)

məch. Səthi (2-ci mənada) hala salınmaq, bəsitləşdirilmək, sadələşdirilmək, bayağılaşdırılmaq.

SƏTHİLƏŞDİRMƏ (ID - 35558)

“Səthiləşdirmək”dən f.is.

SƏTHİLƏŞDİRMƏK (ID - 35559)

f . Səthi (2-ci mənada) hala salmaq, səthi etmək; bəsitləşdirmək, bayağılaşdırmaq. Bizcə, bu həm Kosaoğlunun təbiətinə ziddir, həm də surəti səthiləşdirir. M.İbrahimov.

SƏTİR (ID - 35560)

SƏTİRALTI (ID - 35561)

sif. 1. Sətirlərin (səhifənin) altında olan. Sətiraltı qeyd, işarə.
2. məc. Gizli, örtülü. Sətiraltı məna.

SƏTİRBAŞI (ID - 35562)

is. Mətnin hər hansı bir hissəsinin birinci sətrinin başında buraxılan açıq yer, boşluq; abzas.

SƏTİRBƏSƏTİR (ID - 35563)

sif. [ər. sətir və fars. bitişdirici bə] Hər sətri ayrılıqda, sətir-sətir. Sətirbəsətir təhlil etmək. Sətirbəsətir tərcümə etmək.

SƏTRİ (ID - 35564)

sif. [ər.] Sətirbəsətir, hərfi. Sətri tərcümə.

SƏTTAR (ID - 35565)

sif. [ər.] köhn. Örtən, ört-basdır edən.

SƏVA (ID - 35566)

klas. bax savayı. Candan səva dəhanına yox nəzri Seyyidin; Olsun qəsəm o canına kim, yoxu vardır. S.Ə.Şirvani.

SƏVAB (ID - 35567)

SƏVAYI (ID - 35568)

klas. bax savayı. Munca kim etdim tamaşa, sözlərə asdım qulaq; Kizbüböhtandan səvayı bir hekayət görmədim. M.P.Vaqif. Qəmdən səvayı qəm günü qəmxar yox, könül.. X.Natəvan. [Ömər:] Əvvəla, qızı görməmişəm və ondan səvayı,...

SƏVİYYƏ (ID - 35569)

is. [ər.] 1. Suyun və b. bir mayenin qalxma, yüksəlmə dərəcəsi. Çayda suyun səviyyəsi xeyli qalxmışdır. Dəniz səviyyəsi (yer səthində yüksəklikləri müəyyən etmək üçün əsas götürülən nöqtə).
Bir şeyin hündürlüyünün...

SƏY (ID - 35570)

is. [ər.] 1. Çalışma, çalışıb-çapalama, cəhd. Səyi bir nəticə vermədi. - Öhdəmizə götürdüyümüz vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz.. C.Məmmədquluzadə. □ Səy etmək (eləmək) - bir...

SƏYAHƏT (ID - 35571)

is. [ər.] Müəyyən məqsədlə (elmi, bir yerlə tanışlıq, idman və s.) ayaqla, ya miniklə yaşadığı yerdən uzaqlara getmə, səfər etmə. Dağlarda səyahətdə olmaq. Dəniz səyahəti. - Mirzağa elmi tənəzzöhlərə, səyahətlərə...

SƏYAHƏTÇİ (ID - 35572)

is. Səyahət edən, səyahətə çıxan adam. Çayın üzərində bircə dənə də yelkən yox idi, çünki şəhərin bu tərəfləri uzaq olduğu üçün səyahətçilər mərkəzdə gəzməyi sevirdilər. M.S.Ordubadi. Bir də gördüm .. səyahətçi...

SƏYAHƏTNAMƏ (ID - 35573)

is. [ər. səyahət və fars. ...namə] Səyahət zamanı səyahətçinin görüb, gözdən keçirdiyi şeylərə dair yazdığı kitab və s. [Mozalanbəy:] iranda da bir səyahətnamə yazaram, axırda genə Qafqaz durur, mən dururam. Ə.Haqverdiyev....

SƏYİRMƏ (ID - 35574)

“Səyirmək”dən f.is.

SƏYİRMƏK (ID - 35575)

bax səyrimək. Naçalnik Qulam dayının gözlərinin içinə baxdı, onun üst dodağı azca səyirdi. M.Hüseyn.

SƏYİRTMƏ (ID - 35576)

“Səyirtmək”dən f.is.

SƏYİRTMƏK (ID - 35577)

f 1. Çapmaq, dördnala sürmək (atı). [Ayaz] “Tərlanı” üzüyuxarı kəndə tərəf səyirtdi. Ə.Məmmədxanlı. Atımı dördnala səyirdərək mən; Nəhayət, Boz dağa gəlib yetişdim. H.Hüseynzadə.
2. Uçurtmaq (quşlar haqqında)....

SƏYLİ (ID - 35578)

sif 1. Səy edən, çalışqan, cəhdli. Səyli tələbə. - ..Ağabalanın çənəsindən tutub: - Maşallah, çox səyli uşaqdır! - deyirdi. Çəmənzəminli.
2. İnadlı, ardıcıl, gərgin. Həkimin səyli müalicəsi, verdiyi dərmanlar bu xəstəliyin...

SƏYRİMƏ (ID - 35579)

“Səyrimək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed