Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

SANKİ (ID - 34579)

bağl. Elə bil (ki), guya. Bu ay bizim ölkə sanki bir behişt olur, dağ-daş, dərə-təpə, səhra, çəmən - hamısı yaşıla bürünür, rəngbərəng çiçəklər ilə bəzənir. E.Sultanov. Rüstəm kişi rayon mərkəzinə gəlib çatanda,...

SANKSİYA (ID - 34580)

[lat. sanctio - pozulmaz qanun] 1. hüq. Qanunun pozulmasına qarşı təsir və ya cəza tədbiri.
kit. İcazə, bəyənmə. [Məhəd:] Günahı olmaya-olmaya qardaşım Mədədi tutub salıblar dama. Deyirlər, prokurorun sanksiyasıynan tutulub....

SANQVİNİK (ID - 34581)

is. [lat.] Qədim yunan həkimi Hippokratın aşkar etdiyi dörd temperament növündən biri.

SAN(I)LI (ID - 34582)

sif. Sayılmış, sayla olan. Sanlı pul durumsuz olar. (Ata. sözü).

SANLI (ID - 34583)

sif. Sanı (1-ci mənada) olan; hörmətli.

SANMA (ID - 34584)

“Sanmaq”dan f.is.

SANMAQ (ID - 34585)

f Hesab eləmək, zənn etmək, güman etmək. Sənsən sözüm, fikrim, zikrim, xəyalım; Sanma ki, bir özgə hekayətim var. Q.Zakir. Mövti-cismani ilə sanma mənim ölməyimi; Seyyida, ölmərəm aləmdə səsim var mənim. S.Ə.Şirvani. [Vaqif...

SANSKRİT (ID - 34586)

is. Hind-Avropa dillərinə mənsub olan qədim hind ədəbi dillərindən biri.

SANSOR (ID - 34587)

bax senzor. ..Əl yazısını kitab surətində birdəfəlik çap eləməgə sansor idarəsi mane olur. C.Məmmədquluzadə.

SANTİQRAM (ID - 34588)

[fr. senti - yüz və gramme] Qramın yüzdə birinə bərabər ağırlıq vahidi.

SANTİM (ID - 34589)

is. [fr.] Belçika, İsveçrə, Lüksemburq və Fransa frankının V100-nə bərabər xırda pul.

SANTİMETR (ID - 34590)

[fr. centi - yüz və metre]
Metrin yüzdə bir hissəsinə bərabər uzunluq vahidi. Üzərində bu ölçüdə bölgülər çəkilmiş xətkeş, ya lent. Kətmənin ağırlığı kiloqramyarım, ağzının eni 25-26 santimetr, hündürlüyü 23-28...

SANTİMETRLİK (ID - 34591)

is. Bir santimetr ölçüsü olma, santimetr uzunluğunda olma. Santimetrlik radio dalğaları. // Adətən saylara qoşularaq uzunluğun, qalınlığın və s.-nin neçə santimetr olduğunu göstərir. Üç santimetrlik mıx.
s

SANTONİN (ID - 34592)

[lat.] Hindyovşanmdan hazırlanan qurd dərmanı.

SANTÜR (ID - 34593)

is. [yun.] mus. Qanunaoxşar, toxmaqcıqlarla çalınan mis telli çalğı aləti. Al bu santurumu, çal, gəldi bahar əyyamı; Nəğmə əyyamı, mey əyyamı, xumar əyyamı. A.Səhhət. Çal, havalan, santurum; Çal ki, tellər oynasın! Donsun dərə,...

SAP1 (ID - 34594)

is. Pambıq liflərindən, ipək tellərindən, yaxud süni liflərdən nazik eşilmiş ip. Ağ sap. Qalın sap. ipək sap. - Səkinə də fikirli idi, .. bir dizinin dibində cürbəcür iynə, sap, düymə və çalkeçirt olan taxta qutu .. vardı....

SAP2 (ID - 34595)

b ax dəstə2. Baltanın sapı. Külüngün sapı. - Lopatkanın sapı kişinin əlinə keçdi. Mir Cəlal. Belin sapını sıxdıqca [Səməd] ovuclarının qızışdığını hiss edir, əzələlərində tanış, ləzzətli bir sızıltı duyur. İ.Hüseynov.
SAP3...

SAPABƏNZƏR (ID - 34596)

bax sapvari. ..Hələ lap uzaqda, bir ucu sahilə xeyli uzanmış, bir ucu dənizdə olan, küləkdə dalğalanan sapabənzər bir xətt gördüm. M.Rzaquluzadə.

SAPAN1 (ID - 34597)

SAPAN2 (ID - 34598)

bax sapand. [Əziz bəy:] Belə düşmənlərdən yüzü olsun, yüz qarğaya bir sapan daşı. M.F.Axundzadə. Kim isə daşı sapana qoyur, Bəbir bəyin gicgahına vurur. Mir Cəlal.

SAPAND (ID - 34599)

is. Daş atmaq üçün qədim silah. [Xaspolad:] ..Sapandımı görmədin? Budur bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, başın-gözün yararam. C.Cabbarlı. [Səttarla Mahmud] ..kəndin bir tərəfində...

SAPBASAĞ (ID - 34600)

bax sapsağlam. Sapbasağ adam. Sapbasağ olmaq. - Məlhəm olurdu, sağalırdı yara; Əldə qalırdı yenə can sapbasağ. M.Ə.Sabir.

SAPDIRMA (ID - 34601)

“Sapdırmaq”dan f.is.

SAPDIRMAQ (ID - 34602)

f . 1. Doğru yoldan çıxarmaq, pis yola salmaq, azdırmaq. [Tahir Muxtara:] Bilirsiniz, pis yoldaş adamı yoldan sapdırarmış. Çəmənzəminli. Bu yanlış mühakimə onu yolundan azdırmış, qaranlıq, uçurumlu yollara sapdırmışdı. A.Şaiq.
Əsas...

SAPFİR (ID - 34603)

is. [yun.] Göy və ya sürməyi rəngdə olan qiymətli daş.

SAPILCA (ID - 34604)

is. İçində ət və s. qızartmaq üçün uzundəstəli mis və s. metaldan qab. Sapılcada yağ dağlamaq. - ..Bir boşqab, bir fincan və bir sapılcadan ibarət mətbəx müxəlləfatımı bir tərəfə topladım. Çəmənzəminli. Tello qazanı...

SAPILMA (ID - 34605)

“Sapılmaq”dan f.is.

SAPILMAQ (ID - 34606)

f Başqa tərəfə dönmək, başqa yola girmək, yayınmaq. [Dəmirçioğlu dedi:] Mərd igidlər müxənnətdən sapılsın; Qarı düşmən dərələrə təpilsin. “Koroğlu” .

SAPITMA (ID - 34607)

“Sapıtmaq”dan f.is.

SAPITMAQ (ID - 34608)

f . Ağlını, fikrini azdırmaq, çaşdırmaq, xərifləmək. [Xacə Nizam:] Hər nə olmuşsa, mən etməm təhrif; Son zamanlarda sapıtmış o hərif. H.Cavid.

SAPQIN (ID - 34609)

sif [türk.] Yolundan çıxmış, yolunu azmış, doğru yoldan uzaqlaşmış. Sapqın adam. - [Şeyx Hadi:] Yola gəlsin də bəzi sapqınlar; Həq nədir, anlasınlar azğınlar. H.Cavid.

SAPQINLIQ (ID - 34610)

is. Doğru yoldan çıxma, azma. [Elxan:] Zatən hər bir düha mühitin sapqınlığından, hər bir dahi mühitin yumruqları, təpikləri altından doğur. C.Cabbarlı.

SAPLAQ (ID - 34611)

is. Yarpağı, gülü, meyvəni budaqla birləşdirən nazik bərk hissəcik; bəndəm. Gülün saplağı. Almanın saplağı. - Sultan əlini soyuq kola uzadaraq dırnaqları ilə bənövşənin nazik saplağını kəsir. Ə.Sadıq.
□□ Boğazı...

SAPLAQCIQ (ID - 34612)

is. Kiçik saplaq, nazik saplaq. Otun saplaqcığı. Gülün saplaqcığı.

SAPLAQLI (ID - 34613)

sif. Saplağı olan, bəndəmli. Saplaqlı meyvə. Saplaqlı gül. - Çəmənlər arası yamyaşıl budaqların ara-bərəsindən uzun saplaqlı armudlar saralır, yupyumru almalar qızarıb allanırdı. S.Rəhimov.

SAPLAMA (ID - 34614)

“Saplamaq”dan f.is.

SAPLAMAQ (ID - 34615)

f . 1. İynənin gözünə sap keçirmək. iynəni saplamaq. - Həsən.. sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarın arxasını diqqətlə büzələməyə başladı. Çəmənzəminli. [Maritsa] iynəni çətinliklə saplayır,...

SAPLANMA (ID - 34616)

“Saplanmaq”dan f.is.

SAPLANMAQ (ID - 34617)

məch. 1. Dəstəsinə qədər batmaq, girmək, keçmək, soxulmaq. Onu hey andıqca hər axşam, səhər; Qəlbimin başına saplanır xəncər. A.Şaiq. // məc. Batmaq, sancılmaq. [Səlim:] Ah! Bu yalan bir söz, zəhərli bir ox; Ağzından uçub...

SAPLI (ID - 34618)

sif. Sapı, dəstəsi olan. Qara saplı bıçaq. Saplı bel. - Paşa bəy gümüş saplı qamçısını çəkməsinin burnuna vura-vura soruşurdu. Ə.Vəliyev. ..Uzun saplı qəlyanını tüstülədə-tüstülədə qulaq asan Nəcəfalı kişi boğazını...

SAPLICA (ID - 34619)

bax sapılca. Qərənfil xala yağı əritmək üçün saplıcanı ocağın üstünə qoydu. Ə.Vəliyev.

SAPMA (ID - 34620)

“Sapmaq”dan f.is.

SAPMAQ (ID - 34621)

f . 1. Düz yoldan çıxıb, sağa və ya sola dönərək başqa bir yola girmək, başqa istiqamət almaq; yolu azdırmaq. [Kor aşıq Qəhrəmana:] Həmən qoşdum sağa-sola saparkən; Baxdım ki, səs gəlir bənövşəlikdən. H.Cavid. Atlı çaparaq;...

SAPPASAĞ (ID - 34622)

bax sapsağ. [Sərvinaz qarı:] Bir qoca sınıqçı taxta qoyub sarıdı, bir azdan sonra sappasağ oldu. B.Bayramov.

SAPSAĞ (ID - 34623)

sif. Lap sağ, tamamilə sağlam, sapsağlam. Sapsağ uşaq. - Hüseynqulu ağa üzünü arvadına tərəf tutub dedi: - indi sapsağ qızı azarlı edəcəksən. S.S.Axundov. [Rəşid:] Gövhər xanımı həyətdə sapsağ (z.) gördüyümü demək istəmirdim....

SAPSAĞLAM (ID - 34624)

sif. Heç bir xəstəliyi olmayan, tamamilə sağlam. Sapsağlam oğlan. - [Səlma] Şükür, çox şükür, sapsağlam, könlü şad; Bu gün, yarın gəlmək üzrə Qanpolad. H.Cavid. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə...

SAPSAĞLAMLIQ (ID - 34625)

is. Tamamilə sağlam olma, heç bir xəstəliyi olmama; tamamilə sağlam adamın halı.

SAPSAĞLIQ (ID - 34626)

bax sapsağlamlıq.

SAPSARI (ID - 34627)

sif. Lap sarı, tamamilə sarı, çox saralmış. Kitabın sapsarı vərəqləri. - Sapsarıdır ağacların; Xəzəl olmuş yarpaqları. S.Vurğun. Gecə ay doğacaq, rəngi sapsarı; Göylərin sayrışan şux ulduzları; Buluddan buluda süzüləcəkdir;...

SAPSARILIQ (ID - 34628)

is. Sapsarı şeyin halı.

Bu səhifə 196 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<