1
SAKİTLƏŞMƏK sözünün izahı / SAKİTLƏŞMƏK sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

SAKİTLƏŞMƏK

f . 1. Səs-küy azalmaq, ya kəsilmək, sakitlik düşmək. Gecədən keçmiş şəhər sakitləşdi. - Günəş günorta yerinə gələndə Tehranın bütün küçələri boşalmış və sakitləşmişdi. M.İbrahimov. // Sakit olmaq, gücü, şiddəti zəifləmək, yavaşımaq, kəsilmək, keçib getmək. Dəniz sakitləşdi. Külək sakitləşdi. - Su sakitləşmişdi ki, ikinci, üçüncü və dördüncü bombalar da bir-birindən aralı dənizdəki balaca qayığın ətrafına düşüb partladı. Ə.Vəliyev.
Əsəbiliyi, həyəcanı, iztirabı keçmək; təskinlik tapmaq, rahatlanmaq, müvazinət kəsb etmək. Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Çəmənzəminli. [Mehriban] axır zamanlar xeyli sakitləşmişdi. H.Seyidbəyli. [Zəmigar xanım] ..dava-dalaş salar, ağlayıb-sızlayar, sonra da sakitləşərdi. İ.Şıxlı.
□□ Ara sakitləşmək - bax ara. Elə ki ara sakitləşdi, Məhbub xanım yavaşca qapını açıb gəldi Bəlli Əhmədin yanına. “Koroğlu” . Getgedə ara sakitləşdi. Sürülər kövşəyə yatdı. B.Bayramov. Ürəyi sakitləşmək - bax ürək. [Usta Ağabalanın] istidən döyünən ürəyi öylə bil xınadan sonra sakitləşdi. Çəmənzəminli. Əbil Qənbərovun ürəyi bir az sakitləşdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif