İzahlı lüğət

SAXSI

is. Gildən hazırlanan dulusçuluq məmulatı. Saxsıya verə-verə, çıxdı misin bahası. (Ata. sözü). // Saxsıdan qayrılmış. Qələmkar süfrənin üstünə lacivərdi saxsı boşqablarda .. yemişlər qoyulmuşdu. Çəmənzəminli. Pəncərədən sarı şamdanlar, bəzi evlərdə isə saxsıdan çilçıraq (tunc rəngli) asılardı. H.Sarabski. // Bu məmulatın sınmış parçaları. Alim yenə qucaq-qucaq yığır qədim saxsıları; Yer altdakı hər kərpicin üstündəki yazıları. S.Vurğun. Mən cəbhədə, bir komada şeir yazıram; Yanır saxsı parçasının üzərində şam. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed