İzahlı lüğət

BAL1

is. 1. Arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Şan balı. - Bal tutan barmaq yalar. (Ata. sözü). [Piri kişi:] Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam, .. haçan könlün bal istədi, gələrsən, kəsib verərəm. S.S.Axundov.
Bal arısı - bal hasil edən arı. Hərdənbir bal arılarının .. vızıltısı eşidilirdi. Ə.Vəliyev. Ana balı - qoca arıların hasil etdikləri bal (beçə balına nisbətən rəngi tutqun olur). Beçə balı - cavan arıların hasil etdiyi bal. Qoca balı - b a x ana balı. Şəhd balı - şandan çıxarılan mumsuz bal.
məc. Çox şirin, çox dadlı, çox ləzzətli şey haqqında. Armud deyil, baldır. Bal kimi (çox şirin).
□□ Ağzından bal tökülmək - çox şirin sözlər danışan adam haqqında.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed