İzahlı lüğət

BULUD1

is. 1. Səmada toplanan su buxarı yığını. Ağ buludlar. Qara buludlar. - Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır.
Səhhət. Günəşparça-parça ağarışan buludlar arasından süzüb çıxdıqca, hava daha da istiləşir. M.Hüseyn.
məc. Təhlükə, qorxu mənasında (çox vaxt “qara” sözü ilə bərabər). Ölkənin üstünü qara buludlar almışdı. - Qara buludlar oynaşır, indi nədir əlacımız? M.Ə.Sabir.
məc. Əhval pozğunluğu, qəm, kədər, tutqunluq, pərişanlıq, məyusluq simvolu kimi işlənilir. Ana yurdun hər yerindən kəsiləcək yad ayağı; Açılacaq dərdlilərin bulud almış qaşqabağı. S.Vurğun. Qız bulud kimi tutuldu, hirsindən ağladı. Mir Cəlal.
məc. Bir şeyin çoxluğunu, kəsifliyini, hərəkət edən kütlə halında olduğunu göstərir. Bu halda meydanın məğrib səmtindən bulud kimi toz qalxdı. M.F.Axundzadə.
Adətən yerlik halında: buludlarda - çox ucalarda. Anan yerdə deyil, buludlardadır; Ona yetişməyir insanın səsi. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BAZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed