İzahlı lüğət

BİRTƏRƏFLİ

sif. 1. Bir tərəfi olan. Birtərəfli sütun. Birtərəfli cisim.
// Yalnız bir istiqamətdə, bir tərəfdə gedən, cərəyan edən. Nəqliyyatın küçədə birtərəfli hərəkəti. Birtərəfli teleqraf rabitəsi.
// Yalnız bir tərəfdə olan, baş verən. Birtərəfli plevrit. Birtərəfli iflic.
İştirakçıların biri tərəfindən, bir şəxs tərəfindən icra edilən. Müqavilənin birtərəfli ləğvi.
məc. Bir şeyin, hadisənin yalnız bir tərəfini qavrayan, yalnız bir tərəfinə yönəldilmiş; çox məhdud. Birtərəfli mühakimə. Birtərəfli inkişaf. Birtərəfli alimlik. Birtərəfli tərbiyə. - Həyatı birtərəfli (z.) göstərən, aktual mövzunu sönük və cansız halda əks etdirən .. əsərlərin səhnədə uzun müddət ömür sürməsi bizi bir daha düşündürməlidir. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

BUZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed