İzahlı lüğət

BƏRİ

1. zərf Bu tərəfə, buraya, bu yana, yaxına. Bəri gəl. Bəri dur. - Dolanım başına, ey nazlı yarım, bəri bax! S.Ə.Şirvani. [İmamqulu] bir də süzüb, bəri gəldi. Çəmənzəminli. ..Komendant əli ilə cib dəftərçəsini göstərdi:
Onu da bəri ver! [dedi] M.Hüseyn.
// Sif. mənasında. Qızıl əsgərlər körpünün bəri üzünə qaçmışdılar. Mir Cəlal.
2. qoş. Bir şeyin (hadisənin və s.-nin) başlanma nöqtəsini və o andan başlayaraq davam etdiyini bildirir; ...etibarən. Üç gündən bəri. Üç ildən bəri görüşməmişik. -Musiqişünasların dediyinə görə, xəstəlikdən qalxandan bəri Həsən, öz sənətində irəliləyərək, daha da böyük məharət göstərməyə başlamışdı. B.Talıblı. Mənim də xəyalım dağları aşır; Qəlbimi şerimə verəndən bəri. O.Sarıvəlli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed