İzahlı lüğət

BƏDƏNNÜMA

sif. [ər. bədən və fars. nüma] Adətən bədənnüma ayna (güzgü) şəklində işlənir - başdan-ayağa bütün bədəni göstərən böyük güzgü. [Ağa Mərdan:] A kişi, mən sənin gözündə necə görükürəm? Qoy bir aynaya baxım. (Bədənnüma aynaya baxır). M.F.Axundzadə. [Nazimə] bədənnüma güzgü qabağında dayanıb başını darayanda, saçlarındakı ağ tükləri görəndə sinəsindən .. dərin bir ah qopurdu. Mir Cəlal. [Qərənfil] bədənnüma güzgünün qabağında durub, uzun qara saçlarını darayırdı. M.Hüseyn.
// is. Bədənnüma ayna. Səhərdir .. gün düşür pəncərələrdən; Yanır büllur qablar, bədənnümalar. O.Sarıvəlli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed