İzahlı lüğət

BAD2

is. [fars.] Yel, külək. Mən aşiq, bad apardı; Bad vurdu, bad apardı; Cəfasını mən çəkdim; Səfasın yad apardı. (Bayatı). Bənd edib hər səhər bad əsər, arizi-cananə dəyər; Toxunur sərvə gəhi, gah gülüstanə dəyər. M.V.Vidadi. Cadu qəmzələrin mənlən yağıdır; Bad əsir, zülfünü üzdən dağıdır. M.P.Vaqif.
□ Bad(i)-səba şair. - səba yeli, səhər əsən xəfif, sərin yel; meh. Nə yanar kimsə bana atəşi-dildən özgə; Nə açar kimsə qapım badi-səbadan qeyri. Füzuli. Ey badi-səba, məndən ol yarə salam eylə. M.V.Vidadi. Pərişanlıq zülfün öz qaydasıdır; Nə badi-səbadan, nə şanədəndir. M.P.Vaqif. Badi-səba mənim dərdi-dilimi;
Ol büti-zibaya dedin, nə dedi? Q.Zakir.
□□ Bad(i)-fənaya getmək - bax bada getmək. [Hacı Fərəc:] Bunları bir-birinə qısqırram, hər ikisi birdən badi-fənaya gedər. N.Vəzirov. Nə qədər təqsirsiz adamlar bunun dilinin və qələminin səbəbinə badifənaya gediblər. Ə.Haqverdiyev. Bad(i)fənaya vermək - bax bada vermək. [Əbdül:] Gülnisənin hiyləsi, Pərinin işvəsi, pulları, havası onun [Bəhramın] başını elə dumanlandırdı ki, yazıq qızcığazı badfənaya verdi. C.Cabbarlı. Bada getmək heçə çıxmaq, puç olmaq, tələf olmaq, məhv olmaq, boşa çıxmaq, zay olmaq, hədər getmək. Vaqif sevdi bir iqrarsız bivəfa; Bada getdi tamam çəkdiyi cəfa. M.P.Vaqif. Xain olsaq əgər bu dünyada; Irzü namusumuz gedər bada! M.Ə.Sabir. Onların ömrü də tez gedər bada; Hər kəs əkdiyini biçər dünyada. S.Vurğun. Bada vermək - puç etmək, yox eləmək, məhv etmək, tələf etmək. Ey badə verən ömrünü, zünnarə yapışma. Nəsimi. Yandırıb hicran odu könlümü verdi badə, gör. Xətayi. [Göyərçin:] Canımı çöldən tapmamışam ki, ömrümü, günümü bada verim?! S.Rəhimov. Hərçi bada bad - nə olursa olsun, olan olacaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed