İzahlı lüğət

BORŞLUQ (ID - 4809)

sif. Borş üçün yarayan. Borşluq kələm. Borşluq ət.

BORT (ID - 4810)

[fr.] 1. Gəminin yan divarı, böyrü; yük avtomobilinin kuzovunun və yük qatarmm açıq vaqonlarının yan divarı..
2. Bilyard mizinin və s.-nin üst yanı, kənarı.

BORTMEXANİK (ID - 4811)

\xar.] Təyyarədə, dirijablda motorların, cihazların, aparatların işləməsinə və vəziyyətinə məsul olan təyyarə mexaniki.

BORU (ID - 4812)

is. 1. Dəmirdən, çuqundan, saxsıdan, şüşədən və s.-dən qayrılan uzunsov lülə şəklində içiboş cisim. Su borusu. Qaz borusu. Neft borusu. Rezin boru. Müşahidə borusu (optik cihaz). Borularda neft fasilə vermədən axır.
// Baca....

BORUCUQ (ID - 4813)

is. Kiçik boru.

BORUDÜZƏN (ID - 4814)

is. xüs. Boruları yan-yana düzüb birləşdirən işçi. Borudüzən \Mikayılov] gündəlik tapşırığı daim artıqlaması ilə yerinə yetirir. (Qəzetlərdən).

BORUƏYƏN (ID - 4815)

is. tex. Boruları əyməyə məxsus alət.

BORUKƏSƏN (ID - 4816)

is. tex. Boruları kəsmək üçün alət. Qoruyucu boruları quyuda kəsmək üçün daxili borukəsən işlədilir. Quliyev.

BORULU (ID - 4817)

sif. Borusu olan.

BORUSIXAN (ID - 4818)

is. tex. Borunu sıxıb tutmaq üçün alət.

BORUŞƏKİLLİ (ID - 4819)

sif. Görünüşcə boruya oxşayan, boru kimi. Boruşəkilli cisim.
BORUVAR(İ) bax boruşəkilli. Boruvari çiçək bot.

BOSMAN (ID - 4820)

is. [holl.] dəniz. Gəmi komandasının, təsərrüfat işləri cəhətdən tabe olduğu şəxs.

BOSMANLIQ (ID - 4821)

is. Bosmanın işi, vəzifəsi.

BOSTAN (ID - 4822)

is. [fars.] Qovun, qarpız, xiyar, badımcan kimi tərəvəz bitkiləri yetişdirilən yer.

BOSTANÇI (ID - 4823)

is. Bostançılıqla məşğul olan adam, bostan yetişdirən adam. Bostançının sovqatı kəlik olar. (Ata. sözü).

BOSTANÇILIQ (ID - 4824)

is. Bostan işi ilə məşğul olma, bostançı peşəsi, bostan bitkiləri yetişdirmə işi. Bostançılıqla məşğul olmaq.

BOSTANLIQ (ID - 4825)

is. Bostan salınmış yer, başdan-başa bostan. Dəmiryol boyu bostanlıq idi.
// sif. Bostan üçün yararlı. Bostanlıq yer.

BOSTAN-TƏRƏVƏZ (ID - 4826)

b ax bostan.

BOSTON (ID - 4827)

[coğrafi addan] Əla yundan toxunma parça növü. Boston parça.
// Bu parçadan tikilmiş. Boston kostyum.

BOŞ (ID - 4828)

sif. və zərf 1. İçində heç nə olmayan. Boş qutu. Boş dükan. Boş çamadan. Boş şüşə. - Boş çuval dik durmaz. (Ata. sözü).
Boş əl ilə məc. - heç bir şey əldə etmədən, heç bir şeyə nail olmadan, əlində heç bir şey...

BOŞALDILMA (ID - 4829)

“Boşaldılmaq”dan f.is.

BOŞALDILMAQ (ID - 4830)

məch. Boş hala gətirilmək, içindəkilər götürülmək, yükdən, minikdən azad edilmək. Maşının yükü bir neçə dəqiqəyə boşaldıldı. - Karvansaralar, hücrələr boşaldılmışdı. M.S.Ordubadi. Axşam evinin boşaldılacağı xəbəri...

BOŞALDILMIŞ (ID - 4831)

fsif Boş hala salmmış, içindəki şeylərdən azad edilmiş (bax boşaltmaq 7-ci mənadan başqa). Boşaldılmış qab. Boşaldılmış maşın. Boşaldılmış ip. Boşaldılmış vint.

BOŞALMA (ID - 4832)

“Boşalmaq”dan f.is.

BOŞALMAQ (ID - 4833)

f 1. Boş olmaq, boş qalmaq, boş hala gəlmək. Ev boşaldı. Qablar boşaldı.
Bərkliyini, sərtliyini, gərginliyini itirmək; yumşalmaq. Atın quşqunu boşalıbdır. Dəri boşalıbdır.
Ciddiyyətini itirmək, zəiflik göstərmək, iradəsizlik...

BOŞALMIŞ (ID - 4834)

fsif Boş hala gəlmiş. Boşalmış kisə. Boşalmış qab. Boşalmış vinti bərkitmək. Boşalmış qayış. Boşalmış ev. Boşalmış yerə işçi götürmək. - Hüseyn Məhbusi Kərimxanın yanından çıxıb, bir qədər Tehranın boşalmış...

BOŞALTDIRILMA (ID - 4835)

“Boşaltdırılmaq”dan fis.

BOŞALTDIRILMAQ (ID - 4836)

məch. Boşaltmağa məcbur edilmək.

BOŞALTDIRMA (ID - 4837)

“Boşaltdırmaq”dan f.is.

BOŞALTDIRMAQ (ID - 4838)

icb. Boşaltmağa məcbur etmək, boşaldılmasma nail olmaq. Evi boşaltdırmaq.

BOŞALTMA (ID - 4839)

“Boşaltmaq”dan f.is.

BOŞALTMAQ (ID - 4840)

f 1. Bir şeyin içindəkiləri çıxarıb boş hala salmaq. Yeşikləri boşaltmaq. Ciblərini boşaltmaq. - Torbanı boşaldanda, içindən kağıza bükülmüş bir yumru şey çıxdı. S.S.Axundov.
// Yükdən azad etmək. Vaqonu boşaltmaq. Avtomobili...

BOŞAMA (ID - 4841)

“Boşamaq”dan f.is.

BOŞAMAQ (ID - 4842)

f. İzdivacmı ləğv etmək, arvadından ayrılmaq, əlaqəsini kəsmək. Arvadını boşamaq.

BOŞANDIRMA (ID - 4843)

“Boşandırmaq”dan f.is.

BOŞANDIRMAQ (ID - 4844)

bax boşatmaq.

BOŞANMA (ID - 4845)

“Boşanmaq”dan f.is.

BOŞANMAQ (ID - 4846)

f. Ərindən ayrılmaq.

BOŞATDIRMA (ID - 4847)

“Boşatdırmaq”dan f.is.

BOŞATDIRMAQ (ID - 4848)

icb. Boşanmağa məcbur etmək, boşanmasına nail olmaq.

BOŞATMA (ID - 4849)

“Boşatmaq”dan f.is.

BOŞATMAQ (ID - 4850)

f. Boşamasına səbəb olmaq, boşamağa məcbur etmək. [Xanpəri:] Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saat məni qocamdan boşadar. M.F.Axundzadə.

BOŞBEYİN (ID - 4851)

sif. Axmaq, başıboş, gic, səfeh.

BOŞBEYİNLİK (ID - 4852)

is. Axmaqlıq, başıboşluq, giclik, səfehlik.

BOŞ-BİKAR (ID - 4853)

zərf İşsiz, boş-boşuna, veyil. Boş-bikar gəzmək. Boş-bikar qalmaq. - [Firuz] boş-bikar oturub qalır. Ə.Məmmədxanlı. [Məsmə:] Sənin nəyinə yaraşır gedib boş-bikar oturub çərəkə höccələyəsən? Mir Cəlal.

BOŞBOĞAZ (ID - 4854)

sif. Ağzına və ağlına gələni danışan, boşuna danışan, mənasız danışan; hərzəgu, naqqal, gəvəzə. Boşboğaz adam.
Bizim bəzi boşboğaz yazıçılarımız da oxşayırlar haman təbiblərə ki, azarlının nəbzinə baxandan sonra,...

BOŞBOĞAZLIQ (ID - 4855)

is. Naqqallıq, boş-boş danışma, hərzəçilik; boşboğaz adamın xüsusiyyəti. Boşboğazlıqla məşğul olma. - [Sübhanverdizadə:] Hə, o mühəndis iş adamına heç oxşamır, .. boşboğazlıq eləyib gəzir. S.Rəhimov.
// Cəfəngiyat,...

BOŞ-BOŞUNA (ID - 4856)

zərf 1. Mənasız, gərəksiz, faydasız, səmərəsiz, nəticəsiz, hədər, əbəs. Boş-boşuna vaxt keçirmək. Boş-boşuna gəzmək. - Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama. M.Ə.Sabir. Bu vəfasız ömür, bu coşqun dərə; Gərək...

BOŞBUYNUZLU (ID - 4857)

sif. zool. Buynuzunun içərisi boş olan. Boşbuynuzlu heyvanlar.

BOŞBUYNUZLULAR (ID - 4858)

is. zool. Cütdırnaqlı məməli heyvanların boş buynuzu olan növləri.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed