/home/shagird/public_html/log_in/const.php İzahlı lüğət - B hərfi ilə başlayanlar - H. 1
Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

B (ID - 2508)

Azərbaycan əlifbasının ikinci hərfi. bax be.

BA (ID - 2509)

nida. 1. Heyrət və təəccüb bildirir, yaxud birdən bir şey yada düşdükdə deyilir. Ba! Sən hara, bura hara! Ba! Bu haradan çıxdı? - [Ağa Kərim:] Ba! Bir adam fikrimə düşdü, əgər razı ola. M.F.Axundzadə.
// Bəzən söylənilən...

BAB1 (ID - 2510)

is. [ər.] köhn. 1. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür). Gülüstanisəri-kuyin kitabın bab-bab, ey gül; Xəttireyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. Füzuli.
tənt....

BAB2 (ID - 2511)

is. [fars.] Tay, cur, bərabər. Məxmərin abı gərək; Yar yarın babı gərək. (Bayatı). ..Məndən əfzəldi qüvvədə qəssab; Qızını ver ona, odur sənə bab. S.Ə.Şirvani. Heç kəs bu toya bir söz deyə bilmədi, çünki hər iki cavan...

BAB3 (ID - 2512)

bax babi. [Seyidsədulla:] Siz bab və bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz. M.S.Ordubadi.

BABA (ID - 2513)

is. 1. Atanın, ya ananın atası; nəvəsi olan kişi.
Bəzi yerlərdə ataya deyilir.
Yaşlı və hörmətli kişi, yaxud yaşlı kişiyə hörmətlə müraciət. Durub cütçü baba öpdü alnımdan; Bildim ki, mehriban olurmuş insan. S.Vurğun.
...

BABACAN (ID - 2514)

is. Babaya, yaxud qoca kişiyə mehribanlıqla müraciət. Babacan, bir az oturub dincinizi alın.
// Ataya müraciət. Kişi ağlar gözilə qıldı fəğan; Söylədi oğlu:
Ağlama, babacan! M.Ə.Sabir.

BABADANQALMA (ID - 2515)

sif. 1. İrs, miras. Babadanqalma ev.
2. məc. Çox köhnə, qədim, vaxtı keçmiş. Babadanqalma üsullarla işləmək olmaz.

BABAL (ID - 2516)

bax vəbal. Dərin bir dəryadır şair xəyalı; Götürdüm boynuma şəri, babalı. R.Rza.

BABALIQ (ID - 2517)

is. 1. Ögey baba.
2. Babanın nəvələri üzərindəki haqqı.
// Baba ilə nəvəsi arasındakı qan qohumluğu.

Bu səhifə 366 dəfə baxılıb

Bağla