İzahlı lüğət

BARBARLIQ (ID - 3008)

is. Vəhşilik, mədəniyyətsizlik, qabalıq. ..Avropa alim və filosofları fəryad edirlər ki, biz barbarlıq, vəhşilik və cəhalət aləmindən çıxaq.. M.F.Axundzadə. [Dilbər:] ..Rica edirəm, sözlərinizə diqqət edin, yüksək cəmiyyətdə...

BARDAQ (ID - 3009)

is. Su və ya başqa mayelər tökmək, yaxud içində piti bişirmək üçün saxsıdan, çinidən və s.-dən qayrılmış qulplu və ya qulpsuz darboğaz qab; səhəng, cürdək. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi,...

BARDAN (ID - 3010)

is. İçərisinə pambıq, barama, yun və s. qoymaq üçün böyük kisə; xaral. Pambığı bardanlara doldurmaq. - Dərilib basılır xaşa bardana; Vaqona vurulur, gedir hər yana. Aşıq Şair Vəli.

BARDANLAMA (ID - 3011)

“Bardanlamaq”dan f is.

BARDANLAMAQ (ID - 3012)

f. Bardana doldurmaq.

BARDANLANMA (ID - 3013)

“Bardanlanmaq”dan fis.

BARDANLANMAQ (ID - 3014)

məch. Bardana doldurulmaq.

BARDANLIQ (ID - 3015)

sif. Bardana yarayan.

BARDAŞ (ID - 3016)

bardaş qurmaq, bardaş qurub oturmaq - dizlərini qatlayıb baldırlarını bir-birinə keçirərək oturmaq. Otaqda tək qalan xan bir neçə dəfə qalxıb oturdu, bardaş qurdu, rahat olmayıb dizi üstə əyləşdi. Çəmənzəminli. Şamil, Əhməd...

BAREL (ID - 3017)

is. [ing.] Maye, səpələnən və s. malların ölçü vahidi (təxminən 159 litr).

BARELYEF (ID - 3018)

[fr.] bax qabartma 3-cü mənada.

BARƏ1 (ID - 3019)

[fars.] Adətən nisbət şəkilçiləri ilə işlənir - xüsusda, xüsusunda, haqqında. Bu barədə fikriniz nədir? Bu məsələ barəsində mən heç bir şey deyə bilmərəm. - Sultan bu sözlərdən sonra Bahadıra baxıb, onun bu barədə sözünü...

BARƏ2 (ID - 3020)

is. [fars.] köhn. Bənd, sədd, səngər.

BARƏ3 (ID - 3021)

is. [fars.] Dil və diş üzərində əmələ gələn ağ qat; ərp.

BARƏ4 (ID - 3022)

is. [fars.] köhn. Gözəl və yaraşıqlı səmişin gəmisi.

BARGAH, BARGƏH (ID - 3023)

is. [fars.] tənt.
Saray; padşaha məxsus imarət. Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. M.F.Axundzadə. [Altunbay:] Dediklərində doğruya bənzər bir şey görsəm, bu günəşə...

BARXANA (ID - 3024)

is. [fars.] köhn. Ev şeyləri, ev ləvazimatı, müxəlləfat, avadanlıq, dirdirlik; başqa bir yerə aparılmaq üçün yığılıb bağlanmış şeylər, yük. Barxana açıldı karvansarayə; At, qatırı mehtər çəkdi tövləyə. Q.Zakir. Xüsusən...

BARI (ID - 3025)

əd. [fars.] Heç olmasa. O ha billəm gəlməz görməyə məni; Barı gendən tamaşaya gələydi. M.P.Vaqif. [Qurban:] Barı bu kasıblığıma görə arvadım göyçək olaydı; yenə dərd yarı idi. Ə.Haqverdiyev. Barı gedərkən bizə dəyəydin!...

BARI (ID - 3026)

is. [fars.] Hasar, divar, sədd. Uca barı. Barıdan aşmaq. Barı çəkmək. Daş barı. [Cahangir bəy:] Mən haman Cahangir deyiləmmi bir top bez atdım barıdan, səni dustaqxanadan çəkdim divar üstə?! N.Vəzirov. Muzdur platforma kənar-larındakı...

BARILAMA (ID - 3027)

“Barılamaq”dan f.is.

BARILAMAQ (ID - 3028)

f. Barı çəkmək, divar çəkmək, hasar çəkmək.

BARILATMA (ID - 3029)

“Barılatmaq”dan f.is.

BARILATMAQ (ID - 3030)

icb. Barı çəkdirmək, divar çəkdirmək, hasar çəkdirmək.

BARINCI (ID - 3031)

is. bot. Paxlalılar fəsiləsindən olan alaq otlarından birinin adı.

BARINDIRMAQ (ID - 3032)

f. Doydurmaq, yedirtmək, bəsləmək, yemləmək; himayə etmək, qorumaq.

BARINQULU (ID - 3033)

is. məh. Sarı rəngli ətirli bir çiçək.

BARINMA (ID - 3034)

“Barmmaq”dan f.is.

BARINMAQ (ID - 3035)

f. Himayə altına girmək, sığınmaq, himayə olunmaq, mühafizə olunmaq, qorunmaq, yedirilib-içirilmək, bəslənmək. Yaylağımda el barınar, gül bədənlər bəslənər; Obaların arxasında kəkliklərim səslənər. M.S.Ordubadi. [Məsmə:]...

BARIŞ (ID - 3036)

is. Barışma, uzlaşma, barışıq, sülh.

BARIŞDIRICI (ID - 3037)

sif. və is. Barışdıran, iki düşmən arasında sülh və ya küsülülər arasında yenidən dostluq və səmimilik yaradan.

BARIŞDIRMA (ID - 3038)

“Barışdırmaq”dan f.is.

BARIŞDIRMAQ (ID - 3039)

f. 1. Düşmənçilik edən tərəflər, yaxud bir-birindən küsənlər arasında sülh və sazişi, dostluq və səmimiyyəti yenidən bərpa etmək, aralarını düzəltmək. Düşmənləri barışdırmaq. Küsülüləri barışdırmaq. - Bu [üzük]...

BARIŞIQ (ID - 3040)

is. 1. Sülh, barış; uzlaşma, saziş.
// Müharibə edən tərəflərin müharibəni dayandırmaq haqqında razılığı, sazişi. ..Şəki hökmdarı Hüseyn xan Müştaq oğlu Məmməd Həsən xanı Əbdülqədirin yanına göndərib, barışıq...

BARIŞIQÇI (ID - 3041)

is. Barışdırmaq üçün küsülülərin arasına girən adam, barışdırıcı.

BARIŞMA (ID - 3042)

“Barışmaq”dan f.is.

BARIŞMAQ (ID - 3043)

f 1. Aralarındakı mübahisəni kəsmək; incikliyi, ədavəti, düşmənçiliyi, küsülülüyü aradan qaldırmaq, əvvəlki dostluq və münasibəti bərpa etmək. Küsülülər barışdılar. - Buna görə də Kəyan hökmən Cuma ilə barışmaq,...

BARIŞMAZ (ID - 3044)

sif. 1. Heç bir sazişə, heç bir sülhə yol verməyən; kəskin, amansız. Barışmaz münasibət. - Yalnız kiçik bir yazıçı qrupu “Molla Nəsrəddin” jurnalı ətrafında toplaşaraq, Azərbaycan dilini osmanlılaşdıranlarla açıq və...

BARIŞMAZLIQ (ID - 3045)

is. 1. Heç bir sazişə, heç bir sülhə yol verməməzlik.
2. məc. Qətilik, amansızlıq. Mübarizədə barışmazlıq.

BARIT (ID - 3046)

is. Odlu silahlardan ötrü patron, mərmi hazırlamaq üçün partlayıcı maddə. Tüstüsüz barıt. Ağ barıt. Barıt tüstüsü. Barıt iyi.
□□ Barıt qoxusu gəlir məc. - müharibə gözlənilir. Barıt kimi açılmaq (partlamaq)
dərhal...

BARITÇI (ID - 3047)

is. köhn. 1. Barıt qayıran, barıt ustası.
2. Barıt satan adam.

BARITXANA (ID - 3048)

is. 1. Barıt emal olunan yer, barıt fabriki.
Barıt saxlanılan yer, barıt anbarı.

BARITI (ID - 3049)

sif. Barıt rəngində olan.

BARITQABI (ID - 3050)

is. Barıt saxlamaq üçün qab (qutu, kisə və s.).

BARITLAMAQ (ID - 3051)

f dan. Barıt tökmək, barıt doldurmaq.

BARITLIQ (ID - 3052)

is. 1. Barıt tökmək üçün qutu və s.; barıtqabı.
Patronun, mərminin, pistonlu tüfəngin və s.-nin barıt tökülən yeri.

BAR(İ)-İLAHA, BARİ-İLAHİ (ID - 3053)

nida [ər.] köhn. Ay Allah, ilahi, ey tanrı mənasında xitab. Vaqifə rəhm eylə, bari-ilahi! Agah et dərdindən ol üzü mahi. M.P.Vaqif. Zindəganlıq mənə düşvardı bundan sonra; Bar-ilaha mənə gəlsin, o ki, cananə gəlir. Q.Zakir.

BARİQƏ (ID - 3054)

is. [ər.] şair. tənt. Şimşək, ildırım parıltısı; parıltı, işıq.

BARİTON (ID - 3055)

[ital.] mus. 1. Yüksəkliyinə görə tenor ilə bas arasında kişi səsi.
// Sif. mənasında. Bariton səs.
Bu cür səsi olan müğənni.
Trubadan bir oktava aşağı səslənən, nəfəslə^ çalınan mis musiqi aləti.

BARİT (ID - 3056)

[yun.] Barium-sulfat; ağ boyalar və kimyəvi maddələr hazırlamaq üçün sənayedə və s.-də işlədilən açıqrəngli ağır şpat.

BARİUM (ID - 3057)

[lat.] kim. Gümüşü-ağ, yaxud sarımtıl rəngli qələvi metal; kimyəvi element.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed