İzahlı lüğət

BİVƏFALIQ (ID - 4659)

bax vəfasızlıq. Vaxtında sən aşinalıq etdin; Döndün, belə bivəfalıq etdin. X.Natəvan. Əzəldən eylədin mənnən aşinalıq; İndi nədən oldu bu bivəfalıq? Aşıq Dilqəm.

BİVƏHM (ID - 4660)

sif. [fars. bi... və ər. vəhm] köhn. Qorxusuz, qorxmayan. [Vəzir:] ..Teymur ağa gör necə səndən bivəhındir ki, günün günortasında mənim kimi kişinin evinə giribdir. M.F.Axundzadə.

BİYABAN (ID - 4661)

is. [fars.] Otsuz, bitkisiz düz yer; səhra, çöl (bəzən, çöl-biyaban şəklində işlənir). Olpir qalıb orada heyran; Məcnun tutuban rəhi-biyaban. Füzuli. Gülgəz dəli olub, yoxsa divana; Üz çevirib gedir çölbiyabana. Aşıq Abbas. Gəlmisən...

BİYABANGƏRD (ID - 4662)

sif. [fars.] köhn. Biyabanları dolaşan avara. Mərdlə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar. (Ata. sözü).

BİYAN (ID - 4663)

is. bot. Kökündən boya və xalq təbabətində dərman hazırlanan şirinköklü bir bitki. Pis siloslanan bitkilər bunlardır: gicitkən, yonca, biyan, dəvətikanı və xiyarın yaşıl hissəsi. Qara təpədən biyan talaları da görünürdü....

BİYANLIQ (ID - 4664)

is. Biyan bitən yer, biyan tarlası.

BİYAR (ID - 4665)

is. 1. Aprel işğalından əvvəl kəndlilərin mülkədarlar üçün məcburi və müftə olaraq icra etməli olduqları mükəlləfiyyət, iş. [İmamverdi:] ..Bir ay bəylik, bir ay biyar, üç ay qış, üç ay yaz, vur-tut bir ay işləyirsən....

BİYARLIQ (ID - 4666)

sif. Biyar yolu ilə görülməli olan, biyara mənsub və aid olan.

BİZ1 (ID - 4667)

birinci şəxsin cəmi. 1. Danışan şəxs bu sözlə özü ilə bərabər bir neçə nəfər, yaxud bir çox adam olduğunu bildirir. Biz qalib gələcəyik. Biz gəlmişdik, sən yox idin. O da bizlə gəldi. - Biz ümid olduq daza, daz özün qoydu...

BİZ2 (ID - 4668)

is. Deşik açmaq üçün ucu şiş metal alət. Çəkməçi bizi. - [Kəlbalı] yəhərqaş xurcununda həmişə neştər, biz və burulmuş nazik köşə gəzdirər, yeri gələndə işə salırdı. S.Rəhimov.
// Ucu çox sivri, batan şey haqqında....

BİZAR (ID - 4669)

BİZARAFAT (ID - 4670)

zərf[fars. bi... və ər. zərafət] Zarafatsız, ciddi. Bizara/at deyirəm ki, hər kəs rastıma gəlir, - hamısını yavaş-yavaş dinə soyumuş görürəm. C.Məmmədquluzadə.

BİZ-BİZ (ID - 4671)

zərf Qabarıq halda, dik vəziyyətdə (tük, dəri haqqında). Saçları biz-biz durmaq. Bədənim biz-biz olub.
□□ Tükləri biz-biz durmaq (olmaq) - son dərəcə qorxmaq, dəhşətlənmək; qorxudan, həyəcandan, dəhşətdən tükləri...

BİZCİYƏZ (ID - 4672)

əvəz. “Biz^’dən oxş.

BİZDİMDİK (ID - 4673)

is. zool. Bizəoxşar əyri və uzun dimdiyi olan cüllüt.

BİZƏBAN (ID - 4674)

sif. [fars.] klas. Dilsiz, lal; dilsizağızsız.

BİZƏVAL (ID - 4675)

sif. [fiars. bi... və ər. zəval] Zavalsız, məhvolmaz, davamlı, yox olmayan, daimi.

BİZİMKİ (ID - 4676)

əvəz. 1. Bizə məxsus olan, bizə aid olan. O şeylər bizimkidir.
2. İs. mənasında, adətən cəm şəklində: bizimkilər - bizə yaxın olan adamlar, bizim yoldaşlarımız, bizimlə işləyən, bizimlə həmməslək, ya həmvətən olan adamlar,...

BİZQURD (ID - 4677)

bax bizquyruq.

BİZQUYRUQ (ID - 4678)

is. zool. İnsanın bağırsağında parazitlik edən, quyruğu biz kimi sivri qurd. İnsanın bəzi qurdları, məsələn, bizquyruqlar, askaridlər çox vaxt bağırsaqlardan özbaşına və ya i/razat ilə çıxır. Ələkbərov.

BİZLƏMƏ (ID - 4679)

“Bizləmək”dənfi.is. ...Eşşəklər uşaqların bağırtısından və bizləməsindən hürküb yerlərindən qopdular. P.Makulu.

BİZLƏMƏK (ID - 4680)

f. 1. Biz ilə deşmək, biz soxmaq, biz ilə deşik-deşik etmək, yaxud biz batırmaq.
məc. Təhrik etmək, məcbur etmək, tovlamaq. [İsgəndər:] Bacılar hərə bir yandan səni bizləyəcəklər ki, “dinmə, kəs səsini, xortdan gələr,...

BİZLƏNMƏ (ID - 4681)

“Bizlənmək”dən f.is.

BİZLƏNMƏK (ID - 4682)

məch. 1. Biz soxulmaq, biz ilə deşilmək.
məc. Təhrik edilmək, məcbur edilmək.
Bədəninə iti bir şey batırılaraq tələsdirilmək, yeyin getməyə məcbur edilmək.

BİZON (ID - 4683)

is. [lat.] zool. Şimali Amerika vəhşi öküzü.

BİZOTU (ID - 4684)

is. bot. Quru yamaclarda bitən birillik bitki.

BİZVARİ (ID - 4685)

sif. Bizə, iynəyə oxşayan, bizşəkilli. Bizvari yarpaq.

BLANK (ID - 4686)

is. [fr.] Müəyyən formada sənəd tərtib etmək üçün bir hissəsi çap edilmiş və doldurulmağa görə boş yerlər qoyulmuş vərəqə. Sübhanverdizadə poçt idarəsindən aldığı blankın ayaq tərəfini göstərərək: - Yoldaş prokuror,...

BLANKİST (ID - 4687)

\xüs. is.-dən] Blankizm tərəfdarı.

BLANKİZM (ID - 4688)

\XIX əsr fransız inqilabçısı
O.Blankinin adından] Kapitalizmi, xalq kütlələrinin sinfi mübarizəsi olmadan, inqilabi sui-qəsd yolu ilə devirmək haqqında xırda burjua nəzəriyyə və taktikası.

BLEF (ID - 4689)

is. [ing.] 1. Olmayan şeylə lovğalanma.
2. Gözə kül üfürmə.

BLİN (ID - 4690)

is. [rus.] Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə.

BLİNDAJ (ID - 4691)

[fr.] hərb. Top və mina atəşindən qorunmaq üçün üstüörtülü möhkəm səngər, mühafizə sipəri. Burada Zorin üç-dörd yerdə kənd daxmalarına bənzər blindajlar tikdirmişdi. M.Hüseyn. Qaraltılar blindaja .. tullanınca birinci olaraq...

BLOK1 (ID - 4692)

[fr.] Birgə hərəkət etmək üçün dövlətlər, partiyalar, təşkilatlar, müxtəlif ictimai qruplar arasında düzəldilən ittifaq, birləşmə.

BLOK2 (ID - 4693)

[ing.] tex. 1. Ağır şeyləri qaldırmaq üçün sadə maşın, mexanizm və onun fırlanan diskdən (çarxdan) ibarət olan hissəsi. Vışkanın təpəsindən, bucurqada sarınan kanatı .. keçirmək üçün bir blok asılır. Quliyev.
Özü bir...

BLOKADA (ID - 4694)

BLOKNOT (ID - 4695)

[fr.] Qopardılan ağ kağız vərəqələrindən ibarət dəftər. Qurbanəli bloknotuna yazır və .. səhnədən çıxır. M.İbrahimov.

BLÜZA (ID - 4696)

[fr.] Kəmərsiz geniş köynək şəklində kişi iş paltarı.

BLÜMİNQ (ID - 4697)

[ing.] tex. Çox güclü metalyayma maşını.

BOBRİK (ID - 4698)

[rus.] Xovlu mahud parça növü.
// Bu parçadan tikilmiş. Bobrik palto. - Bu zaman Kərbalı tükü tökülmüş bobrik pencəyinin ətəyini dartışdırıb düzəldər... S.Rəhimov.

BOÇKA (ID - 4699)

[rus. бочка] Çəllək. Çaxır boçkası. Su boçkası. - Rizvan araba gedə-gedə Xosrovun köməyi ilə çıxıb, ağzı örtülü yağ boçkalarının üstündə oturdu. S.Rəhimov.
□□ Boçka kimi dan. - yekəqarın, qamı yekə.

BOÇKAÇI (ID - 4700)

is. Boçka (çəllək) qayıran usta; çəlləkçi.

BOÇKAÇILIQ (ID - 4701)

is. Boçkaçı sənəti; çəlləkçilik.

BOĞANAQ (ID - 4702)

1. is. Boğucu hava, havası boğuq olan yer. Bu otaq yaman boğanaqdır. Bu boğanaqda necə oturubsunuz?
// sif. Çox isti və boğucu, bürkü. Boğanaq hava. Boğanaq otaq. - İyul ayına məxsus boğanaq bir gün idi. A.Şaiq. Hava olduqca boğanaq...

BOĞAZ1 (ID - 4703)

is. 1. anat. Boyunun, qida borusunun başı və nəfəs yollarının yerləşdiyi ön hissəsi. Boğazdan yapışmaq. - Gülnaz dartınıb onun əlindən çıxdı, Qəmərbanunun boğazından yapışıb divara çırpdı. M.İbrahimov.
// Ağız içinin...

BOĞAZ2 (ID - 4704)

sif. Boynunda balası olan. Boğaz at. Boğaz inək. Boğaz qoyun. - Əmniyyələr boğaz inəyi, eşşəyi və qoyunları tövlədən çıxardılar. M.İbrahimov.
□ Bogaz olmaq boynunda balası olmaq, hamilə olmaq.

BOĞAZADÖYMƏ (ID - 4705)

is. dan. Höcətləşmə, bir-biri ilə sözləşmə, söz güləşdirmə, mübahisə etmə; mübahisə, deyişmə. İki saatdan bəri davam edən boğazadöymə ağıllıbaşlı bir nəticə verməmişdi. Ə.Əbülhəsən. Axırda bu boğazadöymədən...

BOĞAZALTI (ID - 4706)

is. 1. Balaca şal.
Baş örtüyünün boğazın altından bağlanan bağı.
Qadınların boğazlarına taxdıqları qızıl zinət. Bəzən belə söhbət olardı: - Yaxşı, indi ki belə oldu, bir de görək, nə istəyirsən?
Deyim də:.....

BOĞAZDÖYÜŞMƏSİ (ID - 4707)

b a x bogazadöymə.

BOĞAZLAMA (ID - 4708)

“Boğazlamaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed