İzahlı lüğət

BAĞÇİYƏLƏYİ (ID - 2658)

is. bot. Bostanda yetişdirilən iri çiyələk növü.

BAĞDAŞ (ID - 2659)

bax bardaş.

BAĞDATI (ID - 2660)

is. [xüs. is.-dən] 1. Suvaqla suvanmış tavan, səqf. Otağın bağdatısı uçulmuşdur.
2. Suvağı saxlamaq üçün arakəsmə divarlara və tavana vurulan ensiz taxtalar.

BAĞIR (ID - 2661)

is. 1. Qaraciyər.
Ürək, qəlb mənasında. Ey Füzuli, ol sənəm əfğanıma rəhm eyləməz; Daşə bənzər bağrı, təsir eyləməz əfğan ona. Füzuli. Edən qan qönçə tək bağrım o ləli-abidar olmuş. Nəbati. Oxuduqca şirin-şirin...

BAĞIR-BADAŞ (ID - 2662)

bax bağrıbadaş.

BAĞIRBEYİN (ID - 2663)

is. aşp. Quzunun qaraciyəri ilə beynindən və ya quyruğundan hazırlanan xörək. Hər adama bir məcməyi verildi və üstündə quzu soyutması, yanında da sarımsaqlı qatıq və bağırbeyin vardı. Çəmənzəminli.

BAĞIRDAQ (ID - 2664)

is. məh. Beşikdə uşağı bağlamaq üçün bağ; beşik bağı.

BAĞIRDAQLAMAQ (ID - 2665)

f məh. Beşikdə uşağı bağırdaqla bağlamaq.

BAĞIRDƏLƏN1 (ID - 2666)

sif Qorxudan, dəhşətə salan; dəhşətli, qorxunc.

BAĞIRDƏLƏN2 (ID - 2667)

is. məh. Yulaf sünbülünə bənzər qılçıqlı ot.

BAĞIRIŞ (ID - 2668)

is. Bağırma işi və tərzi.
// Nərə.

BAĞIRIŞMA (ID - 2669)

“Bağırışmaq”dan f.is.

BAĞIRIŞMAQ (ID - 2670)

qarş. Səs-səsə verib qışqırmaq, hamı birdən çığırmaq, çığırışmaq; səs-küy qoparmaq, qalmaqal salmaq, çığırbağır salmaq. Uşaqlar bağırışırlar. - Hamımız bağırışaraq, kəkliyin arxasınca xeyli baxdıq. A.Şaiq.

BAĞIRQAN (ID - 2671)

sif. Çox bağıran, qışqırıqçı.
// Ağlağan.

BAĞIRMA (ID - 2672)

“Bağırmaq”dan f.is.

BAĞIRMAQ (ID - 2673)

f 1. Bərk qışqırmaq, çığırmaq. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. [Səriyyə xala] bağırmaq, ağlamaq istəyir, bacarmırdı. M.İbrahimov. Xaspolad bir də ucadan bağırdı. M.Hüseyn.
...

BAĞIRSAQ (ID - 2674)

is. 1. anat. Həzm prosesində mühüm rol oynayan bədən üzvü, selikli, elastik borular şəklində olur.
□ Acı bağırsaq - bağırsaqların mədə ilə yoğun bağırsaq arasındakı hissəsi, nazik bağırsaq. Düz bağırsaq - bağırsaq...

BAĞIRSAQBOŞLUQLULAR (ID - 2675)

cəm, zool. Mədəsi, yaxud mədə rolunu oynayan qarın boşluğu olan ibtidai heyvanlar. Müxtəlif meduzalar, poliplər və mərcanlar bağırsaqboşluqlular adlanır.

BAĞIRSAQLIQ (ID - 2676)

is. anat. Qarnın bağırsaqlar yerləşən hissəsi.
// İnsanın və ya heyvanın bütün bağırsaqları.

BAĞIRSAQSIZ (ID - 2677)

sif. Bağırsağı olmayan. Bağırsaqsız heyvanlar.

BAĞIRTI (ID - 2678)

is. Çığırtı, nərə; bağırma səsi. Birdən Qaraca qızın qulağına ayının bağırtısı gəldi. S.S.Axundov.
// Səs-küy, qışqırtı, fəryad. Bağırtı salmaq. Bağırtı qoparmaq.
[Əbülhəsən bəy:] Bir bağırtı eşitdim,...

BAĞIRTMA (ID - 2679)

“Bağırtmaq”dan f.is.

BAĞIRTMAQ (ID - 2680)

icb. 1. Çığırtmaq, qışqırtmaq; bağırmasına səbəb olmaq.
2. Ağlatmaq. Uşağı bağırtmaq.

BAĞIRYARAN (ID - 2681)

bax bağırdələn1#. Çoban ona [düşmənə] qalxmağa fürsət verməyib, çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub, irəli şığıdı. M.Rzaquluzadə.

BAĞISTAN (ID - 2682)

is. [fars.] Bağlıq, çoxlu bağ olan yer.

BAĞIŞLAMA (ID - 2683)

“Bağışlamaq”dan f.is.

BAĞIŞLAMAQ (ID - 2684)

f 1. Bir şeyi qarşılıqsız (əvəzsiz) olaraq başqasma vermək, hədiyyə etmək, peşkəş vermək. Atası öləndən sonra Niftalı ona torpaq da verdi, .. mal-qaradan pay ayırıb, bir at da bağışladı. İ.Şıxlı.
// məc. Bəxş etmək,...

BAĞIŞLAN(IL)MAZ (ID - 2685)

sif. Bağışlanıla bilməyən, bağışlanmağa layiq olmayan, əfvedilməz. Bağışlanılmaz nöqsan. Bağışlanılmaz günah. Bağışlanılmaz qüsur.

BAĞIŞLAN(IL)MAZLIQ (ID - 2686)

is. Bağışlanıla bilməmə, əfv edilməzlik.

BAĞIŞLANMA (ID - 2687)

“Bağışlanmaq”dan f.is.

BAĞIŞLANMAQ (ID - 2688)

məch. 1. Qarşılıqsız (əvəzsiz) olaraq başqasma verilmək; hədiyyə edilmək, peşkəş edilmək.
Əfv edilmək, cəzadan azad edilmək, təqsirindən keçilmək. Günahı bağışlanmaq.

BAĞIŞLATDIRMA (ID - 2689)

“Bağışlatdırmaq”dan f.is.

BAĞIŞLATDIRMAQ (ID - 2690)

bax bagışlatmaq.

BAĞIŞLATMA (ID - 2691)

“Bağışlatmaq”dan f.is.

BAĞIŞLATMAQ (ID - 2692)

icb. Bağışlanılmasma səbəb və ya vasitə olmaq.

BAĞLAMA (ID - 2693)

is. 1. “Bağlamaq”dan f.is.
İçi dolu və ağzı bağlı kisə; çuval və s. Nigarançılığım bir az da artdı, özümü itirdim. Bağlamanın kəndirini dartıb qırdım. Mir Cəlal. Nəhayət, [müəllimə] qazıdığı quyudan bir böyük...

BAĞLAMAQ (ID - 2694)

f 1. İp və başqa materiallar vasitəsilə şeyləri bir-birinə rəbt etmək. Atları axura bağlamaq. Qayığı körpüyə bağlamaq. Toyuğun ayaqlarını bağlamaq.
// İp və s. ilə bir şeyi başqasma və ya bir neçə şeyi bir yerə rəbt...

BAĞLAMÇA (ID - 2695)

is. Kiçik bağlama.

BAĞLANMA (ID - 2696)

“Bağlanmaq”dan f.is.

BAĞLANMAQ (ID - 2697)

1. “Bağlamaq”dan məch. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. C.Məmmədquluzadə. Bahadır atlar bağlanan yerə gedib gördü ki, Novruz xoruldayır. N.Nərimanov.
// Bitmək, bitmiş olduğu elan...

BAĞLANMIŞ (ID - 2698)

“Bağlanmaq”danfsif Bağlanmış qıfıl. Bağlanmış idarə. Bağlanmış yara. Sahilə bağlanmış qayıq. - Hər iki gözü möhkəm bağlanmış bu heybədə ya fəsəli, ya da qoz halvası olmalı idi. M.Hüseyn.

BAĞLAŞMA (ID - 2699)

is. 1. “Bağlaşmaq”dan f.is.
Müqavilənamə, şərtnamə. Bildiyimiz kimi, bir neçə MTS üçün zavod bağlaşma ilə kənd təsərrüfat alətləri təmir etmişdi. Ə.Əbülhəsən.
Qabaqcadan bağlanan müqavilələrə əsasən kənd...

BAĞLAŞMAQ (ID - 2700)

qarş. 1. Şərtləşmək, bir-
biri ilə şərt bağlamaq, müqavilə bağlamaq; şərt kəsmək. Bu sözləri Cəlildən eşidəndə, haman adam dedi ki, yaxşı, mən razıyam, sabah gəlfilan notariusun kontoruna, orada bağlaşaq. İ.Musabəyov.
Deyişmək,...

BAĞLATDIRMA (ID - 2701)

“Bağlatdırmaq”dan f.is.

BAĞLATDIRMAQ (ID - 2702)

icb. İkinci şəxs vasitəsilə üçüncü şəxsə bağlatmaq.

BAĞLATMAQ (ID - 2703)

icb. İkinci şəxs vasitəsilə bağlamaq.

BAĞLAYICI (ID - 2704)

is. 1. Qrammatikada: cümlələri və ya cümlə üzvlərini bir-birinə bağlamaq üçün işlənilən köməkçi nitq hissəsi; məs.: və, ki, çünki, belə və s.
2. İki şeyi bir-birinə birləşdirən, bağlayan, əlaqələndirən vasitə və...

BAĞLI (ID - 2705)

sif. 1. İp, zəncir və s. ilə bağlanmış, rəbt edilmiş, bənd edilmiş. - Bağlı aslana dovşanlar da hücum edər. (Ata. sözü).
// Məc. mənada. [Həsənin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağlı idi....

BAĞLI-BAĞATLI (ID - 2706)

sif. Bağları, yaşıllığı çox olan. Mərənd .. bağlı-bağatlı və çox dadlı meyvələri olan bir yerdir. M.İbrahimov. Gözəl təbiətli bağlı-bağatlı Lənkəran onları [artistləri] böyük hörmətlə qarşıladı. S.Rəhman.

BAĞLI-BAĞÇALI (ID - 2707)

sif. Bağı, bağçası olan. 107 Ne-li ev bağlı-bağçalı bir hasarın lap dibində idi. Mir Cəlal.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed