İzahlı lüğət

BƏYİRTİ (ID - 4008)

is. Bəyirən heyvanın səsi.

BƏYİRTMƏ (ID - 4009)

“Bəyirtmək”dən f.is.

BƏYİRTMƏK (ID - 4010)

icb. Bəyirməyə məcbur etmək, çığırtmaq, bağırtmaq.

BƏYLƏRBƏYİ (ID - 4011)

is. tar. Keçmişdə İranda və Azərbaycanda vilayət hakimi. Amma siz durun gedin Qəzvinin köhnə bəylərbəyisinin yanına, onu dəxi razı edin.. M.F.Axundzadə. Bəylərbəyinin elçilərinə rədd cavabı vermək xanlıqla şahənşahlıq arasında...

BƏYLİK (ID - 4012)

köhn. 1. sif. Bəyə məxsus, bəyə mənsub. Bəylik mülk.
is. məc. Ağalıq, hökmranlıq. Bəyliyi başarmadın, canın çıxsın belə gəz. (Məsəl). Müctəhid və şeyxülislamların cövlanı idi və xəlvət dərədə növ-növ tülkülərin...

BƏYZADƏ (ID - 4013)

is. köhn. [fars.] Bəy oğlu, bəy nəslindən olan adam. Şəhərlərdə, kəndlərdə və obalarda yaşayan xanzadələrimiz, bəyzadələrimiz, .. oxumaq və yazmaq bilmirlər. M.F.Axundzadə. Bunların arasında bəyzadə-zad yoxdur, hamısı fağır...

BƏYZADƏLİK (ID - 4014)

is. köhn. Bəy nəslinə mənsubiyyət.

BƏZ (ID - 4015)

BƏZƏDİLMƏ (ID - 4016)

“Bəzədilmək”dən f.is.

BƏZƏDİLMƏK (ID - 4017)

məch. Bəzək vurulmaq, zinətləndirilmək.

BƏZƏK (ID - 4018)

is. Bəzəyən şey, gözəllik verən şey; zinət, yaraşıq. Divar bəzəyi.
// Cavahirat mənasında. Qadın bəzəyi. Bəzək vurmaq.
Bəzək-bəzək ki, deyirlər, cavahirat deyil! Cavahirat bu gün zinəti-həyat deyil! M.Ə. Sabir. [Qətibə:]...

BƏZƏKÇİ (ID - 4019)

is. 1. Bəzək vuran, bəzək verən, bəzək işləri ustası.
etnoqr. Köhnə məişətdə: gəlin köçürülən qızları, yaxud varlı evlərdə qadınları bəzəndirib geyindirən. Bəzəkçi qadınlar içəri girdilər. M.S.Ordubadi.
məc....

BƏZƏKÇİLİK (ID - 4020)

is. Bəzəkçinin işi, sənəti.

BƏZƏK-DÜZƏK (ID - 4021)

is. isteh. Bəzək, bəzək şeyləri, lüzumsuz bəzək. Özünə bəzək-düzək vermək. - Bil ki, insan ziynəti; Bəzək-düzək deyildir. R.Rza. Firidun bəzək-düzək altında itmiş .. bu qızın qəribə mühakimələrinə qulaq asır və heyrət...

BƏZƏKLƏNMƏ (ID - 4022)

“Bəzəklənmək”dən f.is.

BƏZƏKLƏNMƏK (ID - 4023)

f dan. 1. Özünə bəzək vurmaq, özünü bəzəmək.
2. Bəzənmək, gözəlləşmək. Bəzəklənirdüzəklənir, bağın fəzası rənglənir. A.Səhhət. Hünər gözəl, qüvvət gözəl, qol gözəl; Musanın sazında tel bəzəklənib. Aşıq...

BƏZƏKLİ (ID - 4024)

sif. Bəzək vurulmuş, bəzənmiş; zinətli. Bəzəkli ev. Bəzəkli mağaza. - Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi. Mir Cəlal.
// Naxışlı, şəkilli. Üfüqlərdə günəş güldüyü zaman; Üstünə bəzəkli...

BƏZƏKSİZ (ID - 4025)

sif və zərf Heç bir bəzəyi, zinəti olmayan, sadə, adi. Bəzəksiz otaq. Bəzəksiz paltar. - [Xeyransa: | Qız bəzəksiz-düzəksiz ev paltarında qəfildən çıxdı bizim qabağımıza.. H.Sarabski. Şeirlərin məzmunudur bəzəksiz üz, gül...

BƏZƏMƏ (ID - 4026)

“Bəzəmək”dən f.is.

BƏZƏMƏK (ID - 4027)

f. 1. Zinətləndirmək, yaraşıq vermək, gözəlləşdirmək, qəşəngləşdirmək, nəzəri cəlb edəcək gözəl bir vəziyyətə salmaq. Evləri bayraqlarla bəzəmək. Seçki məntəqəsini bəzəmək. - Göy üzünü bəzərparlaq ulduzlar....

BƏZƏN (ID - 4028)

zərf [ər.] Bəzi vaxt, bəzi hallarda, arabir, gah-gah. Bəzən başım ağrıyır.
bəzən bizə gələrdi. Su bəzən yaxşı gəlir, bəzən pis. - [Qətibə] bəzən Hüsaməddindən şübhələnir və onun Toğrul tərəfinə keçdiyini zənn...

BƏZƏNDİRMƏ (ID - 4029)

“Bəzəndirmək”dən f.is.

BƏZƏNDİRMƏK (ID - 4030)

f. Bəzəmək, yaraşıqlı paltar geyindirmək. [Qarovulçu:] Fabriklərə axar pambıq selləri; Mal toxunar, bəzəndirər elləri. Ə.Haqverdiyev.

BƏZƏNİB-DÜZƏNMƏ (ID - 4031)

“Bəzənib-düzənmək”dən f.is.

BƏZƏNİB-DÜZƏNMƏK (ID - 4032)

bax bəzənmək
-ci mənada. Qız da hərəmxanada bəzənərdüzənər, hazırda oğlan evindən oğlan yengə gəlməyə müntəzir olar. R.Əfəndiyev. Görənlər tanıyır bu alma yanaq; Bəzənib-düzənmək bilirdi ancaq. M.Rahim. Ceyran tərtəmiz...

BƏZƏNİLMƏK (ID - 4033)

bax bəzədilmək.

BƏZƏNİŞ (ID - 4034)

is. Bəzənmək işi, bəzənmə.

BƏZƏNMƏ (ID - 4035)

“Bəzənmək”dən f.is.

BƏZƏNMƏK (ID - 4036)

1. qayıd. Özünə zinət vermək, özünə bəzək vurmaq; yaraşıqlı geyinmək. Güzgünün qabağında bəzənmək.
2. məch. Bəzək vurulmaq, zinətləndirilmək, yaraşığa salınmaq, gözəlləşdirilmək, gözə xoş gələn şəklə salınmaq....

BƏZƏNMİŞ (ID - 4037)

f.sif. 1. Bəzək vurulmuş, zinətləndirilmiş, bəzədilmiş. Bəzənmiş səhnə.

BƏZƏRƏK (ID - 4039)

is. bot. Kətan toxumu.

BƏZƏTDİRMƏ (ID - 4040)

“Bəzətdirmək”dən f.is.

BƏZƏTDİRMƏK (ID - 4041)

icb. Bəzək vurdurmaq.

BƏZƏTMƏ (ID - 4042)

“Bəzətmək”dən f.is.

BƏZƏTMƏK (ID - 4043)

bax bəzəndirmək.

BƏZGƏK (ID - 4044)

is. zool. Dovdaqlar fəsiləsinə mənsub, çöldə yaşayan köçəri quş. Ayın əksi suya düşüb parlar; Uçuşur göy üzündə bəzgəklər. A.Səhhət.

BƏZİ (ID - 4045)

əvəz. [ər.] Hamısı yox, parası, ayrı-ayrı. Bəzi adamlar. Bəzi rayonlar. - O, nəinki özünü, hətta bəzi uzaq qohumlarını da saxlayırdı. İ.Şıxlı.
// İs. mənasında. Bəzilərinə bu xoş gəlir. Bəzilərinin bu işdən xəbəri...

BƏZİR (ID - 4046)

bax bəzərək.

BƏZİRGAN (ID - 4047)

bax bazirgan.

BƏZİSİ (ID - 4048)

BƏZL (ID - 4049)

[ər.]: bəzl etmək köhn. - bağışlamaq, əsirgəməyib vermək. Vətən uğrunda, millət eşqində; Bəzli-can et xülusi-niyyət ilə. M.Ə.Sabir.

BƏZM (ID - 4050)

is. [fars.] tənt. Kef məclisi, qonaqlıq. Gülzarlar oldu işrətabad; Hər yerdə olundu bəzmə bünyad. Füzuli. Gətir saqi, meyi-gülgün, bu bəzmi bir bahar eylə. Nəbati. ..Alimlər məclisində, dostlar bəzmində oldum. Ə.Cəmil.

BƏZMGAH (ID - 4051)

is. [fars.] tənt. Eyş-işrət məclisi, kef məclisi (yeri).

BƏZR (ID - 4052)

is. [ər.] 1. Toxum əkiləcək dən.
2. Kətan toxumu.
// Kətan toxumu yağı.

BƏZZAZ (ID - 4053)

is. [ər.] köhn. Parça, arşmmalı satan tacir. Bəzzaz malı (parça, arşmmalı). Bəzzaz dükanı. - İki il bundan qabaq bu adam bəzzaz Hacı Əlinin dükanından iki top çit oğurlamışdı. C.Məmmədquluzadə. Sıra ilə düzülmüş bəzzaz...

BƏZZAZİYYƏ (ID - 4054)

is. [ər.] köhn. 1. Bəzzaz malı, parça, arşmmalı.
2. Bəzzaz dükanı, parça, arşmmalı mağazası. [Rüstəm:] Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyyə mağazası aç. Ə.Haqverdiyev.

BƏZZAZLIQ (ID - 4055)

is. köhn. Bəzzazm peşəsi, sənəti; arşmmalçılıq. [Rəşid:] Bəlkə gedim dükan açım, bəzzazlıq eləyim. M.Hüseyn.

BIÇAQ (ID - 4056)

is. 1. Kəsmək üçün alət. Bağban bıçağı. Ət bıçağı. Cib bıçağı.
2. Müxtəlif alətlərin, mexanizmlərin və s.-nin kəsən hissəsi.
□□ Bıçaq sümüyə dayanmaq - son həddə çatmaq, əlacı kəsilmək, lap cana gəlmək....

BIÇAQÇI (ID - 4057)

is. 1. Bıçaq qayıran usta. Bakıda, ümumiyyətlə, peşəkarlar: bənna, xarrat, dəmirçi, bıçaqçı və sairə çox olardı. H.Sarabski.
2. Bıçaq və s. itiləyən adam.

BIÇAQÇILIQ (ID - 4058)

is. Bıçaq qayırma sənəti.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed