İzahlı lüğət

BALTABİC (ID - 2908)

is. məh. Çökə ağacının çiçəyi.

BALTAÇI (ID - 2909)

is. 1. Ağac kəsən, odun doğrayan. Baltaçılar meşəyə getdilər.
Balta qayıran usta.

BALTAÇILIQ (ID - 2910)

is. Balta ilə ağac kəsmək və ya odun doğramaq sənəti.

BALTADİMDİK (ID - 2911)

is. zool. Çox yoğun dimdiyi olan bir quş.

BALTADİŞ (ID - 2912)

sif. dan. Yekə və bərk dişli.

BALTAGÖRMƏZ (ID - 2913)

sif Sıx, keçilməz. Baltagörməz meşə.

BALTAKƏSMƏZ (ID - 2914)

sif. 1. Çox bərk, çox möhkəm, çox qalın.
məc. Kobud, gönüqalın.

BALTAQIRAN (ID - 2915)

is. məh. bax baldırgan.

BALTALAMA (ID - 2916)

“Baltalamaq”dan fis.

BALTALAMAQ (ID - 2917)

f 1. Balta ilə çapmaq, kəsmək, yarmaq, doğramaq; balta ilə vurmaq. Onları karvan əhli baltaladı; .. Doğrayıb, yandırıb ocaq qaladı. A.Səhhət.
məc. Yıxmaq, devirmək, dağıtmaq, məhv etmək, kökünü kəsmək, ortadan qaldırmaq;...

BALTALANMA (ID - 2918)

“Baltalanmaq”dan fis.

BALTALANMAQ (ID - 2919)

məch. Balta ilə kəsilmək (çapılmaq, yarılmaq, doğranmaq).

BALTALATMA (ID - 2920)

“Baltalatmaq”dan fis.

BALTALATMAQ (ID - 2921)

icb. Balta ilə kəsdirmək, çapdırmaq, doğratmaq.

BALTALI (ID - 2922)

sif Əlində balta olan, balta ilə işləyən. Ağac yıxılanda əli baltalı da yeriyər, əli baltasız da. (Ata. sözü).

BALZAM (ID - 2923)

[yun.] Balzam ağacından hasil edilən və tərkibində efir yağları olan yarıduru ətirli qatran.

BALZAMLAMA (ID - 2924)

“Balzamlamaq”dan fis.

BALZAMLAMAQ (ID - 2925)

f Çürüməmək üçün (meyitə) xüsusi maddələr hopdurmaq; mumiyalamaq.

BALZAMLANMA (ID - 2926)

“Balzamlanmaq”dan fis.

BALZAMLANMAQ (ID - 2927)

məch. Hopdurulmaq, mumiyalanmaq.

BAMAZI (ID - 2928)

b ax pamazı.

BAMBALACA (ID - 2929)

sif Lap balaca. Güllü bambalaca gen tumanda, qolu çirməkli olduğu halda, oğlu ilə qabaq-qarşı durub danışırdı. Ə.Əbülhəsən.

BAMBAŞQA (ID - 2930)

sif Tamamilə başqa, tamamilə ayrı. Bambaşqa məsələ. Bambaşqa iş. Gözlərimin önündə bambaşqa bir aləm açıldı. Onun xasiyyəti bambaşqadır. - [Nadir] ..
Məryəmin artıq uzanmış saçlarını Zeynəbin saçları ilə müqayisə...

BAMBILI (ID - 2931)

sif. dan. Ləyaqətsiz, vecsiz, qeyri-ciddi, boş, yüngül, gülünc, avara, lüt. [Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq... C.Məmmədquluzadə. [Əbdürrəhman bəy:]...

BAMBUK (ID - 2932)

[malay.] bot. 1. İsti ölkələrdə bitən içi boş, çox bərk, yüngül, yoğun, qamışabənzər bitki (ağac). Bambuq meşəsi. -Aşağılarda kokos palmaları, banan və bambuk ağacları bir-birinə qarışaraq qolbudaq atmışdır. M.İbrahimov.
2....

BAMƏZƏ (ID - 2933)

sif. [fars.] 1. Məzəli, dadlı.
2. Zarafatçı, lətifəçi, məzəli. O çox baməzə qoca idi, zarafat etməyi və lətifə söyləməyi çox sevirdi. M.S.Ordubadi. Onun adı [Xəlil] idi, özü də baməzə oğlanlardan biri idi. “Kirpi”.

BAMİYƏ (ID - 2934)

is. [fars.] 1. bot. Meyvəsi konus şəklində olan və xörəyə işlədilən birillik lifli bitki. Bu bitkinin meyvəsi.
Un, yağ, şəkər və s.-dən hazırlanan bamiyə şəklində şirni.

BAN1 (ID - 2935)

is. 1. Arabanın təkərlərindən yuxarı olan hissəsi, qutusu, gövdəsi. Araba banı.
Araba cırıldamaqdan, ban cırıldayır. (Ata. sözü).
// Eyni mənada avtomobildə.
Heyvanı qoşmaq üçün, arabanın qabağında olan ağac; yan...

BAN2 (ID - 2936)

is. Xoruz səsi, xoruz banlaması. Səhər tezdən ban səsinə ayıldım. - Eşidilən bir səs varsa, o da xoruz banları və köpəklərin səsi idi. M.S.Ordubadi. [Xəlil:] Xoruzların üçüncü banınadək söhbət elədik. Ə.Haqverdiyev. Xoruz...

BAN3 (ID - 2937)

is. [ər.] 1. Misir söyüd ağacı.
2. məc. Ucaboylu, qamətli; biçimli.

BANAN (ID - 2938)

[isp.] bot. 1. Meyvə və ya lif üçün yetişdirilən, çox iri yarpaqları olan uca tropik ağac. Banan ağacı.
2. Bu ağacın qalın və sarı qabıqlı uzunsov meyvəsi.

BANBAL (ID - 2939)

is. məh. İri barama.

BANDA (ID - 2940)

is. [ital.] Cinayətkarlar, qatillər güruhu, dəstəsi. Təbriz xalqına .. asayiş və əmniyyət gətirən dinc soldatlara hücum edən şərarətçilər bandalar kimi təsvir edilirdi. M.S.Ordubadi. [Dəmirov:] Zülmət dəstəsi [qolçomaq] qalıqlarından...

BANDAJ (ID - 2941)

[fr.] 1. Qarnın divarlarını normal vəziyyətdə saxlamaq üçün elastik kəmər, bağ. İdmanda zədələnmə hallarının qarşısını almaq üçün ən yaxşı qoruyucu vasitələr: sipərlərdən, maskalardan, bandajdan istifadə edilməsindən,...

BANDAJÇI (ID - 2942)

is. 1. Bandaj (1-ci mənada) qayıran usta.
tex. Təkərlərə bandaj (2-ci mənada) keçirən usta.

BANDAQ (ID - 2943)

is. Saxlanmaq üçün saplağından dəstə ilə uzun ipə bağlanmış meyvələr və bu meyvələrin bağlandığı ip. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Gəncə üzümü, .. üçbucaq salfetlər də vardı. Mir Cəlal.

BANDAQLAMA (ID - 2944)

“Bandaqlamaq”dan f.is.

BANDAQLAMAQ (ID - 2945)

f Bandaq bağlamaq; qışa saxlamaq üçün meyvəni saplağından dəstə ilə uzun ipə bağlamaq. Qış üçün üzüm bandaqlamaq.

BANDAQLANMA (ID - 2946)

“Bandaqlanmaq”dan

BANDAQLANMAQ (ID - 2947)

məch. Bandaq bağlanmaq, qışa saxlanmaq üçün saplağından uzun ipə bağlanmaq.

BANDAQLANMIŞ (ID - 2948)

fsif Bandağa bağlanmış, qışa saxlanmaq üçün saplağından uzun ipə bağlanmış. Bandaqlanmış üzüm.

BANDAQLATMA (ID - 2949)

“Bandaqlatmaq”dan fis.

BANDAQLATMAQ (ID - 2950)

icb. Bandaq bağlatmaq, bandaq vurdurmaq. Bu il çoxlu üzüm bandaqlatmışıq.

BANDAQLIQ (ID - 2951)

sif. Bandaq bağlamağa (qışa saxlamağa) yarar. 'Bandaqlıq üzüm.

BANDEROL (ID - 2952)

is. [fr.] 1. Poçt ilə göndərilən şeylərin büküldüyü enli kağız sarğı.
Poçt ilə bu cür sarğıda göndərilən hər hansı bir şey.
Aksiz və ya gömrük rüsumunun verildiyini bildirmək üçün malın üstünə yapışdırılan...

BANDEROLLAMA (ID - 2953)

“Banderollamaq”dan fis.

BANDEROLLAMAQ (ID - 2954)

f. Üzərinə banderol çəkmək (vurmaq).

BANDEROLLANMA (ID - 2955)

“Banderollanmaq”dan f.is.

BANDEROLLANMAQ (ID - 2956)

məch. Üzərinə banderol çəkilmək (vurulmaq).

BANDEROLLU (ID - 2957)

sif. Üzərinə banderol yapışdırılmış, üzərinə banderol çəkilmiş. Banderollu tütün. Banderollu qutu. Banderollu çay.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed